Back

ⓘ Azərbaycanda elm




Azərbaycanda elm
                                     

ⓘ Azərbaycanda elm

Azərbaycanda elm - Azərbaycanda 140 elmi orqan, eyni zamanda 96 elmi institut fəaliyyət göstərir. Əsas elmi qurum Azərbaycan Milli Elmlər Akademiyasıdır.

                                     

1.1. Elmin sahələrinin inkişafı Coğrafiya

Alim Mahmud Şirvani 1562-ci ildə ərəb dilindən Möcüzələr mirvarisi və qəribəliklər incisi əsərini tərcümə etmişdir. On yeddi fəsildən ibarət olan tərcümədə dünyanın müxtəlif ölkələrinin, ayrı-ayrı dəniz və okeanlarının flora və faunasından bəhs edilir.

XVIII-XIX əsrlərdə yaşamış coğrafiyaşünas və səyyah Hacı Zeynalabdin Şirvani Yaxın və Orta Şərq ölkələrini, Hindistanı və Orta Asiyanı gəzərək farsca Cənnət bağı səyahətləri ", Səyahət bağları ", Səyahət bağı əsərlərini yazmışdır. Onun qardaşı səyyah Hacı Məhəmmədəli Şirvani İnsan şərəfi haqqında dəlil ", Həyatın başlanğıcı və Həqiqətlərin həqiqəti əsərlərində gəzdiyi ölkələrin ictimai-siyasi tarixi, mədəni həyatı, fəlsəfi fikir, ədəbiyyat, təlim-tərbiyə məsələləri haqqında qiymətli məlumatlar vermişdir. XIX əsr Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov Amerikanın tarixi, fiziki və siyasi vəziyyətini təsvir edən Kəşf əl-Qəraib və dünyanın fiziki, siyasi və iqtisadi xəritələrinin olduğu Ümumi coğrafiya "nın müəllifidir. XIX əsr coğrafiya sahəsinə töhfə vermiş görkəmli Azərbaycan alimlərinə İsmayıl bəy Qutqaşınlı, İsa Sultan Şahtaxtinski, Məhəmməd ağa Şahtaxtinski misal göstərilə bilər.

XIX əsrin sonu-XX əsrin əvvəllərində təbiətşünas Həsən bəy Zərdabi Kaspi ", Bakinskiye izvestiya ", Əkinçi kimi qəzetlərdə Azərbaycanın sənaye, kənd təsərrüfatı və iqtisadiyyatına aid məqalələrini çap etdirir, torpağın şoranlaşması, su və iqlim ehtiyatlarından düzgün istifadə edilməsi ilə bağlı "Torpaq, su və hava" əsəri çap edilir. Qafur Rəşad Mirzəzadənin yazdığı Qafqazın coğrafiyası ", Azərbaycan coğrafiyası və Ümumi coğrafiya dərslikləri Azərbaycan coğrafiyasının öyrənilməsində əvəzsiz rol oynamışdır. XX əsrin əvvəllərində nəşr edilmiş digər diqqətəlayiq əsərlər Yusif Vəzir Çəmənzəminlinin Tarixi coğrafi və iqtisadi Azərbaycan və Məhəmmədhəsən bəy Vəliyev-Baharlınin iqtisadi coğrafiyaya aid yazdığı dərslikdir. 1939-cu ildə Azərbaycan Coğrafiya Cəmiyyəti, 1945-ci ildə AMEA Coğrafiya İnstitutu yaradıldı.

Azərbaycanda fiziki-coğrafiya sahəsində M.Süleymanov, İ.Əliyeva, M.Müseyibov, Ə.Məmmədov, Ə.Əyyubov, Ə.Mədətzadə, Q.Gül, T.Tatarayev, R.Məmmədov, iqtisadi və sosial coğrafiya sahəsində H.B.Əliyev, Ə.Hacızadə, N.Nəbiyev, B.Nəzirova, N.Babaxanov, A.Nadirov, T.Həsənov, M.Abramov, Y.Kotlyakov, A.Salmanov, R.Qasımov, E.Mehrəliyev, Ş.Göyçaylı, V.Əfəndiyev, Ş.Dəmirqayayev kimi alimlər qeyd edilə bilər.

