Back

ⓘ Ac həriflər (film, 1993)




Ac həriflər (film, 1993)
                                     

ⓘ Ac həriflər (film, 1993)

Ac həriflər tammetrajlı bədii televiziya film-tamaşası rejissor Ramiz Həsənoğlu tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşada hadisələr Həsən dayının yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Film-tamaşada əsas rolları Yaşar Nuri, Cahangir Novruzov, Nazim Abbas, Tofiq Tağızadə, Bəhram Osmanov, Hüseynağa Atakişiyev, Kərim Kərimov, Məmmədkamal Kazımov, Arif Mədətov və Ədalət Ziyadxanov ifa edirlər.

                                     

1. Məzmun

Film-tamaşada hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının Yaşar Nuri yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli Bəhram Osmanov buraya gələn" ac həriflər”in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində" quru bəylər” də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir. Dövrün" ac hərifləri” öz kələkləri ilə Həsən dayını aldatmaqla gülüş hədəfinə çevrilirlər. Özü demişkən: Çörəyi yeyən qaçır.

                                     

2. Filmin üzərində işləyənlər

Əsərin müəllifi: Əbdürrəhim bəy Haqverdiyev Ssenari müəllifi: Ramiz Həsənoğlu, Şərif Qurbanəliyev Rejissor: Ramiz Həsənoğlu Operator: Eldar Məmmədov Rəssam: Rəfael Əsədov Bəstəkar: Cavanşir Quliyev

                                     

3. Rollarda

Yaşar Nuri - Həsən dayı; çəkməçi; şəhər sakini; qəzet oxuyan Cahangir Novruzov - dərviş; çarşaflı qadın; qorodovoy Nazim Abbas - İbrahim bəy; məşədi Tofiq Tağızadə - mirzə Mahmud Bəhram Osmanov - Zərbəli; falçı; kərbəlayi Hüseynağa Atakişiyev - aktyor; rus kişi Kərim Kərimov - Süleyman; məşədi Məmmədkamal Kazımov - Səlman; meyxana deyən Arif Mədətov - türk; Hacı Salman Ədalət Ziyadxanov - mirzə Vaqif Əsədov - Əhməd; "kor" kişi Yusif Əkbərov - Rza Anaxanım Abdullayeva - "əcnəbi" Şamil Nəcəfzadə - ingiliscə danışan azəri