Back

ⓘ Viki




                                               

Uzun Günbəz türbəsi

Türbə 13-cü və 14-cü yüzilliklərin arasında, Elxanilər dönəminin görkəmli coğrafiyaçı və tarixçisi olan Həmdullah Qəzvininin məqbərəsi üstündə tikilmişdir. Türbə hazırkı Qəzvinin Mələkabad məhəlləsində, sıx yaşayış evlərinin arasında yerləşir. Türbə Azərbaycan memarlıq üslubunda tikilmişdir.

Viki
                                     

ⓘ Viki

Viki - havay adalarında yerli dildə "daha tez" deməkdir.

Viki konsepsiyası ilk dəfə 25 mart 1995-ci ildə ABŞ-ın Areqona ştatının Portlend şəhərində yaşayan Vord Kenninqem Ward Cunningham tərəfindən işlənmiş və veb-səhifələrin idarəsi, birbaşa veb brauzerdən veb səyyahdan redaktə olunması üçün nəzərdə tutulmuşdur. Honolulu aeroportunda sərnişinləri avtobuslara çağıran sürücülərin "viki-viki" deyə adamları tələsdirmələri ezamiyyətini orada keçirən Kenniqemin nəzərindən qaçmamış və yaratdığı texnologiyanı "Viki texnologiyası" adlandırmaq qərarına gəlmişdir. Bunun üçün o əvvəlcə Apple Hypercad proqramından istifadə etmişdir. Hər dəfə səhifələrdəki mətn redaktə olunarkən, bütün versiyaların xüsusi verilənlər bazasında VB saxlanılması proqramın əsas funksiyasını təşkil edir. Belə ki, istənilən versiyanın VB-dan çağırılaraq yenidən tez bir zamanda veb-səhifədə bərpa olunması Viki texnologiyasının əsas prinsipidir.

                                     

1. Əhəmiyyəti

İnternetin əsasını qoyarkən mütəxəssislər "qlobal biliklər bazası" və ya "kollektiv bilik" əldə etmək arzusunda idilər. Lakin bunun əvəzinə bu gün İnternet qlobal xaosa çevrilmişdir. Odur ki, onlayn rejimində istifadəçinin lazım olan informasiya əldə etməsi və operativ dəyişdirməsi bu gün virtual məkanda ən aktual problemdir. Bu problemi həll etmək üçün mütəxəssislər şəbəkədə yeni-yeni layihələr, texnologiyalar yaratmaqdadırlar: çat, veb-forum, bloq. Bu texnologiyalar informasiya mübadiləsi aparmağa imkan versə də, onlardan heç biri ilə mükəmməl sayt yaratmaq mümkün deyildir. Yeni texnologialardan biri olan Viki texnologiyası isə bu problemlərin öhdəsindən üğürla gəlməkdədir.

                                     

2. Mahiyyəti

"Viki texnologiyaları" dedikdə "sürətli düzəliş texnologiyaları" başa düşülür. Bəzən Viki texnologiyalarını "canlı sənədlər texnologiyaları" da adlandırırlar. Bir çox istifadəçilər "Wiki" sözünün "what I know is" ifadəsindən alındığını hesab edirlər ki, bunun da mənası "mən nə bilirəm" mənasını verir. Bu ifadə Viki texnologiyalarının mənasını təyin edir: hər hansı biliyə malik olan istifadəçi, informasiyanı veb-saytda çap etməklə bu biliyi başqaları ilə bölüşdürür.

Viki texnologiyası İnternet istifadəçisinin veb-saytlarla qarşılıqlı əlaqəsini, İnternetdən çıxmadan səhifənin dəyişdirilməsini, informasiyaların strukturlaşdırılmasını, redaktə olunmasını nəzərdə tutur. Viki texnologiyası virtual məkanda müzakirələr aparmaq, VB, faylların saxlandığı anbar yaratmaq, poçt sistemi, əməkdaşlıq üçün alətdir.

