Back

ⓘ Fiziki hadisələr




                                     

ⓘ Fiziki hadisələr

Fiziki hadisələr - bir maddənin digər maddəyə çevrilməsi ilə nəticələnməyən hadisələr, başqa sözlə, maddə tərkibinin dəyişməsinə səbəb olmayan hadisələrdir.

                                     

1. Ümumi məlumat

Cisimlərin daxilində, xaricində, onların iştirakı ilə baş verən hadisələr fiziki hadisələrdir. Fiziki hadisələr zamanı maddənin aqreqat halı, forması və s. dəyişir. Suyun donması, buzun əriməsi, mayenin buxarlanması, metalların döyülərək müxtəlif formalara salınması, neftin fraksiyalara ayrılması, qarışıqların süzmə, buxarlandırma, distillə, çökdürmə, kristallaşdırma, maqnitlə və xromatoqrafiya üsulu ilə ayrılması və s. fiziki hadisələrdi.

                                     

2. Fiziki hadisələrin növləri

Fiziki hadisələr 7 qrupa bölünür:

  • istilik
  • mexaniki
  • elektrik
  • səs
  • işıq
  • maqnit
  • atom

Mexaniki hadisələr

Mexaniki hadisələr cisimlərin bir-birinə nəzərən zamanı baş verir. Yelləncəyin hərəkəti, təyyarənin uçuşu, Yerin Günəş ətrafında hərəkəti və s. buna misal ola bilər.

İşıq

İşıq hadisələri işıq şüalarının təsiri ilə baş verən hadisələrdir. Məsələn,göy qurşağının

yaranma, işığın yanması və s.

Elektrik

Elektrik hadisələri elektrikləşdirilmiş cisimlərdə baş verir. Məsələn: elektrik cərəyanının alınması, elektrik cihazlarının işləməsi, şimşək və s.

İstilik

İstilik hadisələri cisimlərdə qızma və soyuma zamanı baş veir: suyun buxara və ya buza çevrilməsi, havanın isinməsi.

                                     

3. Sublimasiya

Bərk maddənin qızdırıldıqda birbaşa qaz halına keçməsi hadisəsinə sublimasiya deyilir. Məsələn, yod kristallarını qizdırdiqda birbaşa qaz halına keçir. Deməli, sublimasiya hadisəsi də aqreqat halının dəyişməsi olduğu üçün fiziki hadisədir.