                                     

1.2. Elmin sahələrinin inkişafı Riyaziyyat

Şükrullah Məhərrəmzadə Qarabağinin azərbaycan dilində yazdığı" Risaleyi-hüruf və xütut” əsəri ədəd və fiqurların ad və xassələrini, sahə və həcmlərin ölçülməsini şərh edərək Azərbaycanda riyazi biliklərin inkişafında rol oynamışdır. Azərbaycan dilində ilk hesab kitabının müəllifi L.Axundov əsərində hesab və ədədlərə tərif vermişdir. XX əsrin əvvəllərində Azərbaycanda riyaziyat elmi mövzusunda yazılmış kitablara Elm-i hesab Ağəli Qasımov, Hesab məsələləri Üzeyir Hacıbəyov, Rəhbəri-hesab İslam bəy Qəbulzadə misal göstərilə bilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılan Bakı Dövlət Universitetinin ilk dörd fakültəsindən biri riyaziyyat idi. İlk ali təhsilli azərbaycanlı riyaziyyatçı Məmməd Əfəndiyev uzun müddət Bakı Dövlət Universitetində işləyərək milli kadrların yetişməsində vacib rol oynamışdır.

Sovet dövründə AMEA Riyaziyyat və Mexanika İnstitutu, AMEA Kibernetika İnstitutu və Hesablama Mərkəzi yaradıldı. 1950-ci illərdən başlayaraq Azərbaycanda riyaziyyatın funksional analiz, riyazi analiz, differensial və inteqral tənliklər, riyazi fizika tənlikləri, funksiyalar nəzəriyyəsi, cəbr və topologiya, riyazi məntiq, hesablama riyaziyyatı, riyazi kibernetika və ehtimal nəzəriyyəsi sahələrində tədqiqatlar aparılmışdır. Zahid Xəlilov Azərbaycanda funksional analiz məktəbinin əsasını qoymuş, normallaşdırılmış halqalarda abstrakt sinqulyar operatorlar nəzəriyyəsini yaratmışdır. İbrahim İbrahimov Azərbaycanda funksiyalar nəzəriyyəsinin banisi, Məcid Rəsulov isə diferensial tənliklər üzrə elmi məktəbin yaradıcısıdır. Yəhya Məmmədov qeyri-xətti analiz və hesablama riyaziyyatının Azərbaycandakı inkişafında mühim rol oynamışdır. Əşrəf Hüseynov qeyri-xətti sinqulyar tənliklər nəzəriyyəsi ilə şöhrət qazanmışdır.

                                     

1.3. Elmin sahələrinin inkişafı Dilçilik

Azərbaycan dili XVI əsrdə Səfəvi dövlətinin dövlət dili səviyəsinə qalxdığı üçün ölkəyə gələn xaricilər bu dilin öyrənilməsinə böyük önəm veriblər. Roma-Katolik kilsəsinin 1641-ci ildə Səfəvilər dövlətinin paytaxtı İsfahan və Bağdad üzrə yepiskopu Dictionnaire français et turcq, meslé de Persan et d’Arabe və a Dictionarium latinum turcicum adlı lüğətləri yazmışdır. Karmelitlərdən biri italyan-fars-türk lüğəti yazmışdır. Səfəvi sarayı ilə geniş əlaqələri olan Rafael du Mans 1670-ci illərdə türk qrammatika kitabı yazmışdır. Onun qeydlərinə əsasən 1679-cu ildə İsveç tədqiqatçısı tərəfindən yazılmış qrammatika kitabına fransız-azərbaycan türk dilində lüğət də daxil idi.

İlk Azərbaycan linqvisti Abbasqulu ağa Bakıxanov fars dilinin qrammatikası ilə bağlı Qanuni-Qüdsi əsərini yazmışdır. Rus şərqşünası Mirzə Kazım bəyin Türk-tatar dilinin qrammatikası və Türk-tatar dilinin ümumi qrammatikası əsərləri azərbaycan dilinin Avropa dilləri qrammatikası səviyyəsində tədqiqinin ilk nümunələridir. XIX əsr Azərbaycan dilçiliyi üçün qiymətli olan digər əsərlərə Mirzə Məhəmməd Əfşarın Fənni-sərfi-türk ", Lazar Budaqovun Türk-tatar Azərbaycan ləhcəsinin praktik dərsliyi və Ən çox işlənən ərəb və fars sözləri və onların rus dilinə tərcüməsi ilə türk-tatar ləhcələrinin müqayisəli lüğəti ", Mirzə Əli Bakılının Təcrid-ül lüğət ", Q.Makarovun Qafqaz-tatar ləhcəsinin qrammatikası ", Mirzə Əbdülhəsən bəy Vəzirovun Tatar-Azərbaycan ləhcəsi dərsliyi əsərlərini misal göstərmək olar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılan Bakı Dövlət Universitetinin ilk dörd fakültəsindən biri filologiya idi.

