Back

ⓘ Disksürən taxçası




Disksürən taxçası
                                     

ⓘ Disksürən taxçası

Disksürən taxçası, – kompüterin korpusunda disksürəni yerləşdirmək üçün paralelepiped şəkilli içiboş oyuq.

Disksürən taxçasında, adətən, metaldan hazırlanmış yan divarlar olur ki, onların da üzərində disksürəni bərkitmək üçün deşiklər olur. Konstruksiyadan asılı olaraq üst və alt divarlar olmaya da bilər. Disksürən taxçalarının heç də hamısı görünən yerdə olmur: sərt disklər üçün taxçalar çox zaman korpusun dərinliyində quraşdırılır ki, istifadəçinin sərt disklə fiziki kontakt ehtimalı olmasın. Disksürən taxtçalarının çoxusu, xüsusən əyilgən disklərin, strimmerlərin və CD-ROM disklərinin taxçaları korpusun qabaq panelində yerləşdirilir ki, istifadəçi onlarla rahat işləyə bilsin. Əgər taxtçada disksürən quraşdırılıbsa, istifadəçi yalnız onun qabaq tərəfini görürür, bütün qalan hissələr isə kompüterin korpusunda gizlənir. Taxtçada disksürən yoxdursa, kosmetik, eləcə də korpusun içərisinə yad obyektlərin düşməsinin qarşısını almaq məqsədilə bir çox istehsalçılar taxçanın gözünü ağzını plastik və ya metal qapaqla örtürlər.

Users also searched:

...
...
...