Back

ⓘ Ətraf mühit




                                               

Epidermis

Epidermis dərini təşkil edən üç qatın ən kənar hissəsidir. Daxili təbəqələr dermis və hipodermisdir. Epidermis təbəqəsi ətraf mühit patogenlərinin səbəb ola biləcəyi infeksiyalara qarşı bir maneə yaradır. Transepidermal maye itkisi ilə bədəndən atmosferə atılan su miqdarını da tənzimləyir. Epidermis əsas qatdakı bir sıra hüceyrə qatından ibarətdir. Bu təbəqələrin ən xarici nüvəli təbəqəsi ölü və yastı hüceyrələrdən ibarətdir. Bunlar kəpək və dırnaqların meydana gəlməsində təsirli olur. Korpus qatını təşkil edən hüceyrələrin içərisində sərt və lifli zülallar keratin toplanmışdır. Keratin hü ...

Ətraf mühit
                                     

ⓘ Ətraf mühit

Ətraf mühit - insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir.

Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqlari mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır.

Müasir elmin koməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyekləridir.

Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar.

                                     

1. Ətraf mühitin növləri

İntral daxili mühit

Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti

Ekzal mühit

Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə təmasda olduqda yaranan mühit;

Biosenotik mühit

Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.

Aqressiv mühit

Təmasda olduğu elementə dağıdıcı təsir göstərən mühit;

Dispers mühit

Dispers sistemin fasiləsiz fazası, həcminə görə dispers faza paylanır;

Susuz mühit

Tərkibində su olmayan və ya həlledici komponent kimi su olan mühit;

Qida mühiti

Mikroorqanizmlər yetişdirilən maye və ya bərk qarışıq;

Təbii mühit

Texnoloji fəaliyyətin məhsulu olmayan ətraf mühitin bir hissəsi;

                                     

2. "İnsan-ətraf mühit" sistemi

Həyat dövrəsində insan və ətraf mühit daim hərəkətdə olan "insan-ətraf mühit" sistemi təşkil edir. Belə bir sistem daxilində olan insan hər zaman minimum is məsələni həll etməli olur:

  • özünün qidaya, suya və havaya olan tələbatını təmin edir;
  • məskunlaşma mühiti və insanlar tərəfindən özünə qarşı neqativ təsirlərdən qorunma sistemi yaradır və istifadə edir.

Ətraf mühitə xas olan neqativ təsirlər dünya durduqca mövcuddur. Biosferdə təbii neqativ təsirlərin mənbəyi iqlimin dəyişməsi, tufanlar, zəlzələlər və s dir. Həyat uğrunda mübarizə insanı bu təsirlərdən qorunma vasitələrini axtarıb-tapmağa və təkmilləşdirməyə daim vadar edirdi. Əsrlər ötdükcə yaşayış məskəni kimi evlərin yaradılması, oddan və digər müdafiə vasitələrdən geniş istifadə olunması, qida hazırlanmasında üsul və vasitələrin təkmilləşdirilməsi insanı təbii neqativ təsirlərdən qorumaqla yanaşı ətraf mühitə də təsir edirdi. Əsrlər boyunca insanın yaşam mühiti dəyişir, dəyişməyən neqativ təsirlərin növü və səviyyələri idi. XX əsrdə Yer üzündə biosferin yüksək çirklənməsi zonaları yarandı, bu isə, öz növbəsində qismən və hətta tam regional tənəzzülə səbəb oldu. Bu kimi dəyişikliklərə:

  • nəqliyyat vasitələrindən kütləvi istifadə;
  • sənaye və kənd təsərrüfatı istehsalının intensiv inkişafı;
  • Yer əhalisi sayının yüksək artım sürəti demoqrafik partlayış və onun urbanizasiyası;
  • istehlak artımı və enerji mənbələrinin təmərküzləşməsi;
  • hərbi məqsədlərə və digər proseslərə xərclərin artımı səbəb oldu.
                                     

3. Ətraf mühit üzrə BMT-nin proq­ram; - UNEP United Nation Environment Proqram

BMT-nin ətraf mühit üzrə 1972 Stokholm Konfransının təşəbbüsü və BMT Baş Assambleyasının qərarına 1973 əsasən başla­nan Dövlətlərarası Proqram, müasir ekoloji böh­ranın daha gərgin problemlərinə həsr olunmuşdur: planetin səhralaşması, torpağın deq­radasiyası, Yer kürəsinin meşəsizləşdirilməsi, şirin suların keyfiyyətinin kəskin pisləşməsi və miqdarının azalması, Dünya okeanının çirklənməsi və s. Proqramda dünyanın 58 dövlətinin nümayəndəsi iştirak edir, BMT-nin Baş Assambleyası tərəfindən üç ildən bir seçilir, UNEP-in mənzil ştabı Nayrobidə Keniya yerləşir.

Users also searched:

energetika və ətraf mühit,

...
...
...