Sovet dövrünün əvvəllərində İsmayıl Hikmət, Abdulla Şaiq, Seyid Mir Qasım, Cavad Axundzadə, Cabbar Əfəndizadə, Mustafa Tofiq kimi müəlliflərin töhfə verdiyi Türkcə sərf-nəhv ", Bəkir Çobanzadə və Fərhad Ağazadənin Türk qrameri ", İdris Həsənov və Abdulla Şərifovun Qramer əsərləri yazılmışdır. 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. AMEA-nın Dilçilik İnstitutu 1945-ci ildə yaradılmışdır. 1950-ci illərdə Azərbaycan dilinin tədqiqi intensivləşmişdir. Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Ağamusa Axundov, Hüseyn Bayramov, Səlim Cəfərov, Fərhad Zeynalov, Zeynal Tağızadə, Həsən Zərinəzadə, Zərifə Budaqova, Əlövsət Abdullayev, Nəzakət Ağazadə, Qəzənfər Kazımov kimi dilçilər Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı monoqrafiya, dərslik və irihəcmli məqalələr yazmışdır. Azərbaycan dilinin dialektlərinin öyrənilməsində Nuxa şəhəri xalq türk şivələrinin ümumi icmalı Nikolay Aşmarin, Azərbaycan dilinin Muğan qrupu şivələri ", Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri ", Azərbaycan dilinin dialektoloji lüğəti ", Azərbaycan dialektologiyasının əsasları Məmmədağa Şirəliyev və Azərbaycan dilinin dialektoloji lüğəti qeyd edilə bilər. Xarici dillərin öyrənilməsində Abdulla Tağızadənin və Fərhad Zeynalovun türk dilləri, Məmməd Tağıyev və Firidun Hüseynovun rus dili frazeologiyası, Vasim Məmmədəliyevin ərəb dili morfologiyasına həsr etdikləri əsərlər misal göstərilə bilər.



                                     

1.4. Elmin sahələrinin inkişafı Fəlsəfə

XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə qatılması ilə ölkənin qərbləşməsini istəyən maarifpərvərlik ideologiyası yarandı. Abbasqulu ağa Bakıxanov Azərbaycan maarifçiliyinin aid fəlsəfi görüşlərini "Əxlaqın tərbiyələnməsi", "Nəsihətlər kitabı”, "İşıqların yerləşdiyi yer", "Camalın aynası" və s. əsərlərində təqdim edirdi. Azərbaycan maarifçiliyində fəlsəfi fikirlərin yayılmasına töhfə verən digər şəxslər isə Mirzə Şəfi Vazeh və Seyid Əzim Şirvanidir. Maarifpərvərlər ölkənin Avropadan geri qalmasını və dini cəhalətpərəstliyi tənqid edirdi. Bunlardan biri olan Mirzə Fətəli Axundov öz fəlsəfi fikirlərini "Kəmalüddövlə məktubları", "Mollayi-Ruminin və onun təsnifinin babında", "Həkimi-ingilis Yuma cavab", "Yek kəlmə haqqında" kimi əsərlərində bəyan edirdi. O, "Kəmalüddövlə məktubları" əsərində İslamın əsaslarını, despotik feodal dövləti, İranda hökm sürən aristokratik təbəqəni tənqid edir. XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikrində İslam ideoloqu Cəmaləddin Əfqaninin irsi önəmli rol oynamışdır.

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəlsəfəsinin yaradıcılarından biri olan Əli bəy Hüseynzadə "Milli Azərbaycan", "İslam bölgəsi miqyasında intibah" və "Turan" konsepsiyalarına görə təqiblərə məruz qalmışdır. O, türk xalqlarının inkişafında Şərq və Qərb mədəniyyətinin sintezini vacib hesab edir, türkçülüyün, islamçılığın və avropalaşmanın labüdlüyünü irəli sürürdü. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə milli müstəqil Azərbaycan ideyası və dövlət konsepsiyasının banilərindən biridir.

1920-ci ildə Azərbaycanın Qırmızı Ordu tərəfindən işğalından sonra marksizmin tədqiqinin və tədrisinin aparıldığı dialektik və tarixi materializm kafedrası açıldı. Bu dövrdə fəlsəfənin Azərbaycan Milli Elmlər Akademiyasının himayəsində institualizasiyası baş verdi, Qərb fəlsəfəsinə aid əsərlərin azərbaycan dilinə tərcüməsi və Azərbaycan fəlsəfəsinin tədqiqi və sistemləşdirilməsi təmin edildi və Rene Dekart, Benedikt Spinoza, Tomas Hobbs, Con Lokk və Georq Vilhelm Fridrix Hegelin fəlsəfi görüşləri tədqiq edildi. Əddin Şakirzadənin Qədim Yunanıstan filosofu Epikürə həsr edilmiş əsəri məşhur idi. Bu dövrdə Azərbaycanın İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi görkəmli mütəfəkkirlərinin fəlsəfi görüşləri ilə bağlı tədqiqatlar aparıldı. SSRİ-in son dövlərində paniranizmlə rəqabət aparan türkçülük ideologiyası populyarlıq qazandı. Bundan başqa Zakir Məmmədovun 1936-2008 Azərbaycan fəlsəfəsinin sistemləşdirilməsi və tədqiq edilməsində böyük rolu olmuşdur.

