Back

ⓘ 4D çap texnologiyaları




4D çap texnologiyaları
                                     

ⓘ 4D çap texnologiyaları

4D Texnologiyaları - 3D Texnologiyalarından sonra 4-cü nəsil hesab olunan daha təkmilləşdirilmiş və genişləndirilmiş texnologiyalarıdır.

ABŞ-ın Harvard Universitetinin alimlərindən ibarət qrup 3D-printerdə çap edilən obyektlərin formasını dəyişdirmək üçün proqramlaşdırmağa imkan verən texnologiya hazırlayıblar. Bu halda dəyişikliklər dördüncü ölçü adlandırılan zaman kəsiyində baş verdiyinə görə texnologiya 4D-çap adlandırılıb.

Təbiətdə artıq mövcud olan mexanizmlər, məsələn, xarici stimullardan asılı olaraq öz formasını dəyişdirmək qabiliyyətinə malik bitkilər alimləri 4D-çap texnologiyasını hazırlamağa ilhamlandırıb.

rusbase.com saytının məlumatına görə, 3D-printerdə mürəkkəb əvəzinə sellüloz liflərindən ibarət olan hidrogeldən istifadə olunur. Çapdan sonra hidrogel dərhal bərkiyir.

Lakin bu kimi hidrogellərdən çap edilmiş struktur suya salındıqda sellüloz liflər qeyri-bərabər şəkildə şişərək bütün obyektin formasını dəyişdirir.

Alimlər tərəfindən hazırlanmış riyazi model çap edilmiş strukturların suda istənilən formaya çevrilməsi üçün sellüloz lifləri gel üzərinə yerləşdirilmə qaydasını əvvəlcədən planlaşdırmağa imkan verir.

Users also searched:

...