Back

ⓘ Dünyanın ən isti yerləri




                                     

ⓘ Dünyanın ən isti yerləri

Səhrada havanın rekord göstəricisi 2005-ci ildə qeydə alınıb + 70.5 dərəcə. Uzunluğu 900 km olan bu səhrada hətta bakteriyaların yaşamasına şərait yoxdur. Səhrada havanın orta illik göstəricisi 49.6 dərəcə, yayda isə 58.3 dərəcə təşkil edir.

                                     

1. Avstraliya Kvinslend

Avstraliyanın Kvinslend ştatının torpaqları- havanın orta illik göstəricisi 44.4 dərəcə, qış aylarında 53 dərəcə, rekord göstərici isə 62.3 dərəcə təşkil edir.

                                     

2. Sudan Vadi-Xəlfə vadisi

Sudanda yerləşən Vadi-Xəlfə vadisi -burada havanın orta illik göstəricisi 38.2 dərəcə təşkil edir. Yayda bu göstərici 42.4 dərəcə olur. Vadidə havanın rekord göstəricisi isə 53.2 dərəcə təşkil edir.

                                     

3. ABŞ" Ölüm Vadisi” milli park

ABŞ-dakı" Ölüm Vadisi” adlanan milli park- Kaliforniya və Nevada ştatlarının sərhədlərində dəniz səviyyəsindən 85 metr aşağıda yerləşən vadidə demək olar ki, həyat yoxdur. Burada yalnız müəyyən heyvanların qalıqlarına rast gəlmək olar. Yayda" Ölüm Vadisi”ndə orta temperatur 37 dərəcə, rekord temperatur isə 56.7 dərəcə təşkil edir.

                                     

4. Mali Timbuktu şəhəri

Malinin Timbuktu şəhəri təkcə may ayında bu şəhərdə havanın orta göstəricisi 34 dərəcə təşkil edir. Timbuktuda isti havanın rekord göstəricisi 52.4 dərəcədir.

                                     

5. İsraildə Tirat-Tsvi adlanan yer

İsraildə İordan çayının qərbində yerləşən Tirat-Tsvi adlanan yer, əhalisi cəmi 700 nəfər olan bu ərazidə havanın orta illik göstəricisi 24.2 dərəcə təşkil edir, yayda isə bu göstərici 34.7 dərəcəyə çatır. Tirat-Tsvidə istinin rekord göstəricisi 1942-ci ildə qeydə alınıb – 53.9 dərəcə.

                                     

6. Çinin Turfan şəhəri

Çinin Turfan şəhərində yerləşən Turfan çalası. Turfan şəhərində orta illik temperatur 15.4 dərəcə olsa da, Turfan çalası yayda 33.2 dərəcəyədək qızır və bu rəqəm bəzən 40 dərəcəyə də çatır. Turfan çalasında istinin rekord dərəcəsi 48.4 dərəcə olub.

Users also searched:

...
...
...