Back

ⓘ Bilik




                                               

Eda Ece

Şişli Terakki Liseyini, daha sonra İstanbul Bilik Universitetinin Psixologiya Bölməsini bitirmişdir. 3 qızı olan ailənin kiçiyidir. 2011-ci ildə Show TV-də yayımlanan Pis Yedili serialındakı ilk baş rolluğu ilə tanındı. 2013-cü ildə Qızım Üçün filmində oynadı. TRT 1-də yayımlanan Məni Belə Sev serialının yeni mövsümündə Zeyno obrazı ilə seriala çəkildi. 2015-ci ildə Ərin qədər danış filmində oynadı və Münasibət Vəziyyəti: Qarışıq serialında rol aldı. 2016-cı ildə Ərinizlə danışın: Diriliş filmində və Baldız filmində rol aldı. Məhrumlar televiziya filmində rol aldı və 2017-ci ildə Dədə Qorq ...

                                               

Rəşid Rəhməti Arat

Rəşid Rəhməti Arat, Köhnə Üzüm, Kazan quberniyası, Rusiya İmperiyası – 29 noyabr 1964, İstanbul) - Türk dilçi alim, professor. Əslən Kazan türklərindən olan Rəşid Arat, Türkiyədə müqayisəli Türk dili tədqiqatlarının banisi hesab edilir.

                                               

Təyyarə məktəbi

Təyarrə məktəbi türk. Tayyare Mektebi - 1912-ci ildə Osmanlı imperiyasında hərbi hava qüvvələri üçün pilot hazırlamaq məqsədilə Yaşılköydə qurulmuş təyyarə məktəbi. Təyyarə məktəbinin açılması qərarı Balkan müharibələrindən sonra verilmişdi.

                                               

Feminist fəlsəfə

Feminist fəlsəfə - feminist nəzəriyyəni nəzərə alan və eyni zamanda feminizmin məsələləri və problemləri nəzərdən keçirilərkən fəlsəfi metodları tətbiq edən fəlsəfi bir yanaşma. Feminist fəlsəfə, feminist hərəkatı inkişaf etdirmək üçün fəlsəfi mətnləri və metodları yenidən nəzərdən keçirməklə yanaşı ənənəvi fəlsəfi anlayışları tənqid etmək və ya yenidən qiymətləndirməklə məşğuldur. Feminist fəlsəfə aşağıdakı mövzu sahələrini əhatə edir: Cinsiyyət, cinsiyyət və sosial quruluşların təbiətinin öyrənilməsinə yönəlmiş feminist metafizika. Yaradanın mövzusu, qadın sənəti, normativ estetika kanon ...

                                               

İrina Qureviç

İrina Qureviç, Vinnitsa) – alman dilçi və kompüter alimi, kompüter elmləri professoru və Knowledge Processing Labın direktoru. Hal-hazırda Darmştadt Texniki Universitetində dərs deyir. Lüğət və kompüter texnologiyaları üzrə işlərin müəllifidir.

                                               

HSK

Hanyu Shuiping Kaoshi, Çin dili səviyyəsi imtahanı olaraq tərcümə edilir, xarici tələbələr və xaricdəki Çinlilər üçün standart Çin dil biliklərinin standart imtahanıdır. İmtahan Çin Xalq Respublikası Təhsil Nazirliyinin bir qurumu olan Hanban tərəfindən aparılır.

                                               

Qrimm

Qrimm - Stefen Karpenter və Cim Kouf & Devid Qrinvalt tərəfindən yaradılan və NBC üçün Universal Televiziya tərəfindən istehsal olunan Amerikan fantaziya polis kriminal dram televiziya serialıdır. Serial, 123 seria və altı mövsümdən ibarət olmaqla 28 Oktyabr 2011–31 Mart 2017 tarixlərində yayımlandı. Serial Portland qətl dedektivi Nikolas Burkartın insanlıq və Wesen adlanan mifoloji varlıqlar arasındakı tarazlığı qoruyan və sonuncu nümayəndə olan Qrimm olduğunu öyrənməsindən sonra baş verən hadisələrdən bəhs edir. Qrimm əvvəlcə CBS üçün hazırlanmışdı, lakin yazıçıların tətili səbəbiylə pla ...

                                               

Aarne-Tompson Göstəricisi

Aaarne-Tompson Göstəricisi - Aarne-Tompson-Uther İndeksi folklorşünaslıqda istifadə olunan nağıl süjetlərinin göstəricisidir. ATU İndeksi bir qrup beynəlxalq alim tərəfindən edilən ümumiləşdirmə və təkmilləşdirmənin məhsuludur: İlk dəfə 1910-cu ildə fin folklorşünası Antti Aarne tərəfindən alman dilində tərtib edilmişdir; sonralar göstərici ingilis dilinə tərcümə edildi, təkmilləşdirildi və Amerika folklorşünası Stis Tompson tərəfindən genişləndirildi ; 2004-cü ildə isə alman folklorşünası Hans-Yorq Uter tərəfindən yenidən nəzərdən keçirilərək təkmilləşdirildi.

                                               

Koreya Fondu

Şablon:Infobox Korean name Koreya Fondu - 1991-ci ildə Koreyanın daha yaxşı anlaşılmasına kömək etmək və beynəlxalq ictimaiyyətdə dostluğu gücləndirmək üçün yaradılmış qeyri-kommersiya ictimai diplomatiya təşkilatıdır. Fond qarşılıqlı anlayışın inkişafı üçün Cənubi Koreya ilə xarici ölkələr arasında mübadilə üzrə müxtəlif layihələr həyata keçirir.

Bilik
                                     

ⓘ Bilik

Bilik – insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik mühəndisliyi baxımından bilik formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.

Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası BB lazımdır.

  • Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir. Adlar sisteminin olması sistemə onun yaddaşında olan biliklərin mənbəyini göstərir, daha doğrusu, nə yerləşdirildiyini "bilməyə" imkan verir və yaddaşda olan sorğulara cavab vermək bacarığını təmin edir.
  • Strukturlaşma. İnformasiya vahidləri lazım olduqda bölünərək daha kiçik vahidlər və ya birləşərək daha böyük vahidlər ola bilərlər. Bu əməliyyatlar üçün elementlərin sinfə mənsubiyyət münasibətini və "jins-növ" rodo-vidovie münasibətini bilmək lazımdır. Hər bir bilik vahidi başqasının strukturuna daxil ola bilər və hər bir bilik vahidi elementlərə ayrıla bilər. Başqa sözlə, ayrı-ayrı bilik elementləri arasında "bütöv-hissə", "jins-növ", "element-sinif" kimi münasibətlərin sərbəst təyin olunması mümkün olmalıdır.
  • Aktivlik. EHM ortaya çıxandan və yaddaş sistemində istifadə olunan biliklərin verilənlər və komandalara bölünməsi nətijəsində belə bir vəziyyət alınmışdır ki, verilənlər passivdir, komandalar isə aktivdirlər. Yəni EHM-də gedən proseslər komandalar vasitəsilə həyata keçirilir, verilənlər isə bu komandalar tərəfindən lazım olduqja istifadə olunurlar. EHM-ə xas olan verilənlərin passivliyi jəhətinin insanda analoqu yoxdur. Odur ki, intellektual sistemlərdə belə bir vəziyyət qəbul edilməzdir. İnsana bənzər bilik sistemində bir hərəkətin ijrası sistemin malik olduğu biliklər əsasında həyata keçirilir. Deməli, Sİ sistemi proqramın hər bir gedişini biliklər bazası tərəfindən aktivləşdirir. Beləliklə, biliklər bazasının aktivliyi Sİ-də məqsədə çatmağı təmin edir və bu məqsədi həyata keçirmək imkanı yaradır.
  • Bağlılıq. Gerçəkliyin semantik və proqmatik əlaqələrini əks etdirən bilik vahidləri arasında ən müxtəlif cür əlaqələrin təmin olunması imkanı mümkün olmalıdır. Məsələn, iki və ya daha çox bilik vahidi arasında eyni zamanda "səbəb-nətijə", "dost olmaq", "sevmək", "oxşar olmaq" əlaqələrini göstərmək olar. Daha sonra bağlılığı struktur funksional, anlayış, hal, səbəb kimi ayırmaq olar. Yəni bu əlaqələr çox müxtəlif ola bilərlər.

Getdikcə yeni xüsusiyyətlərə malik olmaqla verilənlər biliklərə çevrilirlər.

Biliklər üç əsas sistemə ayrılırlar:

  • İnsana məxsus qanunlar və faktorların toplusu olan tam faktiki biliklər.
  • Dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu olan aktual biliklər.
  • Axtarış istiqamətini müəyyən edən və alternativ yolların seçilməsini təmin edən proqmatik biliklər.
                                     

1. Biliyin klassifikasiyası

Biliklər aşağıdakı kimi də klassifikasiya oluna bilərlər:

  • Səthi biliklər – predmet sahəsində ayrı-ayrı hadisələr və faktlar arasında görünən qarşılıqlı əlaqələr haqqında biliklərdir.
  • Dərin biliklər – predmet sahəsində baş verən proseslərin strukturunu və təbiətini əks etdirən abstraksiyalar, anologiyalar, sxemlərdir. Bu biliklər gerçəklikləri izah edir və obyektin vəziyyətinin davranışının proqnozlaşdırılması üçün istifadə oluna bilər.

Biliklər üç böyük qrupa bölünür.

  • Qaydalar qərar qəbul olunması üçün biliklər, "Əgər-Onda" tipli bilik başa düşülür;
  • Faktlar faktiki biliklər, fakt dedikdə "A A-dır" tipli bilik başa düşülür, o, verilənlər bazası və şəbəkə modellərinə xasdır;
  • Metabiliklər bilik haqqında bilik, metabilik biliyin istifadə olunmasında və biliyin xüsusiyyətlərinə aid biliklərin və biliklər bazasının idarə olunmasında, məntiqi çıxarışda və i.a. istifadə olunur.
                                     

2. Xarici keçidlər

  • Philosophy of Knowledge Glossary Arxivləşdirilib 2006-04-27 at the Wayback Machine
  • Knowledge Wharton – aimed to offer free access to course materials for students, teachers, and self-learners.
  • The Duality of Knowledge
  • World Knowledge Dialogue Symposium – An initiative to bridge the gap between the natural and the human/social sciences.
  • Theory of Knowledge: The Gettier problem
  • AMEA İnformasiya Texnologiyaları İnstitutu
                                               

Subyektivlik

Subyektiv, bir mühakiməni şəxsdən asılı olaraq qiymətləndirmək üçün deyilir. Təyin olunmuş dəyər nöqteyi-nəzərindən baxdıqda, hər kəs üçün fərqli, insandan insana fərqlənən bir dəyərdir. Pozitiv elmlər insandan insana görə dəyişməyən dəyərlərin mövcudluğunu müdafiə edir. Subyektiv dəyərlərin isə obyektiv biliklərdən fərqli olaraq fərdi biliklər vasitəsi ilə əldə edildiyini bildirirlər. Müasir dövrün pozitiv elm nəzəriyyələri həm obyektiv, həm də subyektiv məlumatları bilik kimi qəbul edirlər.