Back

ⓘ Fəlsəfə




                                               

Metafəlsəfə

Metafəlsəfə, bəzən fəlsəfənin fəlsəfəsi adlanılan, fəlsəfənin məqsədlərini, metodlarını və sərhədlərini öyrənən elmdir. Fəlsəfə elminin əsası mövcudluğun təbiəti, cisimlərin varlığı və biliyin mümkünlüyü kimi mövzuların sorğulanmasından ibarətdir. Lakin metafəlsəfə fəlsəfənin özünün nə olduğunu araşdıraraq onun təbiətdəki zərurətini, nə kimi suallar verib nə kimi cavablar almalı olduğunu və bu cavablarla nail olunacaqları araşdırır. Bəziləri metafəlsəfəni fəlsəfəyə giriş və hazırlıq olaraq, bəziləri isə onu fəlsəfənin özünün bir parçası olaraq görür. Fəlsəfənin əksər istiqamətlərinin də öz ...

                                               

Fizika fəlsəfəsi

Fizika fəlsəfəsi - fəlsəfənin bir hissəsi kimi fizika anlayışını, sərhədlərini və metodologiyasını öyrənən bir fəlsəfə bölməsidir. Vəziyyətinin bir hissəsi olaraq, fizika fəlsəfəsi, məsələn, ontoloji və fiziki proqnozların uyğunsuzluq problemini təhlil edir: məsələn, fizikanın zamanı ən sabit prosesin axını kimi anlaması və zamanın axını kimi ontoloji anlayışı ümumi və ya faz dəyişikliyində: keçmiş, indiki, gələcək. Fizika fəlsəfəsinə yalnız fiziki aləmdə özünü göstərən səbəbiyyət problemi və sonuncusu ilə əlaqələndirmə problemi də daxildir. Son zamanların fizika fəlsəfəsi sahəsində ən əla ...

                                               

Rauf İsmayılzadə

Rauf İsmayılzadə 7 yanvar 1936-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1956-cı ildə Gəncə Musiqi Texnikumunu bitirən İsmayılzadə daha sonra Göygöl rayonunda tar müəllimi kimi çalışmağa başlamışdır. Rauf İsmayılzadə 1958-1963-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqi nəzəriyyəsi şöbəsində təhsil davam etdirmişdir. Konservatoriyada təhsilini başa vurduqdan sonra 1963-cü ildə Gəncə Musiqi Texnikumunda musiqi nəzəriyyəsi üzrə müəllim kimi fəaliyyət göstərmişdir. Pedaqoji fəaliyyətlə yanaşı, yaradıcılıqla da məşğul olan Rauf İsmayılzadə 500-dən artıq elmi və publisistik məqa ...

                                               

Bojidar Prosenyak

Uşaqlığını Podravina Kuzminats kəndində keçirən Bojidar ilk təhsilini də orada almış daha sonra Koprivtinsdə, PAris və Zaqrebdə davam etdirmişdir. Fəlsəfə fakültəsində kinesiologiya üzrə təhsil alıb. Velika Qoritsada qəzet və radioda mədəniyyət problemləri üzrə redaktor və jurnalist kimi işə düzəlib. 1980-ci ildə Velika Qoritsada "Albatros" kitabxanasını təsis edib 18 ildən çox redaktoru olur. Velika Qoritsada "Matica hrvatska" jurnalının da redaktor vəzifəsində çalışır. 1984-cü ildən etibarən sərbəst rəssam kimi də işləyir. O Zaqrebdə Xorvat Yazıçıları Cəmiyyətinə və Xorvatiyanın Müstəqil ...

                                               

Robert Franqeş Mixanoviç

Robert Franqeş Mixanoviç və ya 1940, Zaqreb, Xorvatiya banovinası) - xorvat heykəltəraş, müasir Xorvatiya və Yuqoslaviya heykəltəraşlığının banilərindən biri, XIX-XX əsrlərin qovşağında görkəmli mədəniyyət xadimi.

                                               

Qrakx Baböf

Qrakx Baböf) - Fransız inqilabçı kommunist-ütopik, Direktoriya dövründə "bərabərlik uğrunda" hərəkatın lideri.

Fəlsəfə
                                     

ⓘ Fəlsəfə

Fəlsəfə - varlığın, insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elm.

Fəlsəfə ictimai şüur formalarından biridir, nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.

                                     

1. Fəlsəfə sözü

"Filo" və "sofiya" yunan sözləridir. "Sofiya" hikmət, "filo" isə sevmək deməkdir. "Filosofiya" - "hikməti sevmək" mənasını verir. "Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb.

İlk dəfə Pifaqor özünü "filosof" adlandırıb və deyib:

"Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm"

Fəlsəfənin predmeti

Fəlsəfə termininə ilk dəfə Pifaqorda təsadüf edilir. Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir.

                                     

2. Fəlsəfədə varlıq problemi

Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya aparatı sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən "var olmaq", "mövcud olmaq", "üzə çıxmaq", "reallıq" mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada işlədilir:

  • Geniş mənada materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları.
  • Dar mənada - şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;

Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddi şeylər deyil, həm də ideal olanlar varlığa malikdirlər.

Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan "həqiqi" varlıq "qeyri-həqiqi" varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır.

Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə çıxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağa imkan verir. Onlardan birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları və hadisələridir. Canlı təbiətin varlığı isə özündə iki səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan, flora və faunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir.

