Back

ⓘ HTTP




                                               

Arğalı

Arğalı yurdu qədim-qayım Qarabağın Arazbar qəzasında yerləşirdi. Orta çağlarda ara savaşları zəminində əhalisi köçürülmüşdür. Hazırda kəndin yerində Qazaxlar və Əhmədalılar yaşayış məntəqələri bərqərardır. XIII yüzillikdə Arğalı kəndində Arğalı türbəsi inşa edilmişdir. 1727-ci ilə aid Osmanlı qaynağında yazılır: "Arazbar qəzasına tabe olan Arğalı kəndi". Heç kimin yaşamadığı bu kənddə kənardan gələn rəiyyətlər çəltik əkib-becərirdilər. Orta çağlarda Xudafərin körpüsündən Arğalıya qədər yol uzanırdı. Bu yol "Arğalı yolu" adlanırdı. Kəndin adı Arğalı olduğundan hal-hazırda bu ərazidə yerləşə ...

HTTP
                                     

ⓘ HTTP

HTTP ing. HyperText Transfer Prоtocоl – İnternet şəbəkəsində istifadə olunan protokoldur. HTTP veb-səhifələri İnternetdən çağırmaq üçün bir mexanizmdir.

HTTP-nin əsasını URL ünvanı təşkil edir. Ünvanın əvvəlində yazılmış http:// perefeksi müraciət olunan sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web WWW-dir. Lakin İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol FTP və ya Gopher. Tiplərin ardınca serverin ünvanı yazılır host. Bu ünvanı domen ünvanı da adlandırırlar. Domen ünvanına domenin özü serverin aid olduğu təşkilatın tipi və qovşağın adı daxildir. 2006-cı ildə, HTTP-trafikin Şimali Amerikada P2P-şəbəkələrində payı artaraq 46%-ə çatmışdır və onun da demək olar ki, yarısı "video və audio axın"-ların payına düşmüşdür. HTTP həmçinin SOAP,XML-RPC, WebDAV kimi digər proqram protokolları üçün "nəqliyyat vasitə" rolunda çıxış edir.

                                     

1.1. Protokolun strukturu GET

GET metodu ilə hər hansı prosesi başlatmaq olar. İstifadəçi URL-də "?" işarəsindən sonra parametrlər ötürə bilər.

GET /test/demo_form.jsp?name1=value1&name2=value2

HTTP standartlarına görə GET metodu idempotent sayılır.

GET sorğusunun xsusiyyətləri:

  • GET sorğusunda göndərilən məlumat URL-də görsənir.
  • GET sorğusu yalnız məlumat almaq üçün istifadə olunmalıdır.
  • GET sorğusu gizli məlumatlarla işləyəndə isitfadə olunmur.
  • GET sorğusunda verilənlər tipindən yalnız ASCII simvollarını dəstəkləyir.
  • GET sorğusunun URL sorğusunun uzunluq məhdudiyyəti varmaksimum uzunluğu 2083 və ya 2048 simsoldur.
  • GET sorğusu kodlaşma növü application/x-www-form-urlencoded.
  • GET sorğusu brauzerin keşində saxlana bilir.
                                     

1.2. Protokolun strukturu POST

POST metodu veb serverin məlumatı alıb saxlaması üçün nəzərdə tutulub. Məlumatlar POST metodunun bədənində göndərilir. Post metodu daha çox faylların göndərilməsində həmçinin veb formlardan məlumat alınmasında istifadə olunur.

POST metoduna nümunə: POST /test/demo_form.jsp HTTP/1.1 Host: w3schools.com name1=value1&name2=value2

POST metodu idempotent sayılmır.

POST sorğusunun xsusiyyətləri:

  • POST sorğusunda sorğu uzunluğunda məhdudiyyət yoxdu.
  • POST sorğusunun kodlaşma növü application/x-www-form-urlencoded və ya multipart/form-data.
  • POST sorğusu brauzerin keşində saxlana bilmir.
  • POST sorğusunda məlumatlar URL-də görsənmir.
  • POST sorğusu bütün simvollu kodları dəstəkləyir.

Users also searched:

aze az, day az, азербайджан новости, туран аз,

...
...
...