Back

ⓘ LED lampa




LED lampa
                                     

ⓘ LED lampa

LED yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi.

İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. Ancaq, nisbətən bahalıdır. LED, müxtəlif sahələrdə tətbiq olunur

                                     

1. Xüsusiyyətləri

  • Qırmızı LED 2.20 Volt
  • Mavi ve AğLED 3.40 Volt gərginliklə işləyər
  • Yaşıl LED 3.30 Volt
  • Üzərindən axın keçdiyində foton ortaya çıxararaq işıq verərlər.
  • Ana maddələri silikondur.
  • Müxtəlif sahələrdə işıq verəcək şəkildə istehsal olunur.
  • Ledlər yarımkeçiricidir.
                                     

2. Tətbiq Olunduğu Yerlər

LEDlər mavi işığın istifadəsi ilə RGB Qırmızı Yaşıl Mavi işıqlandırma sistemi meydana gəldi və bir çox sektorda tətbiq olunmağa başlandı. Xüsusilə işıqlandırma, işıqforlarda, arxitektura işıqlandırma sahələrində, maşınlarda, televizorlarda də istifadə edilir. Tətbiq olunduğu sahələrdə sürətlə artmasının başqa bir sabəbi isə LEDlərin iş ömürləri olduqca uzun olmasıdır

Users also searched:

...
...
...