Back

ⓘ Budapeşt Beynəlxalq Biznes Məktəbi




Budapeşt Beynəlxalq Biznes Məktəbi
                                     

ⓘ Budapeşt Beynəlxalq Biznes Məktəbi

Budapeşt Beynəlxalq Biznes Məktəbi - Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest The University of Buckingham ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir.

                                     

1. Haqqında

Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən o cümlədən Azərbaycandan 1200-dən çox tələbə ingilis dilində təhsil alır. Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir, hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür. Universitetin tələbələrinin təhsil aldıqları zaman və məzun olduqdan sonra 300-dən çox nüfuzlu partnyor şirkətdə yüksək səviyyəli işlər tapırlar.

                                     

2. Proqramlar

Bakalavr

  • Maliyyə menecmenti;
  • Biznes və diplomatiya;
  • Biznes və turizm
  • İncəsənət menecmenti;
  • İnformasiya sistemləri menecmenti;
  • Menecment;
  • Psixologiya və menecment.
  • Xarici dillər və menecment;

Magistr proqramları

  • Maliyyə Menecmenti Şərqi Avropada 8-ci yer;
  • Beynəlxalq Biznes Şərqi Avropada 12-ci yer.
  • İnsan Resursları Menecmenti Şərqi Avropada 4-cü yer;
  • Marketinq Menecmenti Şərqi Avropada 6-cı yer

Dil kursları

  • 9 aylıq intensiv ingilis dili kursu.
  • 4 həftəlik yay məktəbi ;

Magistr proqramları

  • Marketinq Menecmenti Şərqi Avropada 6-cı yer
  • Maliyyə Menecmenti Şərqi Avropada 8-ci yer;
  • Beynəlxalq Biznes Şərqi Avropada 12-ci yer.
  • İnsan Resursları Menecmenti Şərqi Avropada 4-cü yer;
                                     

3. Kampus

Budapeşt

Universitetin Budapeştdə 4 mərtəbədən ibarət müasir şəhərciyi - kampusu var. Burada tədris üçün vacib olan auditoriyalar, inzibati bina, kitabxana, tədqiqat mərkəzi və konfrans zalından əlavə tələbələrin əyləncəsi və istirahəti üçün hər cür şərait var. Kampusdakı aerobika zalı, pab, solarium, möminlər üçün dua otağı, fitnes zalı, teatr, restoran, kompüter zalı, incəsənət studiyası kimi obyektlər var.

Ali məktəbin yataqxanasının universitetin həyətində olması tələbələrə maneəsiz dərslərə və kitabxanaya getməyə şərait yaradır. Yataqxanada qalmaq istəyən tələbələr öz arzularından asılı olaraq bir və ya iki nəfərlik otaqlarda qala bilərlər.

Vyana

2013-cü ildən Universitetin Vyanada da yeni kampusu fəaliyyətə göstərməyə başlayıb.

                                     

4. Təhsil xərcləri

Tələbələr bütün xərclərini özləri ödəməlidirlər. Ali məktəbdə hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı mövcuddur.

                                     

5.1. Sənəd qəbulu Bakalavr proqramlarına qəbul üçün

  • Ümumvətəndaş pasportunun xarici pasportun sürəti;
  • Ən azı IELTS 6.0 və ya TOEFL IBT 80 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet tərəfindən təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.
  • Attestatın ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ 11-ci sinifdə oxuyanlar bu sənədin əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.
  • Ərizə forması;
                                     

5.2. Sənəd qəbulu Magistratura proqramlarına qəbul üçün

  • Ümumvətəndaş pasportunun xarici pasportun sürəti;
  • Bakalavr diplomunun ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Bakalavrın son ilində olanlar diplomun əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.
  • Ərizə forması;
  • Ən azı IELTS 6.5 və ya TOEFL IBT 90 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet tərəfindən təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.
                                     

5.3. Sənəd qəbulu İngilis dili kursları 4 həftəlik yay məktəbi və ya 9 aylıq intensiv ingilis dili kursu üçün

  • İstənilən növ ingilis dili sertifikatı vacib deyil, amma arzuolunandır.
  • Ümumvətəndaş pasportunun xarici pasportun sürəti;
  • Ərizə forması;
  • Son təhsil sənədinin bakalavr və ya magistr diplomu, diplom olmadıqda isə hazırki təhsil müəssisəsindən arayışın ingilis dilinə tərcümə və təsdiq olunmuş surəti;