Back

ⓘ Desibel




Desibel
                                     

ⓘ Desibel

Desibel, – - səs ölçü vahididir. bel’in onda biri: elektronika və başqa sahələrlə bağlı olan müəyyən kəmiyyətlərin nisbi ölçü vahidi; telefoniyanın əsasını qoyanlardan olan şotland əsilli Amerika alimi Aleksandr Qreyam Bell’in şərəfinə adlandırılıb.

Desibellə ifadə olunmuş qiymətlər loqarifmik şkalada yerləşir və verilmiş kəmiyyətin hər hansı məlum etalon səviyyəyə nisbətən ölçülməsinin nəticəsini göstərir. İki qiymət arasındakı desibellərin miqdarını müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə olunur:

dB = n log x/r,

burada x – ölçülən səviyyə, r – etalon səviyyə, n isə gərginliyi və ya cərəyan şiddətini ölçərkən 10-a, gücü ölçərkən 20-yə bərabərdir. Mənfi desibel ədədi ölçülən kəmiyyətin etalon səviyyəsindən aşağı olduğunu göstərir. Səsli kompakt diskin dinamik diapazonu təxminən 90 dB olur, yəni musiqinin maksimal səviyyəsi fon küyünün səviyyəsindən 90 dB yuxarıdır. Audio kassetin dinamik diapazonu, adətən, 60 dB olur. 80 dB insan üçün yolverilən həddir.

                                     

1. Xarici keçidlər

  • OSHA Regulations on Occupational Noise Exposure
  • What is a decibel? With sound files and animations
  • Conversion of sound level units: dBSPL or dBA to sound pressure p and sound intensity J

Users also searched:

...
...
...