Back

ⓘ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası




Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
                                     

ⓘ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır.

1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar.

1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur.

1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildə Milli Olimpiya Akademiyası "Olimpizmin tarixi və fəlsəfəsi" üzrə I konfransını keçirmiş, bu konfransda Rusiyanın və Gürcüstanın Milli Olimpiya Akademiyalarının nümayəndələri də iştirak etmişlər.

                                     

1. Məzunlar

1957-ci ildə voleybol üzrə yarışlarda Azərbaycan idmançıları ilk dəfə SSRİ Kubokunun sahibi oldular. O günlərin qaliblərindən olan professor Oqtay Ağayev voleybolçu indi Akademiyanın voleybol kafedrasına rəhbərlik edir. Dörd Olimpiadada iştirak etmiş, 2 qızıl və 2 bürünc medalın sahibi İnna Rıskal, Olimpiya çempionları Rəfiqə Şabanova, Lüdmila Şubina, İlqar Məmmədov idmançı, İqor Ponomaryov, Boris Koretski, Lüdmila Savkina, Valeri Belenki, Nazim Hüseynov cüdoçu, 3 qat dünya və Avropa çempionu Məhəddin Allahverdiyev, dünya və Avropa çempionları Xəzər İsayev, Samir İbrahimov, Rövşən Hüseynov, Aydın Niftullayev, Telman Paşayev, Rafiq Hacıyev, Əli Əliyev və başqaları Akademiyanın məzunlarıdır.Namiq Abdullayev, Zemfira Meftahəddinova, Vüqar Ələkbərovda universitetin məzunlarındandır.70 il ərzində Akademiyanı 15000-dən çox ali təhsili mütəxəssis bitirmişdir.

                                     

2. Rektorlar

  • F.H.Hacıyev 2015-günümüz
  • A.Q.Abıyev 1987-2015
  • S.H.Novruzov 1980-1987
  • S.Q.Əliyev 1946-1950
  • V.V.Ananayev 1972-1974
  • R.A.Rəcəbov 1974-1980
  • Ə.C.Babayev 1950-1972

Users also searched:

idman akademiyasi illik odenis 2020, idman akademiyasi illik odenis, idman akademiyasi ixtisaslar 2020, idman akademiyasi qebul qaydalari 2021,

...
...
...