Back

ⓘ Aspirantura




Aspirantura
                                     

ⓘ Aspirantura

Aspirantura - ali təhsilli şəxslərin ixtisas səviyyələrinin artırılması, təhsil sisteminin ali təhsildən sonrakı növbəti hissəsi. Məzmununa və praktikasına görə konkret elmi mövzu üzrə elmi-tədqiqat işinin aparılması və yekununa görə elmim dərəcənin elmlər namizədi adının verilməsi.

Ali məktəblərin və elmi-tədqiqat mərkəzlərinin yüksək səviyyəli ali məktəb müəllimləri və elmi işçilərin hazırlanması üçün xüsusi bölməsi. Aspirantura Sovet İttifaqı və kecmiş sosialist ölkələrinin ali təhsil sistemi üçün xarakterik idi. Müasir dövrdə o ölkələrin böyük əksəriyyəti aspirantura sistemindən imtina etmişdir. Aspirantura şəbəkəsi indi Rusiya Federasiyası və bir neçə ölkədə qalmaqdadır.

Azərbaycanda 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edildikdən sonra aspirantura sistemi ləğv edilərək tamamilə Bolonya təhsil sisteminə uyğun doktarantura sisteminə keçilmişdir. Hal-hazrda ali və ondan sonrakı təhsil bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru ardıcılllığı ilə aparılır.

                                     

1. Аdyunktura, klinik ordinatura

  • Klinik ordinatura - həkimlərin tibb universitetlərində və tibb elmi-tədqiqat institutlarında elmi ixtisaslarını artırma forması.
  • Аdyunktura - ali hərbi məktəblərin aspiranturası.
                                     

2. Аspirant

Аspirant latın dilində aspirans "nəyəsə can atan - aspiranturada təhsil alan, elmlər namizədi elmi adı almaq üçün dissertasiyasını müdafiəyə hazırlayan şəxs.

Users also searched:

...