Back

ⓘ Cəmiyyət




                                               

Yelo Bank

1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib. Bankın yeni adı Yelo – ingilis sözü Yellow-nun sarı sadələşdirilmiş formasıdır. Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvolizə edir və "Parlaq Bankçılıq" şuarı altında həyata keçir.

                                               

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

                                               

Ədəbi dil

Ədəbi dil – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili. Ədəbi dil adətən elmi vә bәdii әsәrlәrdә, mәtbuatda vә idarәçilik aparatında, televiziya vә radioda, mәktәblәrdә işlәdilən dildir. Dialektlәrә, loru dilә, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur. İki qolu mövçuddur, yazılı vә şifahi ədəbi dil. Ədəbi dilin elmifiloloji qaydaları vә normaları var. Zәngin üslublar sisteminә malik olan, daim yenilәşsә dә sabit әnәnәni qoruyub saxlayan Ədəbi dil universaldı ...

                                               

İnternasionalizm

İnternasionalizm və ya Beynəlmiləlçilik - millətlər arasında dostluq və əməkdaşlığı təbliğ edən ideologiya. Beynəlmiləlçiliyin müxtəlif variantları var: xüsusən, marksizmdəki proleter beynəlmiləlçilik, müxtəlif ölkələrin proletarlarının istismarçılara qarşı mübarizədə həmrəyliyi deməkdir. Bizim dövrümüzdə bu termin də özünü qloballaşmanın alternativ bir versiyasını təqdim etməyə çalışan solçu ideologiya kimi təqdim edir. Konsepsiya millətçiliyin ziddinə istifadə olunur. Sovet ideologiyasında proletar beynəlmiləlçilik, bir tərəfdən, milli müstəsnalıq və şovinizm ideologiyası kimi başa düşül ...

                                               

Eqalitarizm

Eqalitarizm - ideal - imkanlar bərabərliyi kimi bu cəmiyyətin bütün üzvlərinin bərabər sosial və vətəndaş hüquqlarına sahib bir cəmiyyət yaratmaq fikrinə əsaslanan konsepsiya. Elitizmin əksi. Ailə sosiologiyasında bərabərlik, ər-arvadın özünü həyata keçirməkdə bərabər hüquqlara malik olduğunu qəbul edir. Müxtəlif siyasi partiyaların proqramlarının əsasında bərabərlik prinsipləri dayanır.

                                               

Sosial dəyişiklik

Ümumi bir ifadə olaraq, istifadə formalarına görə "sosial dəyişiklik" Bu, cəmiyyətin dəyişməsinə səbəb olacaq bir şeyə qərəzli bir münasibət daha çox subyektiv mənada göstərməyi ifadə edə bilər. Fərdi və ya paylaşılan dəyərlər baxımından bir qrupa təsir göstərən hər hansı bir davranış və ya hadisə, Sosial strukturdakı dəyişiklik: təbiət, təşkilatlar, sosial davranış və ya cəmiyyət içindəki sosial münasibətlər, insanların bir yerdə yaşaması və daha çox şey üçün istifadə edilə bilər. Bu termin tarixi tədqiqatlarda, iqtisadiyyatda və siyasət elmində iqtisadi böyümə və inkişaf, demokratikləşmə ...

                                               

Petrokemiya

Petrokemiya - kimyəvi sənaye sahəsi ilə məşğul olan xorvat firması. 1968-ci ildə "INA" dövlət neft şirkətinin filialı kimi "Gübrələr zavodu" adı altında əsası qoyulub. Kənd təsərrüfatı üçün gübrə istehsalına görə ixtisaslaşıb. Ölkədə "İNA"dan sonra ikinci ən böyük ixracat firması.

