Back

ⓘ Polşa Coğrafiya Cəmiyyəti




                                     

ⓘ Polşa Coğrafiya Cəmiyyəti

Polşa Coğrafiya Cəmiyyəti - Polşa Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Mərkəzi qərargahı Varşava Universitetinin Coğrafiya fakültəsinin binasında yerləşir.

                                     

1. Tarixi

Cəmiyyətin əsası 1918-ci ildə coğrafiya elminin inkişafını təşviq etmək üçün Varşavada qoyulmuşdur.

Cəmiyyətin yaradıcısı Polşa geoloqu Karol Boqdanoviçdir.

İlk qurultayı 1921-ci ilin avqustunda Kielse şəhərində keçirilmişdir.

                                     

2. Fəaliyyəti

Cəmiyyət coğrafiya sahəsində elmi, dinaktik və populyar fəaliyyət həyata keçirir. Mütəmadi olaraq, yığıncaqların və elmi konfransların, elmi ekspedisiyaların, ali məktəb tələbələri üçün olimpiadaların, mühazirələrin və populyar ekskursiyaların keçirilməsini təşkil edir.