Back

ⓘ International Baccalaureate




International Baccalaureate
                                     

ⓘ International Baccalaureate

International Baccalaureate Organization - 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi. IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var.

                                     

1. Proqramlar

Orta İllər Proqramı

Orta İllər Proqramı ing. Middle Years Programme ; abbr. MYP 11-16 yaşlı şagirdlər üçün beş illik təhsil proqramıdır.

İbtidai İllər Proqramı

İbtidai İllər Proqramı ing. Primary Years Programme ; abbr. PYP 3-12 yaşlı şagirdlər üçün təhsil proqramıdır.

Mənsəb Sertifikatı

IB Mənsəb Sertifikatı ing. International Baccalaureate Career-related Certificate ; abbr. IBCC 16-19 yaşlı mənsəbnən bağlı öyrənmə istəyən şagirdlər üçün təhsil proqramıdır.

                                     

1.1. Proqramlar Əsas tələblər

IB Diplomu almaq üçün bir namizəd imtanlardan keçməkdən başqa üç əsas tələbələri də yerinə yetirməlidir:

  • Extended essay abbr. EE ; ing. Geniş esse. Namizədlər EE üçün təsdiq olan fənlərin siyahısından birinə 4000 söz qədər geniş tədqiqat esse yazmalıdılar. Nəmizəd özü keçmədiyi fənndən mövzuya da yaza bilər, amma bu tələb olunmur. EE fənlərarası mövzuya yazılmamalıdır.
  • Creativity, action, service
  • Theory of knowledge abbr. TOK ; ing. Bilik nəzəriyyəsi. Bu kursda şagirdlər biliyin fitrətin və məhdudluqların haqqında yəni epistemologiyanın əsasları öyrənirlər və biliyin mənası və etibarlılığı müəyyənləşdirməkdə yəni tənqidi fikirləşmədə təcrübə alırlar. Kurs 100 saatlıq instuksiyadan, 1200–1600 söz arasında essedən IB tərəfindən verilən 10 mövzudan ibarət olan siyahıdan yazmaq üçün bir mövzu seçilməlidir və namizədin seçdiyi mövzuya təqdimatdan ibarətdir.
                                     

1.2. Proqramlar Orta İllər Proqramı

Orta İllər Proqramı ing. Middle Years Programme ; abbr. MYP 11-16 yaşlı şagirdlər üçün beş illik təhsil proqramıdır.

                                     

1.3. Proqramlar İbtidai İllər Proqramı

İbtidai İllər Proqramı ing. Primary Years Programme ; abbr. PYP 3-12 yaşlı şagirdlər üçün təhsil proqramıdır.

                                     

1.4. Proqramlar Mənsəb Sertifikatı

IB Mənsəb Sertifikatı ing. International Baccalaureate Career-related Certificate ; abbr. IBCC 16-19 yaşlı mənsəbnən bağlı öyrənmə istəyən şagirdlər üçün təhsil proqramıdır.

                                     

2. Təşkilat

IB qeyri kommersiya təhsil fondudur. Onun fond ofisi İsveçrənin Cenevrə şəhərindədir. Qiymətləndirmə mərkəzi Uelsın paytaxtı olan Kardiff şəhərində yerləşir, kurikulum mərkəzi isə 2011-ci ildə Niderlandın Haaqa şəhərinə köçürülüb. Bundan əlavə, üç qlobal mərkəz açılıb: ABŞ-ın Meriland ştatının Betesta şəhərində, Sinqapurda, və Niderlandın Haaqa şəhərində.

Təşkilat üç regional mərkəzlərə bölünür: Haaqadan idarə olunan IB Afrika, Avropa və Şərq ing. IB Africa, Europe and Middle East ; abbr. IBAEM; Betesta və Argentinanın paytaxtı olan, Buenos Ayres şəhərindən idarə olunan IB Amerikalar ing. IB Americas ; abbr. IBA; və Sinqapurdan idarə olunan IB Asiya və Sakit Okean ing. IB Asia-Pacific ; abbr. IBAP.

IB -nin UNESCO -da qeyri-hökumət təşkilatın kimi konsultativ statusu və bundan əlavə Avropa Şurası və OIF ilə əməkdaşlıq əlaqələri var.

                                     

2.1. Təşkilat İdarəçiliyi

IB idarəçiliyi IB İdarəçilər Şurasından və altı komitədən ibarətdir. İdarəçilər Şurası təşkilatın Baş Direktorunu təyin edir, strateji istiqamətini müəyyənləşdirir, missiya bəyanatını qəbul edir, siyasətini aparır, IB -nin maliyyəni nəzarət edir və IB Diplom Proqramın imtahanları və tələbələrin digər çalışmaların muxtarlığını və bütövlüyü təmin edir.

İdarəçilər Şurası 15-25 üzvdən ibarət ola bilər. Üzvlər şura tərəfindən idarəçi komitəsinin tövsiyə etdiyi və Baş Şura, Regional Şuralar və İdarəçilər Şurası təqdim etdiyi nəmizədlərdən seçilirlər. Cinsi, mədəni və coğrafi müxtəlifliyi təşvigi üçün ancaq üç ex officio vəzifə mövcuddur: Baş Direktor səs vermir, İmtahan Şurasının sədri və Baş Şuranın sədri.

Users also searched:

...