Back

ⓘ Sazlayıcı




Sazlayıcı
                                     

ⓘ Sazlayıcı

Sazlayıcı – proqramçıya başqa bir proqramı addım-addım çalışdırmağa, verilənlərin dəyişilməsini izləməyə və şərtlərin yerinə yetirilməsini yoxlamağa imkan verməklə onu sazlayan proqramdır.

Sazlayıcıların 2 iki əsas növü var: maşın səviyyəsində və ilkin mətnlər səviyyəsində işləyənlər.

Maşın səviyyəli sazlayıcılar - faktiki çalışan maşın komandalarını assembler dilinin komandalarına çevrilmiş əks etdirirlər və registrlərin və yaddaş oyuqlarının tərkibinə baxmağa imkan verirlər. İlkin mətn səviyyəli sazlayıcılar - proqramçıya orijinal ilkin koda məsələn, C və ya Pascal dilində baxmağa, dəyişənlərin və verilənlər strukturlarının adlarına görə onların qiymətlərini yoxlamağa və s. imkan verirlər.

Users also searched:

...
...
...