Back

ⓘ IBM PC/AT




IBM PC/AT
                                     

ⓘ IBM PC/AT

IBM PC/AT – IBM PC kompüterlərinin üçüncü nəsli. 1984-cü ildə IBM 5170 tipli maşın kimi yaradılıb.

AT kompüterinin özəllikləri: AT şini AT BUS: AT ana lövhəsi 16-mərtəbəli verilənlər şininə, 24-mərtəbəli ünvan şininə malik idi. Bu da həcmi 16 Mbayt olan operativ yaddaşı ünvanlamağa imkan verirdi müqayisə üçün: orijinal IBM PC modelində bu, 640 Kbayt idi. Bununla belə, əski nümunəli kartlarla verilənlər şini ¬– 8 bit, ünvan şini – 20 bit uyumluluq təmin olunurdu. 84-klavişli klaviatura: 84-cü klaviş SysRq System Request idi; rəqəm klaviaturası əsas klaviş blokundan ayrı yerləşdirilmişdi; Caps lock/Scroll lock/Num lock klavişləri üçün indikator. Sonradan IBM PC/AT kompüterləri 101-klavişli klaviatura ilə təmin olundu. Verilənləri saxlamaq üçün 1.2 Mbayt tutumu olan disketləri dəstəkləyən 5¼ düymlük disk qurğuları tətbiq olunurdu keçmiş IBM PC modelində bu tutum 360 Kbaytdan çox deyildi. Tezliklə IBM PC/AT modeli 3½ düymlük disksürənlərlə təchiz olundu. Tutumu 20 Mbayt olan sərt disk əvvəlki IBM PC/XT modelindən iki dəfə sürətli idi 40 ms. Computer Memories şirkətinin istehsalı olan əvvəlki modellərin bir il istismar müddətində 25-30 % hissəsi sıradan çıxırdı. Bu hal qismən kompüterin söndürülməsi anında MS-DOS 3.0 əməliyyat sisteminin oxuma/yazma başcığının parklanması zamanı istifadə etdiyi FAT alqoritmində olan xəta ilə bağlı idi. İlk IBM PC/AT kompüterləri 1984–1986-cı il buraxılışları CGA, monoxrom MDA, EGA, yaxud PGA videoadapterləri ilə təchiz olunurdu. 1987-ci ildən sonra buraxılmış modellər yalnız VGA videoadapterləri olurdu. Sələfi IBM PC kimi, IBM PC/AT kompüteri də sürüşkən nöqtəli ədədlərlə sürətli işləmək üçün Intel 80287 riyazi so-prosessorunu dəstəkləyirdi.

Bütün bu yenilikləri dəstəkləmək üçün PC-DOS 3.0 adlandırılmış əməliyyat sistemində ciddi əlavələr edilmişdi. Bu kompüterlər yeni meydana çıxmış OS/2 əməliyyat sistemi ilə də işləyirdi.

                                     

1. Xarici keçidlər

  • Wiki entry for PC at the Vintage Computer Forums Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  • Cover story: IBM brings out the big guns, PC Mag 13 Nov 1984, pp. 117–133
  • IBM 5170 information at www.minuszerodegrees.net
  • Historycorner.de - The IBM PC AT IBM 5170 German

Users also searched:

...