Back

ⓘ Yer saatı




Yer saatı
                                     

ⓘ Yer saatı

Yer saatı - Ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir. Hər ilin mart ayının axırıncı şənbə günü keçirilir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir tərəfindən The Sydney Morning Herald qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. Artıq gələn il dünyada tərəfdarları tapıldı, 2009-cu ildə isə geniş hərəkata çevrildi. WWF-nin məlumatına görə onu hər il 1 milyard əhali keçirir.

                                     

1. Azərbaycanda

Azərbaycan rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir. Elə həmin il keçirilən ilk tədbirdə Bakıda Qız Qalasının ışıqları 1 saat müddətinə söndürülüb. IDEA İctimai Birliyi 2014, 2015, 2017 və 2018-ci illərdə Dünya Vəhşi Təbiət Fondunun WWF "Yer saatı" beynəlxalq kampaniyasının www.earthhour.org Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir. Koordinator qismində IDEA İctimai Birliyinin təşkilatçılığı," Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və WWF Azərbaycan nümayəndəliyinin dəstəyi ilə "Yer saatı" kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilir. IDEA İB-nin təşəbbüsü ilə Bakı şəhəri üzrə məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər. IDEA İctimai Birliyi tərəfindən 2017-ci ildə 10 illiyini qeyd edən "Yer saatı" kampaniyası çərçivəsində ölkəmizdə təşkil edilən genişmiqyaslı aksiyaya 300 nəfərdən çox gənc qoşulmuşdur. IDEA-nın təşkilatçılığı ilə" Yer saatı” kampaniyası çərçivəsində veloyürüş, məşhur rəqs qruplarının" Yer saatı” konsepsiyasına uyğun qeyri-adi rəqsləri, əyləncəli flaşmoblar, hədiyyəli müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və gənclərin marağına səbəb olacaq digər sürprizlər təşkil edilir.

                                     

2. Tənqid

Hərəkatın ciddi tənqidçiləri də vardır. Beləki, bir saatdan sonra eyni vaxtda işıqların yandırılması və elektrik cihazlarının işə salınması elektrik xətlərində ani anda yükün çoxalmasına və qəzaya səbəb ola bilir.

                                     

3. Mənbə

  • Video: Earth Hour in Boulder, Colorado.
  • Interview with Earth Hour Executive Director Andy Ridley WWF
  • uşaq versiyası
  • Yer saatının rəsmi saytı
  • WWF saytında 2009-cu ildə tez-tez verilən suallar Arxivləşdirilib 2012-04-06 at the Wayback Machine
  • Yer saatı Azərbaycanın rəsmi saytı
  • Earth Hour 2008 – a collection of Earth Hour 2008 news articles and press releases

Users also searched:

...
...
...