Back

ⓘ HTML




                                               

Quo Vadis?

Quo Vadis? latınca Hara gedirsən? mənasına gələn ifadədir.Dini mənbələrdə qeyd edirilir ki,Müqəddəs Pyotr İsa peyğəmbəri görərkən ona bu sualı verib.Və "yenidən çarmıxa çəkilmək üçün Romaya" cavabını verir.

                                               

Aleksandr Sobolyev

Aleksandr Sobolyev, Barnaul) - Rusiyalı futbolçu, Moskvanın "Spartak" və Rusiya yığmasının hücumçusu. Barnaulun "Dinamo" klubunun yetirməsidir.

                                               

Roman Tuqaryev

Roman Tuqaryev, İjevsk) - Rusiyalı futbolçu, mövqeyi sağ cinah vingeridir. Hal hazırda Rusiyanın Rostov klubunda oynayır.

                                               

III Vilhelm

III Vilhelm - Oranj şahzadəsi, Yuxarı Niderlandın hakimi, İngiltərə, Şotlandiya və İrlandiyanın kralı.

                                               

Dorper qoyunu

Dorper qoyunu Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cinsdir. Adınıda bu iki irqin adının ilk hecasından götürmüşdür. 1950-ci ildə rəsmi olaraq irq adını almışdır. Afrikanın inkişaf etdirilmiş ən uğurlu irqlərindən biridir.

HTML
                                     

ⓘ HTML

HTML - brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir.

Bütün veb-qovşaqlarda toplanmış və internetə qoşulmuş kompüterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir.

Hipermətn koduna malik olan fayllar.htm və.html genişləndirməsi ilə göstərilir.

                                     

1. İnkişaf tarixi

HTML dilinin inkişaf tarixi 1989-cu ildə Oksford Universitetinin tələbəsi Tim Berners-Li tərəfindən hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı. 1990-cı ildə isə o bunu World Wide Web Ümumdünya hörümçək toru adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq idi. Onun əsası 1990-cı ildə Berners–Linin hipermətnli sənədlərə baxmağa icazə verən brauzeri yaratması ilə qoyuldu. Nəhayət, 1995-ci ildə dilin birinci versiyası – HTML 1.0 çıxdı. Yalnız 1995-ci ildə HTML 2.0 versiyasının işlənməsi başa çatdıqdan sonra, HTML dili standartlaşdı. O vaxta HTML dilinin yeni versiyasını çox brauzerlər dəstəkləyirdi.

1996-cı ildə artıq dilin HTML 3.2 HTML 3.0 versiyasında cədvəllər əmələ gəlmişdi versiyasını bütün brauzerlər dəstəkləyirdi. Bunun nəticəsində veb-dizayn yüksək səviyyəsinə yüksəldi. Veb-dizayn erasına başlanğıc verən yeni imkanlar ortaya çıxdı.

Dilin növbəti versiyası HTML 4.01 1999-cu ildə standartlaşdı. Bundan sonra dilin təkmilləşməsi dayandırıldı. Çünki, faktiki olaraq bundan başqa heç nə etmək olmurdu. Müasir internet istifadəçilərini daha da razı salan yeni texnologiyalar əmələ gəldi. Dinamik səhifələr yaratmağa və məlumat bazasına sorğu göndərməyə imkan verən müxtəlif proqramlaşdırma dilləri yarandı. Lakin 2004-cü ildə HTML-in yeni versiyası HTML5-in yaradılmasına başlandı və 2014-cü il 28 Oktyabrda tamamlandı və standardlaşdırıldı. Hazırda HTML dilinin davamçısı XHTML eXtensible HyperText Markup Language – Hipermətn nişan qoyma genişlənməsi sayılır.

                                     

2. Mənbə

  • Jennifer Ackerman Kettell, Guy Hart-Davis, Curt Simmons "Microsoft Office 2003, The Complete Reference" McGraw-Hill Companies, 2005/
  • Osman Gündüz, Qorxmaz Əfəndiyev, Nazim Rüstəmov. Kompüter. "Multimediya" mərkəzi, Bakı, 2006.
  • İsmayıl Calallı Sadıqov," İnformatika terminlərinin izahlı lüğəti”, 2017," Bakı” nəşriyyatı, 996 s.
Lotaringiyalı Luiza
                                               

Lotaringiyalı Luiza

Boucher, Jacqueline 1995. Deux épouses et reines à la fin du XVIe siècle: Louise de Lorraine et Marguerite de France in French. Publications de lUniversite de Saint-Etienne. ISBN 9782862720807 Knecht, Robert J. 2016. Hero or Tyrant? Henry III, King of France, 1574-89. Routledge

Users also searched:

...