Back

ⓘ Antistatiklər




                                     

ⓘ Antistatiklər

Antistatiklər – polimer materiallarda və yanacaqlarda sürtünmə nəticəsində baş verən statik elektriklənməni azaldan maddələr. Antistatiklər materialın tərkibinə əlavə edilir və ya məmulatların səthinə, durulaşdırılmış məhlullar, aerozollar şəklində çəkilir. Dielektriklərin xüsusi həcmi və xüsusi səthi elektrik keçiriciliklərinin qiyməti müvafiq olaraq 10–5 Sm.m–1 və 10–1Sm-dən az olduqda elektrik yükünün toplanması baş verir. Dielektriklərin səthində və ya həcmində elektrostatik yüklərin sıxlığı çox olduqda qığılcımlı boşalmalar baş verə bilər. Bunun nəticəsində texnoloji proseslərin pozulması, radiotelefon, kompyuter və ya onların ayrı-ayrı elementlərinin sıradan çıxması, yanğın və partlayışların meydana gəlməsi, foto və kinolentlərin keyfiyyətinin aşagı düşməsi və s. baş verə bilər. Antistatiklərin əsas funksiyası, materialların elektrik keçiriciliyini yüklərin sızmasını təmin edən səviyyəyə qədər artırmaqdır. Antistatiklərin təsirinin səmərəliliyi başlıca olaraq xüsusi həcmi və xüsusi səthi elektrik keçiriciliyinin artması, həmçinin sürtünmənin elektrik potensialının və toplanmış elektrostatik yükün azalmasının yarımdövrü ilə qiymətləndirilir.

Antistatiklərkimi yüksəkdispersli elektrik keçirən doldurucular – texniki karbon, metallar gümüş, qurğuşun və s., qalay II oksid, kalsium, litium və maqneziumun xloridləri, aminlər və onların törəmələrindən; nazik təbəqə əmələ gətirən polimerlərdən ; stearin turşusunun duzları, oktadesilamin, alkil fosfatlar və s. əsasında səthi aktiv maddələrdən və s.; tərkibində duda, natriumun sulfatları, halogenidləri, nitratı və s. olan elektrik keçirici örtüklər və ya laklardan; elektrik keçirici örtüklü poliamid və ya poliefir liflər və ya elektrikkeçirici saplardan; maye karbohidrogenlər və yanacaqlar üçün antistatik aşqarlardan istifadə olunur. Bundan başqa elektrostatik yükləri kənar etmək və ya onların toplanmasının qarşısını almaq üçün, həmçinin antistatik texniki vasitələr – müəyyən rütubəti təmin edən iqlim qurğuları, ildırım ötürücüləri, o cümlədən metal rezervuarların və boru kəmərlərinin yerlə müxtəlif birləşdiriciləri, qeyri-metal rezervuarlar və boru kəmərləri üçün neytrallaşdırıcı taxmalar və s. tətbiq edilir.

                                     

1. Antistatik aşqarlar

Antistatik aşqarlar - yanacaqların elektrik keçiriciliyini artırır. Yanacaqda elektrik keçiriciliyi az olduğundan, böyük sürətlə nəql edildikdə statik elekriklənmə baş verir. Statik elektrik yükləri müəyyən həddə çatdıqda partlayış və yangın baş verir. Antistatik aşqarlar yanacaqda elektrik keciriciliyi artırır. Elektrik keçiriciliyi artdıqda statik elektrik yüklərinin toplanması azalır və reaktiv yanacaqları ilə doldurma və bir yerdən başqa bir yerə vurulma zamanı təhlükəsizlik təmin olunur.

                                     

2. Təsiredici qatılığı

Antistatik aşqarların təsiri artıq olduqca kiçik qatılıqlarda ≥0.0001% kütlə özünü göstərir. Keçən əsrin 60-cı illərindən başlayaraq qərb ölkələrində reaktiv yanacaqlarına antistatic kimi ASA-3 aşqarı istifadə olunurdu.

ASA-3 aşqarı - alkil salisil turşusunun xrom duzu, birgəpolimer və həlledicidən ibarət üçkoponentli sistemdir. Bu aşqarı Shell firması yaratmışdır. Keçmiş SSRİ-nin alimləri tərəfindən bir komponentli antistatic aşqar – sintetik yağ turşularının xrom duzu, AKOR-1 aşqarı və AP-L34-1 aşqarı yaradılmışdır. Qeyd etmək lazımdır ki, AP- L34-1 aşqarı AMEA-nın həqiqi üzvü V.M.Abbasov tərəfindən işlənib hazırlanmışdır.

Siqbol aşqarının ÜİETNEİ tərəfindən yaradılmış - qüsurları o idi ki, yanacaqda pis həll olurdu, onu qızdırılmış halda yanacağa vermək lazım gəlirdi. Siqbol əlavə olunmuş reaktiv yanacağı uzun müddət saxlandıqda yanacağın elektrik keçiriciliyi sürətlə aşağı düşür. Buna səbəb aşqarın ionlaşma dərəcəsinin az olması və saxlanma zamanı yanacaqda həll edilmiş aşqarın – sintetik yağ turşularının xrom duzunun və gəbirpolimerin molekullarının assosiatlar əmələ gətirərək çökməsidir.

AP-L34-1 aşqarı - sintetik naften turşusunun xrom duzunun C 14 -C 18 nitrobirləşməsi ilə kimpleksindən ibarətdir. Bu aşqar hətta mənfi 40 0 C-də yanacaqda həll olur və yanacaq uzun müddət saxlandıqda onun elektrik keçiriciliyi kəskin azalmır. Buna səbəb odur ki, kompleksdə olan nitrobirləşmə güclü liqand kimi kompleksin ionlaşma dərəcəsinin yüksək olmasını təmin edir, digər tərəfdən həm sintetik naften turşusu molekulunda olan mürəkkəb efir qrupu və həm də nitrobirləşmədə olan –OH, -ONO2 və s. qrupların olduğundan, əmələ gələn assosiatların özləri də makroionlar kimi yük daşıyıcısı olur.

                                     

3. Mənbə

Azərbaycan Milli Ensiklopediyası 25 cilddə. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

  • .V.M.Abbasov, H.C.İbrahimov, S.R.Hacıyeva, S.Ə. Məmmədxanova, E.Ş.Abdullayev, F.Ə.Əmirov// Neft və qaz emalı proseslərinin kmyası və texnologiyası//" Elm” nəşriyyatı, Bakı -2014.S.268

Users also searched:

...
...
...