Back

ⓘ UNESCO




                                               

Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsi

Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsi - BMT Nizamnaməsinin ayrılmaz hissəsi, Beynəlxalq Ədalət Məhkəməsinin təşkilati prinsiplərini, fəaliyyət qaydasını, səriştəsini və prosedurunu müəyyənləşdirir. Məhkəmənin fəaliyyəti üçün hüquqi əsasdır.

                                               

Qraçanitsa monastırı

Qraçanitsa monastırı ― Kosovada yerləşən Serb pravoslav monastırı. Serbiya kralı Stefan Milutin tərəfindən 1321-ci ildə 6-cı əsrə aid köhnə bazilikanın dağıntıları üzərində inşa edilmişdir. Monastır 1990-cı ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmiş, 13 iyul 2006-cı ildə isə "Kosovadakı Orta əsr abidələri" adı altında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bütün ərazi tamailə Təhlükədə olan Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qraçanitsa monastırı kral Milutinin son ianələrindən biridir.

                                               

Zhangjiajie Milli Meşə Parkı

Çjantszyatsze Milli Meşə Parkı - Çinin Xunan əyalətinin Çjantszyatsze şəhərində yerləşən milli park.

                                               

Dünya Məntiq Günü

Dünya Məntiq Günü - 2019-cu ilin noyabr ayından başlayaraq hər il 14 yanvar tarixində qeyd olunan beynəlxalq bir gündür. Dünya Məntiq Günü məntiqin intellektual tarixini, konseptual əhəmiyyətini və praktik təsirlərini daha geniş ictimaiyyətin diqqətinə çatdırmaq niyyətindədir.

                                               

Voronets monastırı

Voronets monastırı ― Rumıniyanın Voronets kəndində orta əsr monastırı. Suçava judetsindəki Bukovinanın cənubundakı məşhur boyalı monastırlardan biridir. Monastır Moldova şahzadəsi Böyük Stefan tərəfindən 1488-ci ildə Vasliy döyüşündəki qələbəni anmaq üçün 3 ay və 3 həftə müddətində inşa edilmişdir. Tez-tez "Şərqin Sikstin kapellası" olaraq bilinən Voronedakı freskalar Rumıniyada "Voronets mavisi" olaraq bilinən tünd mavi rəngə sahibdir. Monastır Suçava judetsində, Voronets çayının vadisində yerləşir. Kilsənin mənşəyi haqqında əfsanə Rumıniya tarixinin mərkəzində olan iki nəfəri birləşdirir ...

                                               

Mramorye

Mramorye və ya Baqruşa ― Serbiyanın Peruçats kəndində yerləşən orta əsr nekropolu və bölgənin ən yaxşı qorunan nekropollarından biri. Nekropol 14-cü əsrdə tikilib və Drina çayı ilə yaşayış məntəqəsinin girişində çay boyunca uzanan əsas yol arasında yerləşir. Ərazi "müstəsna əhəmiyyətə malik bir mədəniyyət abidəsi" olaraq Serbiya Respublikası tərəfindən qorunur. Lakin ərazi yenə də bir tərəfdən Drina çayı, digər tərəfdən Peruçats qəsəbəsinin genişlənməsinin davam etməsi ilə təhdid olunur. 2016-cı ildə Mramoryenin də daxil oldduğu Serbiyadakı 3 nekropol UNESCO-nun Ümumdünya irsi siyahısına d ...

                                               

Nikola Tesla muzeyi

Nikola Tesla muzeyi ― Serbiyanın paytaxtı Belqradın mərkəzində yerləşən elm muzeyi. Muzey Nikola Teslanın həyatını və işini şərəfləndirməyə və nümayiş etdirməyə həsr edilmişdir. Nikola Tesla muzeyində 160 000-dən çox orijinal sənəd, 2 000-dən çox kitab və jurnal, 1 200-dən çox tarixi texniki eksponat, 1500-dən çox fotoşəkil və orijinal texniki əşyalar, alətlər və aparatların fotoşəkilləri və foto lövhələri, həmçinin 1000-dən çox plan və rəsm saxlanılır. Nikola Teslanın arxivinin dünyanın elektrikləşdirilməsi tarixi və bu sahədəki gələcək texnoloji inkişaflarla əlaqəli kritik rolu olduğu üç ...

                                               

Malabadi köprüsü

Malabadi köprüsü - Silvandan 23.2 km uzaqlıqdadır və Silvan ilçəsi sərhədləri içərisindədir. Silvandan körpüyə asan yol var. Diyarbakır Tarixi Əsərlər Siyahısına alınmışdır. Malabadi körpüsü 1989-cu ildə Silvan Bələdiyyəsi tərəfindən bərpa edilmişdir. Körpüsü Silvan Bələdiyyəsinin loqosunu təşkil edən əsas elementdir. 1147-ci ildə Artuqlu bəyliyi dövründə Timurtaş Bin-i İlqazi tərəfindən inşa edilmişdir. Yeddi metr enində və 150 metr uzunluğunda bir körpüdür. Hündürlüyü su səviyyəsindən təməl daşına qədər 19 metrdir. Rəngli daşlarla tikilib və təmirlə günümüzə gəlib çatıb. Malabadi körpüsü ...

