Back

ⓘ Dünya Təhsil Forumu




                                     

ⓘ Dünya Təhsil Forumu

Dünya Təhsil Forumu - Dünyanın aparıcı təşkilatlarının təhsilə cəlb olunması istiqamətində fəaliyyət göstərən beynəlxalq qurum.

                                     

1. Tarixi

İlk Dünya Təhsil Forumu 2000-ci ilin aprelində Seneqalın paytaxtı Dakar şəhərində keçirilmişdir. Bu Forumda BMT-nin 5 agentliyi – Dünya Bankı, UNESCO, UNİCEF, UNFPA və UNDP rəhbərlərinin iştirakı ilə çağırılmışdır. Həmin forumda "Minilliyin İnkişaf Məqsədləri" müzakirə olunmuş və "Hamı üçün təhsil" sənədi qəbul edilmişdir. İlk Forum yeni əsrdə təhsilin məqsədlərini və aktual problemlərini müəyyənləşdirmişdir. Forum ayrı-seçkilikdən uzaq olan, müasir tələblərə çavab verən mükəmməl təhsil sisteminin formalaşmasını bir vəzifə kimi irəli sürmüş, hər bir ölkəyə öz milli proqramını hazırlamağı tövsiyə etmişdir. Həmin forumda 180 ölkə rəsmi şəkildə 2015-ci ilə qədər bütün uşaqların təhsilə cəlb olunması öhdəliyini götürmüşdür.

2015-ci ildə "Minilliyin İnkişaf Məqsədləri"nin icra müddəti başa çatmışdır. Bu səbəbdən UNESCO və Koreya Respublikasının birgə təşkilatçılığı ilə 2015-ci il, 19-22 may tarixlərində Koreya Respublikasının İnçon şəhərində ikinci Dünya Təhsil Forumu keçirilmiş və 2015-ci ildən sonrakı dövr üçün təhsil sahəsində "Davamlı İnkişaf Məqsədləri" müzakirə edilmişdir.

Users also searched:

...
...
...