Back

ⓘ İndoneziyada din




İndoneziyada din
                                     

ⓘ İndoneziyada din

Bu ölkədə İslam dini tacirlərin vasitəsilə yayılıb.

İndoneziya əhalisinin böyük əksəriyyəti - 87 faizi müsəlmanlardır. Hazırda 250 milyon nəfərdən artıq müsəlman əhalisi olan İndoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur.

                                     

1. Dini tikililər‎

İndoneziya özündə hinduizm, buddizm və islam dinlərinin abidələrini birləşdirən məbəd memarlığının nadir beşiyidir.

Möhtəşəm budda kompleksi olan Borobudur e.ə. IX əsrdə dördtərəfli nəhəng piramidalar şəklində tikilən ən böyük məbəddir. Borobudur Budda kompleksi Vişna, Şiva və Braxma allahlarına həsr olunmuş dünyada ən iri dini tikililərindən biridir ki, günümüzədək qorunub saxlanılıb. Min il əvvəl Merapi vulkanından sonra insanlar bu yerləri tərk edib. 800-cü illərdə inşa edildiyi düşünülən bu möhtəşəm məbəd vulkan partlaması nəticəsində uzun əsrlər unudulub. Lakin nəhəng memarlıq kompleksi yalnız 1815-ci ildə, demək olar ki, vulkan külü və tamamilə cəngəlliklərlə örtülmüş halda tapılıb. Yarım əsr keçəndən sonra YUNESKO-nun himayəsi altında onun əsaslı bərpasına başlanılıb. Qazıntıları zamanı budda kompleksinin digər maraqlı materialları da tapılıb, onları Borobudur kompleksinin ərazisində yerləşən eyniadlı muzeydə görmək olar. Məbədi sübh tezdən ziyarət etmək daha yaxşıdır. Çünki budda kompleksi doğan günəşin şüaları altında çox füsunkar görünür.

                                     

2. Xarici keçidlər

  • International Coalition for Religious Freedom. 2004. "Indonesia". "Religious Freedom World Report". Retrieved 6 September 2006
  • Shaw, E. "Indonesian Religions" Arxivləşdirilib 2006-10-06 at the Wayback Machine. "Overview of World Religions". Retrieved 8 September 2006
  • Llyod G and Smith S, Indonesia Today, Lanham, Maryland: Rowman & Littlefield Publishers, 2001, 343 pages, ISBN 0-7425-1761-6
  • Hunt, Stephen J. 2003. Alternative Religions: A Sociological Introduction. Aldershot, Hampshire: Ashgate Publishing. ISBN 0-7546-3410-8.
  • Bunge, F.M. ed. 1983. Indonesia: A Country Study. US Library of Congress. İstifadə tarixi: 2 October 2006. (
  • Bertrand J, Nationalism and Ethnic Conflict in Indonesia, Cambridge: Cambridge University Press, 2004, 278 pages, ISBN 0-521-81889-3. Retrieved 22 October 2006