                                               

Qamziqrad

Qamziqrad ― Dunay çayının cənubunda, Zayeçar şəhərində yerləşən arxeoloji sahə, spa kurortu və Serbiyanın Ümumdünya irsi abidəsi. Ərazidə Roma imperatoru Qalerinin inşa etdirdiyi Feliks Romuliana serb. Феликс Ромулијана / Feliks Romulijana qədim saray və məbəd kompleksi yerləşir. Əsas sahə 40 000 m² ərazini əhatə edir.

                                               

Hvarda dini yürüş

Hvarda dini yürüş - Xorvatiyanın Hvar adasında hər cümə axşamı təşkil edilən ənənəvi gecə yürüşünün adı. Bu tədbir misilsiz bir xüsusi dindarlıq ayini və Hvar adasının mərkəzi hissəsinin sakinlərinin dini və mədəni şəxsiyyətinin ifadəsidir və beş əsrdir ki, fasiləsiz olaraq icra olunur. Həm müddəti baxımından 8 saat ərzində 25 kilometr qət etmək həm də məzmununa görə müstəsna bir xarakter kəsb edir. Roma Katolikləri Cəmiyyəti və ya qardaşlığı tərəfindən hazırlanır və həyata keçirilir. Yürüşün əsasını "Gözləri yaşaran İlahi Ana" adlı XV əsrə aid mətnin seçilmiş ifaçılar, kantadurlar tərəfin ...

                                               

Mamayev kurqan

Mamayev kurqan - 1942-ci ilin sentyabrında başlayan və 1943-cü ilin yanvarında sona çatan Stalinqrad döyüşü zamanı şiddətli döyüşlərin baş verdiyi Volqoqrad şəhərinin mərkəzi bölgəsindəki Volqa çayının sağ sahilindəki bir yüksəklikdir. Bu gün Mamayev kurqan, əsasən əsas monumenti "Ana vətən çağırır!" olan "Stalinqrad döyüşünün qəhrəmanlarına" həsr olunmuş abidə-ansamblı ilə tanınır. Mamayev kurqanında Stalinqradın 35 mindən çox müdafiəçisinin cəsədinin dincəldiyi bir neçə kütləvi və fərdi məzarlar var. Bu, Volqoqradın simvoludur, Stalinqrad döyüşünün və şəhərin müdafiəsi zamanı şəhid olan ...

                                               

Jiuzhaiqou

Tzyuçjayqou vadisi Tibet yaylasının kənarında yerləşən Min Dağlarının bir parçasıdır. 72.000 ha ərazini əhatə edir. Çox sayda şəlalələr, rəngli göllər və qarla örtülü zirvələri ilə məşhurdur. Yüksəkliyi 2.000 ilə 4.500 metr arasındadır. Tzyuçjayqou vadisi 1992-ci ildə UNESCO dünya irsi siyahısına və 1997-ci ildə dünya biosfer ehtiyatına daxil edilmişdir. Açıldığından bu vaxta qədər, turistlərin sayı günü-gündən artmağa başladı. 1984-cü ildə 5.000, 1991-ci ildə 170.000, 1995-ci ildə 160.000, 1997-ci ildə 200.000, 3.000 xarici daxil olmaqla 2002-ci ildə ziyarətçi sayı 1.190.000-ə qədər qalxd ...

                                               

Denov

Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir.

                                               

Manasiya (monastır)

Manasiya monastırı və ya Resava ― Serbiya ərazisində yerləşən, 1406-1418-ci illər arasında Stefan Lazareviç tərəfindən tikilmiş Serb Pravoslav monastırı. Kilsə Müqəddəs Üçlüyə həsr edilmişdir. Kompleks orta əsr serb mədəniyyətinin ən əhəmiyyətli abidələrindən biridir və "Morava memarlıq məktəbinə" aiddir. Monastır nəhəng divarlar və qüllələrlə əhatə olunmuşdur. Manasiya monastırı qurulduqdan dərhal sonra Serb despotluğunun mədəniyyət mərkəzinə çevrildi. Resava Məktəbi 15 və 16-cı əsrlərdə despotluğun Osmanlı imperiyasının hakimiyyəti altına keçməsindən sonra da əlyazmaları və tərcümələri i ...