Viki texnologiyasını təyin edən əsas şərtlər:

  • hiperistinadların generasiyasının avtomatlaşdırılması və veb-səhifələr arasında onların aktuallığının dəstəklənməsi;
  • düzəlişlər tarixçəsinin olması – viki-məqalələrin yarandığı andan başlayaraq istənilən dəyişikliyə baxmaq və bərpa etmək imkanının olması;
  • hər kəs tərəfindən veb-məqalələrin redaktə oluna bilməsi.
  • mətnlər üçün HTML dili əvəzinə ona oxşar, lakin daha sadə dilin istifadə edilməsi;
  • veb-səhifələrdəki informasiyaların veb-brauzerdə birbaşa dəyişdirilmə imkanının olması və bütün versiyalarin serverdə yadda saxlanılması;
                                     

3. Viki ensiklopediyalar

Məqalələrin istifadəçilər tərəfindən idarə oluna bilməsi ideyası müxtəlif onlayn ensiklopediyaların yaradılması üçün çox uyğundur. İnternetdə Viki texnologiyası ilə işləyən müxtəlif ensiklopediyalar mövcuddur:

  • Scholarpedia - Ensiklopediyaya yalnız elmi məqalələrin daxil edilməsinə icazə verilir;
  • Citizendium Arxivləşdirilib 2011-10-13 at the Wayback Machine - İstifadəçilər tərəfindən daxil edilmiş məqalələr mütəxəssislər tərəfindən yoxlanılır;
  • Wookieepedia - Fantastik filmlərin onlayn ensiklopediyasıdır.
  • Intellipediya - Viki texnologiyası əsasında işləyən bağlı ensiklopediyadır. ABŞ-nın 16 xüsusi xidmət orqanlarını birləşdirir;
  • Absurdopediya Arxivləşdirilib 2008-05-17 at the Wayback Machine - "Ensiklopediya Absurd" – məqalələrdəki informasiyalar təhrif olunmuş, parodiyalar şəklindədirlər;
  • Vikibilik - BSD Berkeley Software Distribution lisenziya ilə işləyən onlayn ensiklopediyadır. Ensiklopediya rus dilindədir;
  • Encarta Arxivləşdirilib 2009-10-31 at the Wayback Machine - Kompüterin multimedia komponentlərindən istifadə edən ilk elektron ensiklopediyadır;
  • Open Encyclopedia Project - İstifadəçilər arasında "Open-Site" adlanan bu ensiklopediya könüllülər tərəfindən zənginləşdirilir;
  • Everything2 - İnsan biliyinin bütün sahələrindən informasiyaları toplayan veb-sayt və onlayn cəmiyyətdir;
  • Wikipedia - Hamıya açıq pulsuz virtual ensiklopediya;


                                     

4. Texniki şərtlər

Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün serverə LaTeX, Dvips və ImageMagick proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, PHP 4.0 proqramı ilə yalnız Media Wiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin MySQL və ya PHP PgAdmin Postgres proqramlarından istifadə edilir.

                                     

5. Populyarlığı

Son zamanlar İnternet qlobal şəbəkəsində Viki çox populyar anlayış olmuşdur. Təsadüfi deyildir ki, 2007-ci ildə wiki.com domen adı 3 mln. dollara satılmışdır.

                                     

6. Mənbə

  • R.M. Əliquliyev, İ.Y. Ələkbərova, R.T. Qasımova. "Kollektiv beyin və Viki texnologiyası". "IT Magazine" İnformasiya-Kommunikasiya Texnologiyaları Jurnalı, 0253-2008, səh. 5-7.
                                     

7. Xarici keçidlər

  • Library.ict.az - AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü R.M. Əliquliyev, sektor müdiri, İ.Y. Ələkbərova, sektor müdiri R.T. Qasımova, İnternetdə kollektiv bilik və Viki texnologiyası ", AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

Users also searched:

...