                                               

Homoseksuallıq

Homoseksualizm və ya Homoseksuallıq eyni cinsdən və ya cinsdən olan insanlar arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara görülən maraq" olarq təyin edilir. Homoseksualları ifadə etmək üçün bir çox terminlərdən istifadə edirlər. Bunların ən tanınmış olanları qadın homoseksualları ifadə etmək üçün "lezbiyən" terminindən istifadə edilir, kişi homoseksualları tanımlamaq üçün isə "gey" terminindən istifadə edilir. Gey və lezbiyen insanların ümumi sayısını bilmək çətindir. Bunun ən böyük səbəbi "Homofobiya" -dır. Ay ...

                                               

Hüquqi müəyyənlik

Hüquq sistemi, qanuna tabe olan şəxslərin davranışlarını qəti şəkildə tənzimləmələrinə və qanuna tabe olanların dövlət hakimiyyəti tərəfindən istifadəsindən qorumalarına icazə verməlidir. Hüquqi müəyyənlik qərarların qanuni qaydalara uyğun verilməsi, yəni qanuni olması tələbini əks etdirir. Hüquqi müəyyənlik konsepsiyası milli hüquqdakı fərdi muxtariyyət anlayışı ilə sıx şəkildə əlaqələndirilə bilər. Hüquqi müəyyənlik anlayışının qanuna daxil olma dərəcəsi, milli hüquqşdan asılı olaraq dəyişir. Bununla birlikdə, qanuni müəyyənlik tez-tez qanunun hazırlandığı, təfsir edildiyi və tətbiq olun ...

                                               

Kitabxana pişiyi

Kitabxana pişiyi – ictimai kitabxanalarda yaşayan ev pişiyi. Pişiklərlə kitabxanalar arasındakı əlaqənin tarixçəsi Orta əsrlərə qədər uzanır. Müasir dövrdə kitabxana pişikləri filmlərə və kitablara mövzu olmaqdadır. Deuey Ridmor Buks ən məşhur kitabxana pişiyi hesab olunur. O, 10 il boyunca Ayova ştatının Spenser ictimai kitabxanasında yaşamışdır. Ölümündən sonra onun haqqında bir çox kitablar nəşr olunmuşdur.

                                               

Feminist hərəkatı

Feminist hərəkatı reproduktiv hüquqlar, məişət zorakılığı, analıq məzuniyyəti, bərabər maaş, qadınların seçki hüququ, cinsi təcavüz kimi məsələlərdə aparılan islahatlar üçün bir sıra siyasi kampaniyalardan bəhs edir. və cinsi təcavüz, bunların hamısı feminizm və feminist hərəkatın damğası altındadır. Hərəkatın prioritetləri ölkədən ölkəyə və cəmiyyətdən cəmiyyətə dəyişir və bəzi ölkələrdə qadın cinsiyyət orqanlarının kəsilməsinə qarşı mübarizə, digər ölkələrdə şüşə tavana qarşı. Qərb dünyasının bəzi ölkələrində feminizm üç dalğadan keçib. Birinci dalğa feminizmi orta və yuxarı sinif ağ qad ...

                                               

Henri La Fonten

Henri La Fonten -, Belçika beynəlxalq hüquqşünası və Beynəlxalq Sülh Bürosunun prezidenti idi. 1913-cü ildə Nobel sülh mükafatını aldı, çünki "Avropada barış hərəkatının təsirli lideri idi".

                                               

Böyük transformasiya

Böyük transformasiya - Macarıstan mənşəli Amerika alimi Karl Polaninin tarixi və iqtisadi araşdırmaları. İlk dəfə 1944-cü ildə nəşr edilmişdir. Tədqiqat kapitalizmin formalaşması və inkişafı dövrünün siyasi və sosial proseslərinə həsr edilmişdir. Polani, bazar iqtisadiyyatı və millət dövləti ayrı-ayrılıqda deyil, tək bir fenomen olaraq qəbul edilməli olduğunu iddia edir - bazar cəmiyyəti və ya cəmiyyət bazarı. Onun meydana çıxması ənənəvi ictimai düzəni məhv etdi - bəşər tarixinin əksər hissəsində iqtisadi fəaliyyət ictimai münasibətlərdən ayrılmadı, müəllif dəyişikliklərin böyüklüyünü vur ...

