Back

ⓘ Verilənlərin ötürülməsi




Verilənlərin ötürülməsi
                                     

ⓘ Verilənlərin ötürülməsi

Verilənlərin ötürülməsi -, - informasiyanın göndərən qurğudan qəbuledici qurğuya elektron üsulla verilməsi nəzərdə tutulur. Verilənlərin ötürülməsi üçün fərqli əlaqə vasitələri mövcuddur.

Bunlar arasında ən geniş yayılan əlaqə vasitələri mis kabellər, fiber-optik xəttlər, telsiz və simsiz əlaqədir. Həmçinin verilənlərin ötürülməsi üçün daşınabilən disklərdən, usb yaddaşlardan, sərt disklərdən də istifadə olunur. Verilənlər aşağıdakı fiziki formalarda yadda saxlanır və ötürülür:

  • Mikro dalğalar
  • İnfraqırmızı dalğalar
  • Radio dalğalar
  • Elektromaqnit dalğalar

Verilənlərin ötürülməsi üçün həm analoq, həm də rəqəmsal siqnallardan istifadə etmək olar. Amma günümüzdə yalnız rəqəmsal siqnallardan istifadə edilir. Analoq siqnallar daimi dəyişən dalğalar olduğu halda, rəqəmsal siqnallar yalnız diskret şəkildə dəyişən dalğalardır. Rəqəmsal siqnallarla ötürülən məlumat müəyyən zaman aralıqlı impulslar şəklində göndərilir və qəbul edilir. Bu proses modem tərəfindən həyata keçirilir. Verilənlər özü də təbiətinə görə iki yerə bölünür:

  • Rəqəmsal verilənlər kopüterdən alınan məlumatlar və s.
  • Analoq verilənlər telefon danışıqları və s.

Hər iki tip verilənin rəqəmsal siqnallara çevrilib ötürülməsi mümkündür. Bunun üçün kodek avadanlıqlarından istifadə olunur. Bu avadanlıqlar bir çox modemlərin daxilində yerləşir və bir tip siqnalı digərinə çevirməyə imkan verir.

Users also searched:

naqilsiz kommunikasiya vasitələri,

...
...
...