                                               

Təhsil fəlsəfəsi

Təhsil fəlsəfəsi - təhsili mövzu olan fəlsəfi bilik sahəsi. Tarixini XX əsrin əvvəllərindən bəri ayrı bir intizam kimi sayır. İngilis-Amerika filosofu Con Dyui dünyada təhsil fəlsəfəsinin banisi sayılır. İngilis dilində danışan ölkələrdə təhsil fəlsəfəsi indi müəyyən bir intizam statusuna sahib olan, universitetlərdə ayrı-ayrı şöbələr, ilk növbədə fəlsəfə fakültələrində və bəzi hallarda təhsil kolleclərində təmsil olunan bir sahədir "təhsil fakültələri".

                                               

Studenitsa (monastır)

Studenitsa monastırı ― Serbiyada 12-ci əsr aid Serb Pravoslav monastırı. Ən böyük və zəngin Serb Pravoslav monastırlarından biridir. Monastır 1190-cı ildə orta əsr Serb dövlətinin qurucusu Stefan Nemanya tərəfindən tikdirilmişdir. Studenitsa monastırı ən çox Bizans üslubundakı 13 və 14-cü əsrlərə aid freska kolleksiyası ilə tanınır. Studenitsa monastırı 1979-cu ildə "istisna əhəmiyyətli mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Monastır 1986-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

                                               

Zvonçari

Zvonçari adlanan mərasim əvvəllər bütün xorvatlar arasında yayılmışdı, hazırda isə Kastavda qorunub saxlanılıb. Bu adət YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil edilib. Şərqi Xorvatiyada mərasim iştirakçıları qaydası üzrə buynuzlu maskalar və dəri geyinən gənc cütlüklər böyük inək zınqırovları bağlanmış formada küçələri dolaşır və pis ruhları qovmaq üçün bacardıqları qədər səs-küy etməyə çalışırdılar. Qərbi Xorvatiyada gül və lentlərlə bəzədilmiş şlyapalar geyinilirdi. Bu cür adət Xorvatiyanın qərb hissəsinin bir müddət İtaliyanın tərkib hissəsində olması və İtaliyada da heyvanl ...

UNESCO
                                     

ⓘ UNESCO

UNESCO – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur.

Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.

UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.

UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.

1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir.

Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır. UNESCO Nizamnaməsi, Türkiyədə 20 may 1946 tarixli və 4895 saylı qanunla təsdiq edilmişdir.

Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası,Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.

Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edildi. Ölkəmizdə UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nın təşəbbüsü ilə 2009-cu ilin mart ayında Bakıda Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Mart ayının 18-dən 25-nə qədər davam edən festivalın ilk günü saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nda baş tutmuşdur.

Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam musabiqəsi və festival konsertləri silsiləsi təşkil olunmuşdur.

Müsabiqədə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniya dan 67 iştirakçı qatılmışdı. Bu müsabiqədə 1 Qran-Pri və 3 mükafat var idi. Festivalın əsas mükafatını – qran-prini Azərbaycandan Təyyar Bayramov qazandı. Ümumiyyətlə,Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda təhsilin, mədəniyyətin və cəmiyyətin müxtəlif sahələri üzrə xoşməramlı missiya həyata keçirilir. Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva YUNİSEF-in xüsusi mükafatına layiq görülmüşdür. Dekabrın 27-də Bakı da, Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.

Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşmışdır. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam ustadlarının iştirakı ilə "dəyirmi masa" keçirilərək Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı.

Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

28 iyul 2010-cu ildə UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfər edib. O Bakıda Azərbaycanın UNESCO üzrə milli komissiyasının təşkilatçılığı ilə dəyirmi masada iştirak edib. "Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir" kimi əhəmiyyətli bəyanat verdi.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Ceyhun Bayramovdur.

                                     

1. Xarici keçidlər

  • "Unesco"nun təsis etdiyi konfranslar Arxivləşdirilib 2013-09-08 at the Wayback Machine
  • UNESCO-nun rəsmi saytı ing.
  • UNESCO-nun "Ümumdünya İrsi" Mərkəzi
Zhangjiajie
                                               

Zhangjiajie

Çjantszyatsze - Çinin Xunan əyalətində yerləşən şəhər. Şəhər, şərqdə Çanqde və cənubda Huaihua, qərbdə Xiangxi Tujia ilə şimalda isə Hubei əyaləti ilə qonşudur. Şəhərə Zhangjiajie Hava limanı xidmət göstərir. Çjantszyatszedə yerləşən Vulinqyuan Mənzərə və Tarixi Sahəsi 1992-ci ildə UNESCO Dünya İrsi Siyahısına daxil edilmişdir.

Villa Tugendhat
                                               

Villa Tugendhat

Villa Tugendhat, Çex Respublikasının Brno şəhərindəki Černá Pole regionunda yerləşən tarixi bir binadır. Avropadakı müasir memarlığın ilk prototiplərindən biridir və Alman memarı Ludwig Mies van der Rohe tərəfindən dizayn edilmişdir. 1928–1930-cu illər arasında Fritz Tugendhat və xanımı Greta üçün dəmir-beton konstruksiya formasında inşa edilmiş və modernizmin simvoluna çevrilmişdir.