Back

ⓘ Meskaltitan




Meskaltitan
                                     

ⓘ Meskaltitan

Meskaltitan - Meksikada Nayarit ştatında yerləşən möcüzəli adadır. 818 nəfər əhalinin yaşadığı Meskaltitan adası sanki kiçik bir şəhəri xatırladır.

Adanın diametri 400 metrdən çox deyil. Yağışlar mövsümü avqust ayından sentyabr ayına qədər davam edir. Bu zaman sakinlər küçə və kanallar boyunca hərəkət etmək üçün qayırlardan istifadə edirlər. Maraqlıdır ki, şəhərdə cinayətkarlıq hadisəsinə, eləcə də turizm infrastrukturuna rast gəlinmir.

Hər il 28-29 iyun tarixlərində adada müqəddəs Pyotr və Pavelin şərəfinə möhtəşəm karnaval keçirilir.