Back

ⓘ Təbii resurslar




                                     

ⓘ Təbii resurslar

Təbii resurslar – cəmiyyətin maddi və mədəni tələbatını yaratmaq üçün istifadə olunan, bəşəriyyəti əhatə edən təbii mühitin komponentləri. T.r ın mühafizəsinin əsas prinsipi onların səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir.

                                     

1. Təbii resursların bərpası

Kompleks tədbirlər həyata keçirərək antropogen təsirlər nəticəsində qismən və ya tam gücdən düşmüş təbii resursların əvvəlki vəziyyətini bərpa etmək.

                                     

2. Təbii resursların coğrafiyası

Coğrafiya elminin bir hissəsi, ayrı-ayrı təbii resursların növ və birləşmələrinin yerləşməsi, onların qiymətləndirilməsi, kompleks istifadəsi və yenidən bərpasını tədqiq edir.

                                     

3. Təbii resursların inventarizasiyası

Müxtəlif statistika hesabatların, təbii resursların mühafizəsi və səmərəli istifadəsi üzrə proqramın hazırlanması məqsədilə təbii sərvətlərin miqdarının, keyfiyyətinin, ehtiyatının dinamikasının və istismarının uçotu.

                                     

4. Təbii resursların səmərəli istismarı

Aşağıdakı kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması:

  • Təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək;
  • Yeni əmələ gələn təbii bioloji resurslardan minimum istifadə;
  • Təbii sərvətlərin mineral resursların və tullantıların tam, kompleks istifadəsi;
  • Uzunmüddətli ekoloji-sosial balansın təmin olunması.
                                     

5. Təbii resursların əvəz olunması

Təbii resursların əvəz olunması - bir təbii resursun, bir qayda olaraq, hazırkı tarixi dövr üçün iqtisadi cəhətdən daha səmərəli sayılan digəri ilə əvəz edilməsidir. Təbii resursların əvəz olunmasına energetik sıranı misal göstərmək olar: ağac yanacağı - mineral yanacaq - atom və ya günəş enerjisi. Bir sıra təbii resurslar texnoloji mümkünat olmadığından və ya insanın həyati təlabatına uyöun olmayan istənilən digər resursla əvəzolunmazdır; rekreasiya resursunun itirilməsi insanın sağlamlığına zərbə vurur.

                                     

6. Təbii resursların təsnifatı

  • Tükənmə sürətinə görə – tez tükənən, tədricən tükənən resurslar;
  • Bərpa olunmasına görə bərpa olunan və bərpa olunmayan resurslara bölünür.
  • Mənbəyinə və yerləşməsinə görə energetika resursları, atmosfer, qaz resursları, su resursları, litosferin resursları, bitki resursları, iqlim resursları;
                                     

7. Təbii resursların və təbii şəraitin xəritələşdirilməsi

Təbii resursların sahəcə təbii yayılmasının xəritə üzərinə köçürülməsi kəmiyyət və keyfiyyət göstəriciləri ilə və təbii şəraitin regional xüsusiyyətlərinin əks olunması.

                                     

8. Təbii resursların tükənməsi

Təbii resursların mümkün ehtiyatı və onun təbii sistemdən zərərsiz təhlükəsiz çıxarılma norması ilə təbiətin təbii resursların məhsuldarlığı və bərpa olunma qabiliyyəti, bərpa olunan resursların hasil olunması çıxarılması onun təbii bərpa olunması tempindən sürətini keçməsi nəticəsində uyğunluğun pozulması prosesi. Təbii resursların tükənməsi hazırki elmi-texniki tərəqqi dövründə müasir təbiətdən istifadənin əsas neqativ ekoloji xarakteristikası hesab olunur.

Users also searched:

...
...
...