Back

ⓘ Elektrokapillyar hadisələr




                                     

ⓘ Elektrokapillyar hadisələr

Elektrokapillyar hadisələr - elektrik sahəsində yerləşən fazaların sərhədində, yəni İEQ-də baş verən kapillyar hadisələrə elektrokapillyar hadisələr deyilir. Elektrik sahəsinin olması sərbəst səth enerjisini qiymətcə dəyişdirir. Bu, məsələn, adsorbsiya, həmçinin ionların elektrodlarda yığılması və elektrodların boşalması proseslərində müəyyən rol oynayır. Buna görə də V ilə İEQ parametrləri arasındakı əlaqəni öyrənmək adsorbsiya hadisəsi üçün mühümdür. Tədqiqat, adətən, civə ilə elektrolit məhlulları arasındakı sərhəddə aparılır. Qui və sonralar Frumkin tərəfindən bu sistemlərdə aparılan klassik tədqiqatlar nəticəsində mühüm elektrokimyəvi qanunauyğunluqlar aşkar edilmişdir. Elektrik hərəkətetdirici qüvvəni E nəzərə almaqla İEQ-yə malik səthdə V-nı ölçmək üçün kapillyar elektrometrlərdən istifadə olunur.