Back

ⓘ Avtooperator




                                     

ⓘ Avtooperator

Avtooperator – 1) dəzgahlarda müxtəlif əməliyyatlar zamanı alətlərin avtomatik dəyişdirilməsi üçün qurğu. Avtooperator əməliyyat zamanı aləti tutur, əməliyyat yerinə yetirildikdən sonra onu şpindeldən çıxarıb yerinə başqa alət qoyur; şpindeldə hər bir alətin vəziyyətinə avtomatik nəzarət edilir. Alətin dəyişdirilmə vaxtı 5 san-yə qədərdir. 2) Su elektrik stansiyalarında basqı, su sərfi, həmçinin SES-in daxil olduğu elektroenergetika sistemində yüklənmələr dəyişdiyi zaman aqreqatların işə salınıb dayandırılması üçün əmr impulsları verən avtomatik qurğular sistemi. SES Avtooperatorunun analoq növünə əmr bloku və ya idarəedici blok, aqreqatları növbə ilə işə salan seçim bloku, basqı bloku, həmçinin su axını və güc vericiləri bloku daxildir. İdarəedici rəqəmli hesablama maşınına malik rəqəmli avtooperatora aqreqatların xarakteristikaları və s. proqram vasitəsilə verilir və maşının yaddaşında saxlanılır. Bu SES-in daha operativ idarə olunmasını və aqreqatların iş rejiminin optimal iş rejiminə yaxınlaşmasını təmin edir.

Users also searched:

...
...
...