Back

ⓘ Verilənlərin müstəqilliyi




                                     

ⓘ Verilənlərin müstəqilliyi

Verilənlərin müstəqilliyi, – verilənlər bazasında: verilənlərin onları emal edən proqramlardan ayrılması. Verilənlərdən istifadə edən proqramlar verilənlər bazasının strukturu və təşkili haqqında heç nə" bilmirlər ”. Buna görə də verilənlərin müstəqilliyi, saxlanılan informasiyanı mümkün qədər daha erişilən edir. Verilənlərin müstəqilliyinin üç növünü fərqləndirirlər: fiziki, məntiqi və distributiv.

  • Fiziki müstəqillik o deməkdir ki, verilənlər bazasının topologiyasını və informasiyaya erişmə üsullarını dəyişmək olar, ancaq bu, verilənlər bazasının əvvəlki tətbiqi proqramlar tərəfindən istifadəsinə xələl gətirməyəcək.
  • Məntiqi müstəqillik o deməkdir ki, verilənlər bazasının strukturunu yenidən qurmaq olar məsələn, iki verilənlər yığınını birləşdirmək, ancaq informasiya toxunulmaz qaldığı müddətdə verilənlər bazasının strukturundakı dəyişiklikləri tətbiqi proqramlar görməyəcək.
  • Distributiv müstəqillik o deməkdir ki, verilənlər bazasının və ya onun bir hissəsinin yerləşmə yeri məsələn, şəbəkənin bir və ya bir neçə serverində olması onunla işləyən proqrama əhəmiyyətli təsir etməyəcək.

Users also searched:

...
...
...