Back

ⓘ Azərbaycan Dəmir Yolları




                                               

Albert Səfərov

Albert Səfərov Nurəddinoviç - Azərbaycan Dəmir Yolları QSC, Fövqəladə Hallar Qatarı MMC-nin rəisi, Azərbaycan Respublikasının əməkdar mühəndisi.

Azərbaycan Dəmir Yolları
                                     

ⓘ Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti - 1878-ci ildə Dövlət fərmanına əsasən Azərbaycanda ilk dəmir yolunun çəkilişinə başlanıldı və 1880-ci ilin 20 yanvar tarixində Azərbaycan Dövlət Dəmir Yolu yaradıldı.

                                     

1. Tarixi

Neftin daşınması uzun illər primitiv karvan üsulları ilə arabalarda yerləşdirilmiş taxta çəlləklərlə və tuluqlarla yerinə yetirilirdi. Belə üsul baha başa gəlməsi ilə yanaşı neft işinin inkişaf etdirilməsinə də maneə yaradırdı. Bunun üçün də neft istehsalçıları böyük gəlirlər əldə edilməsi üçün dəmir yol xəttlərinin çəkilişinə yüksək maraq göstərməyə başladılar. Beləliklə, demək olar ki, Bakı nefti və onun sənaye istehsalı əvvəl Bakıda sonra isə bütün Azərbaycanda rels yolunun yaranmasına səbəb oldu. 1878-ci ildə Dövlət fərmanına əsasən Azərbaycanda ilk dəmir yolunun, uzunluğu 20 km olan Bakı – Suraxanı – Sabunçu xəttinin çəkilişinə başlanıldı. Tikinti 20 yanvar 1880-ci ildə başa çatdırıldı. Dünyada ilk dəfə olaraq nefti sisternlərdə daşımağa başladılar. Bu gün, tarixə Azərbaycanda dəmir yolunun əsasının qoyulması kimi düşdü. Sonrakı 20 il dəmir yol tikinitisinin yüksək inkişafı ilə qeyd olunmuşdur. 1883-cü ildə neftin Qara dəniz limanlarına çatdırılması üçün Bakı – Tiflis – Batumi, 1890-cı ildə isə Biləcəri – Dərbənd magistral xətləri çəkildi. 1900-cu ildə Dərbənd – Tixoretskaya xəttinin tikintisinin başa çatdırılmasından sonra Bakı şimal istiqamətində ümumrusiya dəmir yolları şəbəkəsi ilə birləşdirildi, bu da Bakı neftinin dəmir yolu ilə Rusiyanın mərkəzi və qərb rayonlarına çatdırılmasına imkan yaratdı.

Azərbaycanda ilk dəmir yolarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25.2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verilıirdi." Neft sahəsi” adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatıdrıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu idə" Simens qardaşları” tərəfindən Gədəbəy mis filiz mədəni və Qalakənd misəritmə zavodu arasında darxətli dəmir yonunun inşasına başlandı və 29 verst uzunluğunda olan bu xəttin cəkimıəsi 1884-cu ilin yanvar ayında başa çatdırıldı.

Cənubi Qafqaz dəmir yolnun" Neft sahəsi” adı ilə məlum olan Azərbaycanın ilk dəmir you Bakını Balaxanı, Sabunçu və Suraxanı mədənləri ilə birləşdirirdi. Əvvəllər bu yol ilə yalnız neft məhsularını daşınması nəzərdə tutulmuşdur. Lakin neft mədənləri ilə Qara şəhərdəki neftayırma zavodları arasında neft kəmərlərinin geniş şəbəkəsi yaradıldıqdan sonra" Neft sahəsi” dəmir yolu xətləri ilə sərnişin daşınmasına da başlandı.