Cəmiyyət
                                     

ⓘ Cəmiyyət

Cəmiyyət - insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə insan tarixinin müəyyən bir mərhələsi və ya konkret sosial orqanizmdir. Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv bir sistemdir.

                                     

1. Cəmiyyət haqqında alimlərin fikri

Cəmiyyətə sistemli yanaşma təsəvvürləri qədim olsa da, bu baradə bitkin təlimlər ilk dəfə XIX əsrin fəlsəfi fikrində yaranmışdır. Onun əsasları O.Kont, H.Spenser, K.Marks, E.Dürkheym, M.Veber, P.Sorokin, L.Bertalanfi, T.Parsons və başqa mütəfəkkirlər tərəfindən irəli sürülmüşdür. Bu təsəvvürlərə görə sistem kimi götürülən cəmiyyətin elementlərini bu və ya digər sosial subyektlər, münasibətlər və institutlar təşkil edir. Cəmiyyət sistemini təşkil edən elementlər və yarımsistemlər keyfiyyətcə rəngarəngdir və çoxpilləli xarakter daşıyır. İctimai sistemdə münasibətlər çox mühüm yer tutur. Münasibət dedikdə cəmiyyəti təşkil edən subyektlər arasında müəyyən əlaqə və asılılıq başa düşülür. Məhz bu münasibətlər sayəsində insanlar cəmiyyətdə birləşirlər, ayrı-ayrı fərdlər vahid, tam formasında çıxış edirlər. İnsanlar arasında sabit və təkrarlanan münasibətlər, asılılıq tədricən onların sosial qruplar, təşkilatlar və insitutlar formasında birləşməsini yaradır.

İctimai həyatın bütövlüyü problemi hələ qədim filosofların nəzər-diqqətində olmuşdur. Sosial fəlsəfə tarixində cəmiyyətin sistemli quraşdırmaları haqqındakı ilk ideyaları Platon və Aristotelin təlimlərində tapmaq olar.

Sonrakı dövrlərdə cəmiyyətin sistemli təşkili haqqında T.Hobbsun, J.J.Russonun və Q.V.F.Hegelin ideyaları diqqəti cəlb edir.

Hegelin vətəndaş cəmiyyətində real ictimai münasibətlər, sosial ziddiyyətlər göstərilir. Xüsusi mülkiyyətin azad inkişafı vətəndaş cəmiyyətinin vacib şərtidir. Hər bir fərdin cəmiyyətdə vəzifələri olduğu kimi, cəmiyyətin də fərdə qarşı vəzifələri var. Cəmiyyətdəki ziddiyyətlərin əsasının fərdi, xüsusi və ictimai mənafelər və dövlət qaydaları arasındakı müxtəliflik təşkil edir. Dövlət daha yüksək inkişaf pilləsində duraraq, əxlaqi bütövlülük, azadlığın gerçəkləşməsi bu da ideala, ağlın mütləq məqsədinə nail olmaq deməkdir üçün çalışır. Hegel qeyd edirdi ki, fəlsəfə təbiətin qanunlarını olduğu kimi öyrəndiyi halda, hüquq və dövlət problemləri haqqında göstərişi fəlsəfənin özündən gözləyirlər. Əsl vəzifə burada həqiqətin mümkünlüyünü başa düşməkdir. Təfəkkür və varlıq qanunları eyni olduğu üçün, bu, elə ağlın, fəlsəfənin dərk edilməsi qabiliyyətindən irəli gəlir. Hər bir fərd öz zəmanəsinin övladı olduğu kimi, fəlsəfə də dövrün təfəkkürdə ifadə olunmuş ruhudur. Hobbs və Russonun dəyişilməz, sabit, təbii hüququ, Hegeldə dialektikanın inkişaf qanunlarına əsasən müsbət vətəndaş hüququnda tədricən gerçəkləşən azadlıq ideyası ilə əvəz olunur.