                                     

1.5. Elmin sahələrinin inkişafı Tarixşünaslıq

XVI əsrdə atası Səfəvi hökmdarı I İsmayıl ilə birlikdə hakimiyyətləri Azərbaycan dili və ədəbiyyatının ən parlaq dövrü olan I Təhmasibin əmri ilə "Şühədanamə" və "Səfvət əs-səfa" fars dilindən azərbaycan dilinə tərcümə edilmişdir. Məhəmməd ibn Hüseyn Katib Nişati "Səfvət əs-səfa"nı şərti olaraq "Şeyx Səfi təzkirəsi" adlandırmışdır. Bundan başqa tarixçi Şükri Bitlisi tərəfindən azərbaycan dilində yazılmış, I Səlimin hakimiyyət dövrü ilə bağlı "Səlimnamə" xüsusilə qeyd edilməlidir.

Azərbaycan və ləzgi dillərində yazan Həsən Əlkədərinin 1892-ci ildə azərbaycanca yazdığı" Əsəri-Dağıstan” kitabı onun öz şərhləri, müşahidələri və şeir əlavələri ilə Dağıstan tarixi ilə bağlı Şərq yazılı məlumatlarını ehtiva edirdi.

Azərbaycan elmi tarixşünaslığının əsası Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri ilə qoyulmuşdur. XIX əsr Azərbaycan tarixşünaslığının digər nümunələri "Qarabağnamələr", İsgəndər bəy Hacınskinin "Qubalı Fətəli xanın həyatı", Hacı Seyid Əbdülhəmidin "Şəki xanları və onların nəsilləri", Kərim ağa Fatehin "Şəki xanlarının müxtəsər tarixi", Səidəli Kazım bəy oğlunun "Cəvahirnameyi-Lənkəran", Seyid Əzim Şirvaninin "Şirvan xanlığının tarixi" və "Şirvan diyarının qədim abidələri" əsərləridir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılan Bakı Dövlət Universitetinin ilk dörd fakültəsindən biri tarix idi. 1919-cu ildə İstiqlal Muzeyi yaradıldı, Cavad bəy Rəfibəyov, Rəşid bəy Əfəndiyev, Yevgeni Paxomovu və başqaları tərəfindən "Şərq arxeologiyası və tarixini sevərlər dərnəyi" sonrakı adı "Müsəlman Şərqini Öyrənən Cəmiyyət" təşkil edildi. 1936-cı ildə AMEA Tarix İnstitutu fəaliyyət göstərməyə başladı. Sovet dövrü tarixşünaslığına Rəşid bəy İsmayılovun "Azərbaycan tarixi", Yevgeni Paxomovun "Azərbaycan tarixinin qısa kursu", V.Sısoyevin "Azərbaycan Şimali tarixinin qısa oçerki", Vasili Bartoldun "Azərbaycan tarixinin qısa xülasəsi" əsərlərini misal çəkmək olar. Sovet dövründə Azərbaycanın qədim dövr tarixinin öyrənilməsi üçün İshaq Cəfərzadə və İqrar Əliyevin "Azərbaycanın qədim tarixi üzrə oçerklər", Əbdülkərim Əlizadənin "13-14 əsrlərdə Azərbaycanın ictimai-iqtisadi və siyasi tarixi", XIX-XX əsr Azərbaycan tarixinin öyrənilməsi üçün isə Əlisöhbət Sumbatzadənin "Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri" və "XIX əsrdə Azərbaycan Sənayesi" əsərləri diqqətəlayiqdir. 50-ci illərin sonu - 60-cı illərin əvvəllərində nəşr olunan 3 cildlik "Azərbaycan tarixi" dörd kitabda əsəri isə Azərbaycan tarixinin bütün mərhələlərini əhatə edirdi. Qafqaz Albaniyası tarixinin öyrənilməsində Fəridə Məmmədova və Ziya Bünyadov, Şirvanşahlar dövləti və Bakı şəhərinin tarixinin öyrənilməsində isə Sara Aşurbəyli xüsusilə qeyd edilməlidir.

                                     

2. Mənbələr

İstinadlar

Ədəbiyyat

  • Nağısoylu, Möhsün 2011, XVI ƏSR AZƏRBAYCAN TƏRCÜMƏ ƏSƏRİ" KƏVAMİLÜT-TƏBİR”, Bakı
  • PDF. Azərbaycan Milli Ensiklopediyası 25 cilddə. "Azərbaycan" cildi 50 000 nüs. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Məsul katib: akademik T.M.Nağıyev. 2007. 884 səh. ISBN 978-9952-441-01-7.