Back

ⓘ Bakı şəhəri 238 nömrəli tam orta məktəb




Bakı şəhəri 238 nömrəli tam orta məktəb
                                     

ⓘ Bakı şəhəri 238 nömrəli tam orta məktəb

Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəb - 1964-cü ildə Azərbaycanın Bakı şəhərində fəaliyyətə başlamış orta məktəbdir. 2010-11-ci illərdə məktəb" Ən yaxşı ümumtəhsil məktəbi ” seçilmişdir.

                                     

1. Haqqında

Məktəb birnövbəli sistemlə beş gün işləyir. Məktəbdə rus dilinin intensiv tədrisi layihəsi həyata keçirilir.

Məktəbin 2010-2011-ci dərs ilində prezident İlham Əliyevin Sərəncamı ilə" Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

2014 – cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə məktəbdə əsaslı təmir işləri aparılmış, 2016-cı ildə isə 320 şagird yerlik yeni tədris korpusu şagirdlərin istifadəsinə verilmişdir.

Məktəbdə müasir tələblərə uyğun fənn laboratoriyaları, fənn kabinetləri, linqafon kabinetleri, informatika kabinetləri, akt zalı, idman zalı, yeməkxana, idman meydançası, tibb kabineti və hərbi kabinet şagirdlərin istifadəsindədir. Məktəb lazımi avadanlıqlarla və kompüterlərlə təmin olunmuşdur.

Users also searched:

...
...
...