Back

ⓘ MediaViki




MediaViki
                                     

ⓘ MediaViki

MediaWiki proqramı - Vikipediyanın yaradılması və idarə olunması üçün proqram mexanizmidir. Alman tələbəsi Manqus Manke tərəfindən xüsusi olaraq Vikipediya üçün yazılmışdır. Əvvəl Perl dilində yazılmış UseModWiki proqramı istifadə edilirdisə, sonralar proqramın PHP dilində yazılması qərara alınır və MediaWiki adlandırılır. "MediaWiki" sözü multimedia və wiki sözlərindən yaranmışdır. "MediaWiki" sözünü "WikiMedia" sözü ilə qarışdırmaq olmaz.

                                     

1. CMS MediaWiki üçün proqram təminatları

CMS MediaWiki azad proqramdır və bu proqramdan istifadə edərək İnternet məkanında veb-səhifələr yaradılır. CMS istifadəçi ilə veb-sayt arasında qarşılıqlı əlaqə texnologiyasıdır və informasiyanın kollektiv işlənməsi, saxlanması, strukturlaşdırılmasını nəzərdə tutur. CMS MediaWiki sistemi üçün nəzərdə tutulan proqram təminatları:

  • Postgru SQL 8.1 və yuxarı versiyalar.
  • VB serveri – My SQL 4.0 verilənlər bazasının idarəetmə sistemləri VBİS və yuxarı versiyalar
  • Veb-serverlər – Apache və ya IIS
  • PHP-nin 5.0 və yuxarı versiyalar

Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün Ocaml dilindən istifadə olunur ki, bunun üçün də serverə LaTeX, Dvips və İmageMagick proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, PHP 4.0 proqramı ilə yalnız MediaWiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin MySQL və ya PHP PgAdmin Postgres proqramlarından istifadə edilir.

                                     

2. CMS MediaWiki proqramının əsas təyinatı

CMS MediaWiki proqramının əsas təyinatı veb-səhifələrin idarə olunmasıdır. MediaWiki veb-saytlarla yanaşı şəkil və multimediya faylları ilə də işləyir. Proqram böyük serverlər qrupu üçün nəzərdə tutulmuşdur. Həddən artıq çox istifadəçilərilər və böyük viki-saytlarda MediaWiki keşləmə əməliyyatını dəstəkləyir və Squid proksi-serverdən istifadə edir.

Qeyd: Keşləmə, tələb olunma ehtimalı daha çox olan informasiyaların sürətlərinin çıxarılması və xüsusi qovluqlarda yaddaşda saxlanması deməkdir.

Əgər ilk vaxtlar CMS MediaWiki yalnız Vikipediya üçün nəzərdə tutulmuşdursa, sonralar bu sistem GNU lisenziyası əsasında Wikimedia Foundation Inc. qeyri-hökumət təşkilatı tərəfindən müxtəlif layihələrin və saytların yaradılmasında istifadə olunmağa başlayır.

                                     

3. MediaWiki sisteminin üstünlüyü və mənfi amillər

Açıq redaktə imkanına malik olma MediaWiki sisteminin əsas üstünlüyü olub, digər layihələrin də yaradılmasında ondan istifadə olunmasına haqq verir. Lakin, sistemin imkanları digər mənfi amillərin ortaya çıxmasına şərait yaradır:

  • MediaWiki əsasında yaradılmış səhifələrdə hədsiz dərəcədə çox hiperistinadların olması və bu istinadların bir hissəsinin tam olmayan və ya ümumiyyətlə mövcud olmayan səhifələrə aid olması;
  • veb-səhifələrə müraciətin hər hansı mürəkkəb məhdudiyyət mexanizminin olmaması;
  • istifadəçilərə redaktə azadlığı verən layihələrdə müəyyən qarışıqlığın olması və sistemliliyin pozulma hallarına rast gəlinməsi.
                                     

4. Mənbə

  • İNTERNETDƏ KOLLEKTİV BİLİK VƏ VIKI TEXNOLOGIYASI, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü R.M. Əliquliyev, sektor müdirləri, İ.Y. Ələkbərova, R.T. Qasımova. İT Maqazim İnformasiya-Kommunikasiya Texnologiyaları Jurnalı, 0253-2008, səh. 5-7.

Users also searched:

...