Back

ⓘ Microsoft SQL Server




                                     

ⓘ Microsoft SQL Server

  • 1996 - SQL Server 6.5, Hydra
  • 1995 - SQL Server 6.0, SQL95
  • 1999 - SQL Server 7.0, Sphinx
  • 1993 - SQL Server 4.21, Windows NT
  • 2000 - SQL Server 2000 32-bit, Shiloh
  • 1992 - SQL Server 4.2
  • 2005 - SQL Server 2005, Yukon версия 9.0
  • 2003 - SQL Server 2000 64-bit, Liberty
  • 1999 - SQL Server 7.0 OLAP, Plato
                                     

1. Microsoft SQL Server 2000-in imkanları

Microsoft SQL Server 2000 serverinə XML dili və HTTP protokolu daxildir. Microsoft SQL Server 2000 Windows 2000 əməliyyat sisteminin bütün imkanlarından isitifadə edir. Verilənlərin idarə edilməsi və analizi baxımından "xam" verilənlərin aktiv tətbiq olunan informasiyaya çevrilməsi və İnternetin imkanlarından tam istifadə edilməsi vacibdir. Microsoft SQL Server 2000 korporativ verilənlər bazası yaradılmasında istifadə olunan əlverişli vasitələrdən sayılır.

Microsoft SQL Server 2000 vasitəsi ilə VB-da axtarış aparmaq və müxtəlif mürəkkəb sorğular yerinə yetirmək imkanları daha da təkmilləşmişdir. Tam mətnli axtarışın yeni funksiyaları istifadəçilərə Microsoft Excel elektron cədvəlləri, Microsoft PowerPoint prezentasiyaları və Microsoft Word sənədləri daxil olmaqla strukturlaşmış, eləcə də strukturlaşmamış sənədlərə müraciətə imkan verir ki, bu da şəbəkə axtarışını daha effektli edir.

SQL Server 2000 serverində analiz vasitələrindən istifadə etməklə uzaq məsafədə işləyən istifadəçilər üçün HTTP protokolundan istifadə edərək OLAP kublarına müraciət etmək olar. OLAP vasitələrindən istifadə etməklə böyük və mürəkkəb verilənlər yığımı üzərində çoxölçülü kublardan istifadə etməklə müxtəlif analizlər aparmaq olar. Qanunauyğunluqların üzə çıxarılması vasitələri böyük həcmli verilənlərdə gizlənmiş struktur və tendensiyaların tapılmasını təmin edir ki, bu da təşkilatlarda olan informasiyaların daha rasional istifadəsinə gətirir. Bu vasitələr proqnozlaşdırmada müvəffəqiyyətlə istifadə oluna bilər. Təhlükəsizlik həm xanalar, həm də ölçülər üzrə nəzərdə tutulur.

                                     

2. Microsoft SQL Server 2000-in proqram-blokları

Microsoft SQL Server 2000 aşağıdakı bloklara malikdir və hər bir blok müəyyən funksiyaları yerinə yetirir:

  • kubun layihələndirilməsi - Cube Wizard
  • layihələndirilməsi nəzərdə tutulan kubun modelləşməsi üçün Analysis Services və onun əlavəsi - Analysis Manager-in hazırlanması;
  • verilənlər bazasının və verilənlər mənbəyinin qurulması - Microsoft Jet 4.0 OLE DB Provider Object Linking and Embedding;

- kubun əsas modelinin yaradılması; - kubun yaradılmasında dizayn ölçülərinin və digər addımların işlənməsi; - modelin saxlanması;

  • kubda olan proseslərin icrası - Cube Browser
  • kub üçün verilənlər xəzinəsinin layihələndirilməsi
  • çoxölçülü kubun yaradılması - Dimension Wizard;

Users also searched:

...