Back

ⓘ OSI




                                     

ⓘ OSI

OSI – Qarşılıqlı əlaqəli açıq sistem modeli müasir

kompüter şəbəkələrinin əsasını təşkil edir.

1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır.

OSI modeli acıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək,

sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək

hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir.

                                     

1. OSI modelində səviyyələr

OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür.

  • Nəqliyyat səviyyəsi Transport layer
  • Kanal səviyyəsi Data Link
  • Tətbiqi səviyyə Application Layer
  • Təqdimetmə səviyyəsi Prezentation layer
  • Seans səviyyəsi Session layer
  • Fiziki səviyyə Physical layer
  • Şəbəkə səviyyəsi Network layer
  • Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın bitlərin ötürülməsi ilə xarakterizə olunur.
  • Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir.
  • Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş cüt kabel, fiberoptik kabel və s.nəzərdə tutulur.
  • Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır.
  • Səhvlər təyin edildikdə isə ötürmə təkrar icra olunur.
  • Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir.
  • Qəbuledicidə yoxlayıcı cəm hesablanır. Onlar eyni olduqda informasiya qəbul edilir.
  • Bunun üçün informasiya bitləri kadrlarda frame qruplaşdırılır. Kanal səviyyəsi hər bir kadrın düzgunlüyünü təyin edir. Kadrların yoxlayıcı cəmini hesablayaraq onu hər bir kadrın sonuna əlavə edir.
  • Şəbəkə səviyyəsində xəbər paket adlanır. Bu zaman qəbul edənin ünvanını böyük hissəsi – şəbəkənin nömrəsi və həmin şəbəkədəki qovşağın nömrəsindən ibarət olur. Eyni şəbəkənin bütün qovşağlarının ünvanlarının böyük hissəsi eyni olmalıdır.
  • Şəbəkə səviyyəsi müxtəlif texnologiyaların uyğunlaşması, böyük şəbəkələrin ünvanlarının sadələşdirilməsi kimi məsələləri də həll edir.
  • Marşrutizator şəbəkələr arası əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin olunmuş şəbəkəyə göndərir. Xəbəri bir şəbəkədən ötürücudən digər şəbəkəyə qəbulediciyə göndərilməsi üçün şəbəkələr arası müəyyən miqdar tranzit ötürmələrdən hop-siçrayış istifadə edilir.
  • Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində düzgün istiqamətin secilməsini təmin edir.
  • Şəbəkə səviyyəsində 2 tip protokollar təyin edilir
  • Bu isə kanalın buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı olur.
  • Şəbəkələr öz aralarında marşrutizator router adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir.
  • Şəbəkə səviyyəsi bir necə şəbəkəni birləşdirən vahid nəqliyyat sisteminin yaradılmasına xidmət edir.
  • Bu zaman hər dəfə müvafiq marşrut seçilir. Beləliklə, ümumi marşrut paketlərin keçdiyi marşrutizatorların ardıcıllıgından ibarət olur.
  • Çox zaman marşrutun seçilmə kriteriyası kimi verilənlərin ötürmə vaxtı qəbul edilir.
  • Daha optimal yolun seçilməsi marşrutlaşdırma adlanır və onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən biridir.
  • Şəbəkə protokolları paketlərin şəbəkələrdə hərəkətini həyata keçirir
  • Marşrutlaşdırma protokolların köməyi ilə marşrutizatorlar routerlər şəbəkələrarası birləşmələrin topologiyası haqqında informasiya yığırlar.
  • Nəqliyyat səviyyəsi tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir.
  • Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxarır. Bundan əlavə nəqliyyat səviyyəsi müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır.
  • Bu səviyyənin funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq üçün aşağı obyektin səlahiyyəti yoxlanılır. Bu səviyyə bir neçə xidmət siniflərinə A, B, C və D malikdir.
  • Seans səviyyəsi – dialoqun idarə edilməsini təmin edir, cari anda aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir.
  • Beləliklə təqdimetmə səviyyəsi verilənlərin mübadiləsi üçün eyni sintaksis seçir.
  • Bu səviyyənin vasitəsi ilə bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə informasiyanın təqdim edilməsi aydın formada olur.
  • Təqdimetmə səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə istifadəçə və proqramlar ötürülən informasiyanın çevrilmə üsullarını göstərir.
  • Təqdimetmə səviyyəsi – informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir.
  • Tətbiqi səviyyə – bu səviyyəyə istifadəcinin fayllara, printerlərə, hipermətnli Veb səhifələrə və s.müraciətinı təmin edən protokollar aid edilir.
                                     

2. Ədəbiyyat

  • F. Ağayev, INTERNET, AMEA İnformasiya Texnologiyaları İnstitutu Mühazirə
  • İsmayıl Calallı, kompüter. Bunu öyrənməyə nə var ki?! "Nurlar" 2005
  • Abbasov Ə.M., Əliquliyev R.M., Ağayev F.T. Web səhifələrinjyaradılması "Elm" 2002
  • Александр Левин, Работы на компьютере Питер,2004
  • Marshall T. Rose, The Open Book
  • Osman Gündüz, Qorxmaz Əfəndiyev, Nazim Rüstəmov kompüter. İnformasiya Texnologiyalarının əsasları
  • David M. Piscitello, A. Lyman Chapin, Open Systems Networking
  • "Multimediya İnformasiya sistemləri və Texnologiyaları Mərkəzi" 2006

Users also searched:

...