Back

ⓘ Disksürən




                                     

ⓘ Disksürən

Disksürən, – disklərin oxunmasını və onlara yazılmanı həyata keçirən elektromexaniki qurğu.

Disksürənin əsas elementləri bunlardır: üzərində disksürənin quraşdırıldığı şpindel ox; disksürən işləyərkən diski fırladan mühərrik; bir və ya bir neçə oxuma-yazma başcığı; oxuma-yazma başcıqlarını diskin səthində müəyyən mövqeyə aparan ikinci mühərrik; oxuma-yazma əməliyyatını sinxronlaşdıran və informasiyanı kompüterə ötürən və ondan alan kontroller sxemi. Yumşaq və sərt disklərin disksürənləri bir-birindən fərqlənir: əyilgən disklərin disksürənləri 5.25 və ya 3.5 düymlük disketlərlə işləmək üçün nəzərdə tutulub; sərt disklərin disksürənləri möhkəm korpusa malik çıxarılıb-taxılmayan, daha sürətli və iri həcmli yaddasaxlama qurğusudur. Kompüterin disksürənləri adları və ya nömrələri ilə tanınır; məsələn, MS-DOS sistemində A, B, C: disksürənləri, Apple Macintosh da isə 0 və 1 disksürənləri ola bilər.

Disk sürücü en. disk driver, ru. драйвер диска – disk kompüterə qoşularkən quraşdırılan və verilmiş müəyyən firmanya məxsus diskin işləməsinə yardım edən xüsusi proqram.

Users also searched:

...
...
...