Back

ⓘ Məlumat bazası




Məlumat bazası
                                     

ⓘ Məlumat bazası

Verilənlər bazası, – kompüterin daimi yaddaşında müxtəlif tiplı verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.

Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir. Tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir. Təşkilindən asılı olaraq bazada verilənlər təqdiminin aşağıdakı əsas modelləri vardır:

  • Obyektyönümlü modeldə - bazanın ayrı-ayrı yazıları obyekt şəklində təşkil olunur.
  • Şəbəkə modelində - verilənlər bazası qraf şəklində təşkil olunur
  • Relasiya modelində - verilənlər cədvəllərdə yerləşdirilir və bu cədvəllər arasında əlaqə yaradılır.
  • İerarxik modeldə - verilənlər bazası ağacşəkilli ierarxik təşkil olunur

Hal-hazırda ən populyar model relasiya VB-dır. Relasiya VB cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, web-səhifələr və modullardan ibarətdir. Verilənlər cədvəlinin strukturu cədvəlin sütunlarının adlarının siyahısı ilə təyin edilir. VB-dan verilənləri çıxarmaq, emal etmək, dəyişmək və silmək üçün xüsusi proqramlar tələb olunur. Bu proqramlar verilənlər bazalarının idarəetmə sistemləri VBİS adlanırlar.

Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:

  • My SQL
  • Microsoft Access
  • Open Office Base
  • Foxpro
  • Oracle
  • Microsoft SQL Server
                                     

1. Keçidlər

  • Arxivləşdirilib 2007-10-25 at the Wayback Machine
  • Arxivləşdirilib 2009-08-27 at the Wayback Machine

Users also searched:

dovlet statistika komitesi vakansiyalar, qebul vet edu az, statistik cədvəllər, statistika nedir,

...
...
...