K.Marks və F.Engels cəmiyyətin insanların qarşılıqlı fəaliyyətinin məhsulu olduğunu qeyd edirlər. Engels "Təbiətin dialektikası" əsərində yazırdı: "İnsanlar öz əməllərini təlabatla yox, təfəkkür ilə izah etməyə vərdişlidirlər, əslində isə tarixi prosesin əsas məzmununu həqiqi həyatın istehsalı və təkrar istehsalı təşkil edir. Cəmiyyətin iqtisadi bazisi aparıcı rol oynayır, lakin bununla yanaşı tarixi inkişafa, onun formalarına üstqurumunun müxtəlif tərəfləri: dövlət quruluşu, hüquqi formalar və onların insan şüurunda inikası, siyasi, hüquqi, fəlsəfi nəzəriyyələr, dini baxışlar təsir göstərir". İqtisadi hərəkat zərurətdir və öz yolunda bir çox təsadüflərlə üz-üzə gəlir. Cəmiyyətdə insanlar şüurlu şəkildə, məqsədyönlü fəaliyyət göstərirlər, bunula belə tarixin inkişafı daxili, ümumi qanunlara tabedir. Tarixdə təsadüfün rolu çox böyükdür, amma burada aparıcı rolu iqtisadi münasibətlər oynayır. İqtisadi münasibətlər dedikdə Marks və Engels əmək bölgüsü əsasında insanların yaşamaq üçün təşkil etdiyi istehsal üsulunu, mübadilə, bölgü və istehlakı nəzərdə tuturdular. Buraya əmək vasitələri, o cümlədən texniki və coğrafi şərait də daxildir. İnsan fəaliyyəti predmetli xarakter daşıyır, həqiqi fəaliyyət hissi subyektivdir. Onlar "vətəndaş cəmiyyəti" anlayışını "insan cəmiyyəti" anlayışı ilə əvəz etdilər. Onların fikrincə, istehsel üsulu növləri tarixdə bir-birini əvəz edir, bunun aparıcı tərəfi mülkiyyət formasıdır. İstehsal üsulunun iki tərəfini məhsuldar qüvvələr və istehsal münasibətləri təşkil edir. İctimai-iqtisadi formasiyanın əsasında istehsal üsulu forması durur, ona uyğun iqtisadi, siyasi, ideoloji və digər münasibətlər formalaşır və inkişaf edir. Tarixdə bir neçə formasiya mövcud olub: quldarlıq, feodalizm, kapitalizm. Formasiyaların bir-birini əvəz etməsinin əsas səbəbi istehsal üsulunda baş verən dəyişikliklərdir.

                                     

2. Sosial sistem

Sosial sistem aşağıdakı xassələrinə görə təbiət sistemlərindən fərqlənir: Hər şeydən əvvəl göstərilməlidir ki, cəmiyyəti təşkil edən elementlər, yarımsistemlər və səviyyələr son dərəcə rəngarəngdir, onların funksiyaları, əlaqələri və qarşılıqlı münasibətləri çox mürəkkəbdir. Digər tərəfdən sosial sistemi təşkil edən elementlər öz keyfiyyətinə görə müxtəlifdir, burada təkcə maddi deyil, həm də ideal, mənəvi hadisələr vardır. Buna görə də onu tədqiq edərkən müxtəlif elmlərin humanitar və təbiət elmlərinin metodlarından kompleks şəkildə istifadə olunmalıdır. Sonra sosial sistemin əsas elementi olan insanın unikal xarakteri onu təbiətdən fərqləndirilir. Belə ki, insan öz fəaliyyətinin, davranışının forma və üsullarını sərbəst surətdə və geniş diapazonda seçə bilir. Bunun nəticəsində cəmiyyətin inkişafında qeyri-müəyyənlik dərəcəsi yüksək olur. Burada hadisələrin gələcək nəticələrini irəlicədən müəyyən etmək çox vaxt mümkün olmur.