1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmir yol magistralının çəkilişinə icazə verildi. 515 verst uzunluğundakı bu yolun 1883-cü il 8 mayda rəsmi açılışı oldu və həmin gün Tiflisdən cıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatdı. Həsən bəy Zərdabi Cənubi Qafqaz dəmir yolnunu Bakı-Tiflis dəmir yolunun çəkilməsinə boyük qiymət verərək yazırdı ki, Azərbaycanın iqtisadi həyatınnı yüksəlməsində bu yol Bakı neftindən sonra ikinci boyük amildir.

XIX əsrin sonu XX əsrin başlanğıcında Azərbaycan ərazisində daha bir necə dəmir yolu xətti çəkilib istifadəyə verildi. 1900-cü ildə Bakı-Dərbənd dəmir yolu işə salındı uzunuluğu 217 verst. Bununla Cənubi Qafqaz dəmir yolu Vladiqafqaz dəmir yolu ilə birləşdi və onun vasitəsi ilə Ümumrusiya dəmir yolu şəbəkəsinə qoşuldu, Azərbaycan və bütövlükdə Cənubi Qafqazla Mərkəzi Rusiya arasında müntəzəm nəqliyyat vasitəsi yaradıldı. 1899-cu ildə Tiflis-Qars dəmir yolu uzunluğu 282 verst istismara verildi və elə həmin il bu yolun üzərindəki Aleksandropol Gümrü stansiyasından İrəvana uzunuluğu 147 verst, oradan da Culfaya uzunluğu 177 verst doğru dəmir yolu xətlərinin tikintisnə başlandı. 1908-ci il 20 yanvar tarixində Tiflislə Culfa arasında dəmir yol magistralı rəsmən istifadəyə verildi.

Beləliklə, Azərbaycanın cənub-qərb bolgələrinin ölkənin əsas hissəsi ilə sabit və davamlı nəqliyyat əlaqəsi saxlamaları təmin edildi.

20 iyul 2009-cu il tarixdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus" Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.

Azərbaycan Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır. Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.

                                     

2. İqtisadiyyata təsiri

Dəmir yolu Azərbaycan qəzalarında əmtəə istehsalının artmasına, kəndli təsərrüfatının əmtəə-pul münasibətlərinə cəlb olunmasına daha əlverişli şərait yaratdı və beləliklə, daxili bazarın genişlənməsinə imkan verdi. Dəmir yolu kənd təsərrüfatında kapitlist münasibətlərinin inkişafını, kənddə sinfi təbəqəni surətləndirirdi.

Bakı neftini dünya bazarına çıxarılmasında onun dəmir yolu vasitəsilə daşınmasının böyük əhəmiyyəti oldu. Neft məhsullarını dəmir yol vasitəsilə daşınmasında ilk dəfə 1879-cu ildə Bakı Balaxanı dəmir yolu xəttində tətbiq olunan vaqon-çənlərindən istifadə edilmişdir.

Qeyd etmək lazımdır ki, XIX əsrin soununda dəmir yol neft məhusllarının daşınmasının ancaq 65-70%-ni yerinə yetirirdi. Həmin illərdə neft sənayesini sürətli inkişafı istehsal olunan bütün neft və neft məhsularının dəmir yolu nəqliyyatı vasitəsilə daşınamsını çətinləşdirmişdi. Bu da öz növbəsində Xəzər dənizində neft gəmilərindən ibarət boyuk donanmanın yaranmasına və Bakı-Batumi neft kəmərini inşasına gətirib çıxardı.

Çar hökumətinin Bakıdan xairicə neft məhsularını ixracını əsaslı sürətdə artırmaq üçün gördüyü ən mühüm tədbir 1896-1906-cı illərdə Bakı-Batumi ağ neft kəmrini inşa etdirməsi oldu. Ümumi uzunluğu 839 verst olan bu boru kəməri il ərzidə 60 milyon pud ağ neft nəql etməyə imkan verirdi.

