Back

ⓘ Birləşmiş Millətlər Təşkilatının Katibliyi




Birləşmiş Millətlər Təşkilatının Katibliyi
                                     

ⓘ Birləşmiş Millətlər Təşkilatının Katibliyi

Birləşmiş Millətlər Təşkilatının Katibliyi - Birləşmiş Millətlər Təşkilatının altı əsas qurumundan biridir. Bu təşkilatın icra hakimiyyətidir. Bununla yanaşı, təşkilatın qərar qəbul etmə orqanlarının gündəliyini müəyyənləşdirir və qərarlarını həyata keçirir. Baş Məclisin təyin etdiyi Baş katib katibliyin rəhbəridir.

                                     

1. BMT Katibliyi ofislərinin yeri və quruluşu

BMT Katibliyi aşağıdakı əsas təşkilati bölmələrdən ibarətdir:

  • Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Katibliyi;
  • Narkotik və Cinayətkarlıq İdarəsi;
  • Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisi;
  • Hüquq İşləri İdarəsi;
  • Birləşmiş Millətlər Təşkilatının İnsan məskunlaşma proqramının Katibliyi;
  • Siyasi və Barışıq İşləri şöbəsi;
  • Baş Məclis və Konfrans İdarəetmə Şöbəsi;
  • Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiya Katibliyi;
  • Latın Amerikası və Karib Denizi İqtisadi Komissiyasının Katibliyi;
  • Baş Katibliyinin İcra Aparatı;
  • Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya Katibliyi;
  • Sahə Dəstəyi şöbəsi;
  • Sülhməramlı Əməliyyatlar İdarəsi;
  • Birləşmiş Millətlər Təşkilatının Ətraf Proqramının Katibliyi;
  • İqtisadi və Sosial Məsələlər şöbəsi;
  • Avropa İqtisadi Komissiyası Katibliyi;
  • Afrika İqtisadi Komissiyasının Katibliyi;
  • Silahsızlaşdırma İşləri İdarəsi;
                                     

2. BMT Katibliyinin heyəti

BMT Katibliyinin işçiləri Baş Assambleya tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq Baş Katib tərəfindən təyin edilir. Baş katib və katiblik işçiləri yalnız BMT-yə cavabdehdirlər və üzv dövlətlər heyətin vəzifələrinin icrasına təsir göstərməkdən çəkinməlidirlər.

31 dekabr 2018-ci il tarixində Katibliyin ümumi heyəti 172 ölkədən olmaqla 37.505 nəfərdən ibarət idi.