Sosial sistem qapalı ola bilməz. Sosial sistemin açıq olması o deməkdir ki, cəmiyyət daim ətraf mühit ilə maddələr, enerji və informasiya mübadiləsində olur. Buna görə də ictimai sistem qeyri-müvazinət vəziyyətində olan sistemlərdədir. Onun qeyri-müvazinət xarakteri həm də bunda ifadə olunur ki, sosial sistemə daxil olan yarımsistemlər və tərəflər öz səviyyəsinə görə eyni deyildir, onlar arasında müəyyən fərqlər və dialektik ziddiyyətlər mövcuddur. Sosial sistemin açıq xarakteri və qeyri-müvazinətli olması onun ədəbi həyatını təmin edir.

                                     

3. Cəmiyyətin xüsusiyyətləri

Cəmiyyət bir sıra xassələrə malikdir: özfəaliyyət fəaliyyətin kənardan gətirilməməsi, öz-özünü təşkiletmə; özinkişaf inkişaf mənbəyinin daxildə olması və öz-özünə kifayət olması.

Birinci üç əlamət həm bütövlükdə cəmiyyətə, həm də ayrılıqda onun hər sferasına və qruplarına aiddir. Dördüncü xassə isə yalnız bütöv bir tam kimi götürülən cəmiyyəti səciyyələndirir. Özünün özü üçün kifayət etməsi xassəsi o deməkdir ki, sistem öz fəaliyyəti ilə onun mövcudluğu üçün lazım olan şəraiti yarda və təlabatlarını ödəyə bilir. Bu keyfiyyət sosial sistemi onun ayrı-ayrı yarımsistemlərindən və tərəflərindən fərqləndirir. Başqa sözlə cəmiyyətin heç sahəsi, heç bir fəaliyyət növü ümumidən təcrid olunmuş halda normal yaşaya bilməz. Yalnız bütöv bir tam kimi götürülən cəmiyyət bütün fəaliyyət növlərinin, sosial subyektlərin və sosial insitutların vəhdətini təmin etməklə öz-özünü təminetmə xassəsinə malikdir. Beləliklə, sosial sistem müxtəlif səpkilərə malikdir. Onu təhlil edərkən fəaliyyət növləri, "sosial münasibətlər, sosial birlik formaları" ictimai insitutlar mütləq nəzərə alınmalıdır.

Cəmiyyətin son dərəcə mürəkkəb olması onu izah edən baxışların da müxtəlifliyini şərtləndirir. Sosial fəlsəfədə cəmiyyətin üç əsas nəzəri modeli geniş yayılmışdır:

  • naturalizm,
  • materializm.
  • idealizm,

Birinci mövqe, naturalizm təbiət təbii olan deməkdir tarixən daha qədimdir. Onun mahiyyətini cəmiyyətin təbii-bioloji amillər təbii sərvətlər,mühit iqlim və sair ilə izah olunması təşkil edir.

Cəmiyyətə idealist yanaşma sosial həyatda əbədi ideyanın, dünya zəkasının, idealın, mənəvi amillərin müəyyənedici rol oynadığını sübut etməyə çalışır.

Nəhayət, materializm cəmiyyətin izahındə maddi amillərdən: sosial varlıqdan, maddi nemətlər istehsalından çıxış edir.

Qeyd edək ki, bu üç baxış bir-birindən tam təcrid olunmuş halda mövcud deyildir. Onlar bir-birilə xeyli yaxındır və bəzən də çulğalaşmış şəkildə çıxış edir. Məsələn, naturalizmdə bəzən həm materializm ünsürləri, həm də idealizm panteizm və hilozoizmin nümunəsində əlaqəli şəkildə çıxış edir.