Dəmir yolu işə düşməsi ilə Azərbaycanın iqitsadiyyatında sosial mədəni həyatında xeyli nəzərə çarpacaq yeniliklər baş verdi. Bu vaxta qədər daxili peşə sahələrindən bir hesab olunan araba, at, uzunqulaq, dəvə və qatırla yükdaşıma daha sərfəli idisə, dəmir yolnunun çəkilişindən sonra bolgələrdə fəaliyyət gostərən yükdaşıyaların çarvadarların daşıma istiqamətləri dəyişikliyə məruz qaldı. Azərbaycanda əsas yükdaşıma əməliyyatları dəmir yolu vasitəsilə həyata keçirilməyə başlandı. Ona gorə də, əvvəllər yükdaşıma qəzalardan Bakı, Tiflis, Gəncə şəhərlərinə doğru olduğu halda, dəmir yolları çəkildikdən sonra qəzalardan yaxınlıqdakı dəmir yol stansiyalarına yönəldi, həm də daxili yükdaşımaların həcmi və çeşidi artdığı üçün çarvadarların sayı da çoxaldı. Artıq XIX əsrin 80-ci illərində Şuşa qəzası ilə Cəbrayıl qəzasının bir necə kəndinin əhalisi kütləvi surətdə çarvadarlıqla məşğul olmağa-Yevlax stansiyasına araba və furqonlarla yuk daşımağa başlamışdılar. Dəmiryolunun işə duşməsi ilə Azərbaycan daxilindəki poçt stansiyaları və poct yolları sıradan çıxdı və poct rabitəsi qəza mərkəzlərini dəmir yolu stansiyası ilə birləşdirən və tədricən şoseləşdirən yollarla həyata kecirilməyə başlandı.

XIX əsrin sonu XX əsrin əvəllərində Gəncə, Şuşa, Nuxa, Quba, Lənkəran, Şamaxı və s. şəhərlərlə yanaşı Ağstafa, Şəmkir, Yevlax, Ləki, Ucar, Kürdəmir, Hacıqabul, Naxçıvan, Culfa və s. dəmir yolu stansiyaları daxili ticarətin mühüm mərkəzlərinə cevrilmişdi.

Bakı-Tiflis dəmir yolu və XIX əsrin sonu XX əsrin əvvəllərinə doğru çəkilən digər dəmir yolu xətləri Azərbaycan kəndlilərinin təsərrüfat həyatı üçün böyük əhəmiyyətə malik idi. Dəmir yoluna yaxın kəndlərin təsərrüfatı getdikcə daha çox əmtəə xarakteri kəsb etməyə başladı. Təsərrüfat sahəsində yaranan bu dəyişiklik öz növbəsində ictimai münasibətlərə də dərin təsir gostərdi.

                                     

3. Qonşu ölkələrlə beynəlxalq dəmiryolu əlaqələri

  • Rusiya – 1 520 mm genişliyi.
  • Gürcüstan – 1 520 mm genişliyi.
  • İran – 1 435 mm genişliyi – keçid yalnız Naxçıvan Muxtar Respublikasından çünki Naxçıvana və İrana keçid yalnız Ermənistan ərazisindən və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal nəticəsində Ermənistan ilə müharibə vəziyyəti səbəbindən Azərbaycanın qalanına qatar xidməti yoxdur.
  • Türkiyə – birbaşa keçid yoxdur – 1 435 mm genişliyi – Gürcüstan ərazisindən keçid Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə 2017-ci ildən istifadəyə verilmişdir.
  • Ermənistan – 1 520 mm genişliyi – Ermənistana və Ermənistan üzərindən Naxçıvana keçid yoxdur çünki Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal nəticəsində Ermənistan ilə müharibə vəziyyəti səbəbindən qapalıdır.
                                     

4. Həmçinin bax

  • Ələt-Culfa dəmiryolu
  • Azərbaycanda dəmiryolu
  • Azərbaycanda nəqliyyat
  • Bakı-Tbilisi-Qars dəmiryolu xətti
  • Bakı-Tbilisi dəmiryolu
  • Bakı dəmiryol vağzalında terror aktı 1994

Users also searched:

бакинский метрополитен,, государственная нефтяная компания азербайджанской республики,,

...
...
...