Back

ⓘ Biliklər bazası




                                     

ⓘ Biliklər bazası

Bilik bazası, - problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar.

Bilik bazasının əsasını bilik təşkil edir. Bilik - predmet sahəsinin qanunauyğunluqları olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.

Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların mütəxəssislərin topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki INFERENCE ENGINE mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir

                                     

1. Biliklər bazasının xüsusiyyəti

Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir:

  • daxili interpretasiya.
  • aktivlik.
  • strukturlaşma.
  • bağlılıq.

Bilikləri üç böyük qrupa bölmək mümkündür.

  • metabiliklər bilik haqqında bilik.
  • qaydalar qərar qəbul olunması üçün biliklər;
  • faktlar faktiki biliklər;
                                     

2. Ədəbiyyat

  • İsmayıl Calallı Sadıqov," İnformatika terminlərinin izahlı lüğəti”, 2017," Bakı” nəşriyyatı, 996 s.
  • А.В.Андрейчиков, О.Н.Андрейчикова. Интеллектуальные инфомационные системы. М.:Финансы и статистка, 2004. -424 с.
  • Поспелов Г.С. Искусственный интеллект –основа новой информационной технологии. М.: Наука, 1988. -278 с.
  • Поспелов Д.А. Левитин К.Е. Будущее искусственного интеллекта. М.: Наука, 1991. -217 с.