Back

ⓘ Cəmiyyət adaları




Cəmiyyət adaları
                                     

ⓘ Cəmiyyət adaları

İki qrup: Küləktutan və Küləktutmayan adalardan ibarətdir. Ən böyük adası Taitidir sahəsi 1042 km 2. Adaların çoxu vulkan mənşəlidir, mərcan rifləri ilə əhatələnmişdir. Maksimum hündürlüyü 2241 m Taiti adasında. Tropik dəniz iqlimi var. Ortaaylıq temperaturlar 20-dən 26 °C-yədəkdir. Yağıntıların illik miqdarı 1500–2500 mm. Rütubətli meşələr, tropik bitki plantasiyaları var. Fosforit çıxarılır. Sədəf və mirvari əldə edilir. Balıq ovlanır. Cəmiyyət adalarını 1767-ci ildə ingilis C. Uollis kəşf etmişdir. London Kral Cəmiyyətinin şərəfinə adlandırılmışdır.