                                     

3. Fəlsəfi kateqoriyalar

Fəlsəfə insanın dünyaya münasibətinin ən ümumi anlayışlarla dərk edilməsi fəlsəfi kateqoriyaların sayəsində baş verir. Kateqoriyalar təbiətin, cəmiyyətin və təfəkkürün ən umumi və vacib xüsusiyyətlərini özündə əks etdirir. Fəlsəfi kateqoriyalar fəlsəfənin zamanca inkişaf səviyyəsinə görə dəyişir.

Materialist dialektikada "materiya" ilk kateqoriya hesab olunurdu və onun tərifi də özünəməxsus səciyyəvi xüsusiyyətlərinə görə fərqlənirdi. Materialist fəlsəfədə Təsadüf kateqoriyası idealist fəlsəfədə təkzib olunur və yaxud tamamilə fərqli don geyindirilirdi.

Fəlsəfəyə ilk kateqoriya anlayışını antik dövr yunan filosofu Aristotel gətirmişdir. İnsanın dünyanın dəyişdirilməsinə və dərk edilməsinə istiqamətlənmiş fəaliyyəti boyu təbii olaraq kateqoriyalar da dəyişir və formalaşır. Onların sayı çoxalır, məzmunu genişlənir. Fəlsəfədə əsas hesab olunan kateqoriyalar aşağıdakılardır:

  • Kəmiyyət və keyfiyyət
  • Mahiyyət və hadisə
  • Hərəkət
  • İmkan və gerçəklik
  • Təkcə, xüsusi və ən ümumi
  • Zaman
  • Səbəb
  • Zərurət
  • Təsadüf
  • Məkan
  • Həqiqət
  • Oxşarlıq və əkslik, ziddiyyət
  • Məzmun və forma


                                     

4. Fəlsəfə tarixi

Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir.

Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir.

Lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəmiyyətli yerə və rola malik Antik fəlsəfənin Qədim yunan - roma fəlsəfəsidə adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.

  • Qədim Şərq fəlsəfəsi
  • Yunan-roma fəlsəfəsi Antik fəlsəfə
  • Qədim dünya fəlsəfəsi
  • Şərq fəlsəfəsi
  • Orta Əsrlər fəlsəfəsi
  • Avropa fəlsəfəsi
  • Yeni dünya Amerika fəlsəfi düşüncə tərzi
  • Şərq fəlsəfi düşüncə tərzi
  • Qərb fəlsəfi düşüncə təzi
  • Yeni dövr fəlsəfəsi
  • Müasir fəlsəfə
                                     

5. Fəlsəfənin əsas istiqamətləri

  • Epistemologiya
  • Elm fəlsəfəsi
  • Qneseologiya idrak nəzəriyyəsi
  • Tarix fəlsəfəsi
  • Mifologiya
  • Məntiq
  • Estetika
  • Siyasət fəlsəfəsi
  • Din fəlsəfəsi
  • Ontologiya
  • Hüquq fəlsəfəsi
  • İnsan fəlsəfəsi
  • Dil fəlsəfəsi
  • Etika
                                     

6. Fəlsəfi nəzəriyyələr

İdealizm, materializm, modernizm, peripatetizm, praqmatizm, pozitivizm, ekzistensializm, rasionalizm, irrasionalizm, skeptisizm

Fəlsəfənin beş bölməsi var:

  • Qneseologiya - idrak haqqında təlim
  • Aksiologiya - insanın gerçəklikdəki predmet və hadisələri qiymətləndirməsi haqqında təlim.
  • Praksiologiya - insanın əməli haqqında təlim
  • Ontologiya - varlıq haqqında təlim
  • Sosiologiya - cəmiyyət haqqında təlim

Fəlsəfənin iki əsas metodu var:

  • Dialektika
  • Metafizika
                                     

7. Xarici keçidlər

  • Fridrix Hegel - Fəlsəfə ensiklopediyası. I cild. Bakı, 2005.
  • Azərbaycan Fəlsəfə tarixi çoxcildik, rus və Azərbaycan dillərində. Məsul redaktor: Zümrüd Quluzadə Arxivləşdirilib 2015-02-16 at the Wayback Machine
  • Əsas fəlsəfi cərəyanlar
  • Dusuncelerin Kokenleri 2006 PDF
  • Ümumvəhdət fəlsəfəsi Arxivləşdirilib 2013-04-17 at the Wayback Machine
  • İslam bölgəsi fəlsəfə tarixinin tədqiqi və tədrisi perspektivləri. Zümrüd Quluzadə. Bakı Arxivləşdirilib 2013-09-03 at the Wayback Machine
  • Fəlsəfə dünyası
  • Fəlsəfi Maarifçilik Assosiasiyası Arxivləşdirilib 2017-09-22 at the Wayback Machine
  • Fəlsəfə İnstitutu
  • "Şərq fəlsəfəsi problemləri" jurnalı Arxivləşdirilib 2014-11-18 at the Wayback Machine
  • Azərbaycan fəlsəfə tarixinin konseptual məsələləri. Zümrüd Quluzadə. Bakı. 2009 Arxivləşdirilib 2013-09-15 at the Wayback Machine
  • İslam bölgəsi fəlsəfəsinin Orta əsrlər Qərbi Avropa fəlsəfəsinin təkamülündə yeri və rolu. Rahil Nəcəfov. Bakı Arxivləşdirilib 2013-09-03 at the Wayback Machine
  • Azərbaycanda nəşr olunmuş islam şərqi və Azərbaycan fəlsəfəsi tarixinə həsr edilmiş monoqrafik əsərlərin biblioqrafiyası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
                                               

Ruslan Əliyev

Ruslan Əliyev baş direktor - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin Baş direktoru, Texnika üzrə Fəlsəfə doktoru. Ruslan Əliyev kafedra müdiri - Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri.