Back

ⓘ AMEA Fəlsəfə və Sosiologiya İnstitutu




                                     

ⓘ AMEA Fəlsəfə və Sosiologiya İnstitutu

Fəlsəfə və Hüquq İnstitutu Azərbaycan Elmlər Akademiyasının müstəqil elmi qurumu kimi 1945-ci ildə təşkil olunmuşdur. İnstitut 1945-1950, 1950-1956-cı illərdə Tarix və Fəlsəfə İnstitutu, 1956-1967-ci illərdə Azərbaycan EA fəlsəfə sektoru, 1967-ci ildən 2002-ci ilin iyun ayına qədər Fəlsəfə və Hüquq İnstitutu, 2002-ci ildən 2009-cu ilin yanvarınadək Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, 2009-cu ilin yanvarından 2014-cü ilin fevralına qədər Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adı ilə fəaliyyət göstərmişdir. AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli qərarı ilə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adı dəyişdirilərək Fəlsəfə və Hüquq İnstitutu adını almışdır. Nazirlər Kabinetinin 3 oktyabr 2020-ci il tarixli 374 nömrəli Qərarı ilə Fəlsəfə İnstitutunun adı dəyişdirilərək" Fəlsəfə və Sosiologiya İnstitutu” adlandırılmışdır.

                                     

1. Fəaliyyət istiqamətləri

  • Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkədaxili siyasi proses.
  • Azərbaycan Respublikasında hüquqi dövlətin formalaşması;
  • Azərbaycan fəlsəfə tarixi, sosial-mənəvi inkişafın, idrakın, təbiətşünaslığın, siyasətin və ekologiyanın fəlsəfi məsələləri; keçid dövrünün sosioloji, sosial-psixoloji və psixoloji problemləri.
  • Azərbaycanda gender münasibətlərinin inkişafının fəlsəfi təhlili;
                                     

2. Rəhbərləri

Müxtəlif illərdə instituta rəhbərlik edənlər:

  • 1945-1950-ci illər – akademik Makovelski Aleksandr Osipoviç;
  • 1958-1959-cu illər – f.e.d. Şakirzadə Əddin Sədrəddin oğlu;
  • 1959-1984-cü illər – akademik Köçərli Firudin Qasım oğlu;
  • 1958-ci il – f.e.d. Qasımov Mehbalı Məmməd oğlu;
  • 1950-1956-cı illər – f.e.d. Səmədov Vitali Yunisoviç, t.e.d. İsgəndərov Məmməd Salman oğlu, t.e.d. Quliyev Əlövsət Nəcəfqulu oğlu;
  • 1985-1987-ci illər – f.e.d. Orucov Zahid Məlik oğlu;
  • 1987-1995-ci illər – akademik Aslanov Aslan Məhəmməd oğlu.
  • 1995-2001-ci illər – f.e.d. Abasov Əli Seyidabbbas oğlu

Qafarov Tofiq Mikayıl oğlu, Məmmədov Nizami Mustafa oğlu, Əliyev İrşad Saleh oğlu və İlham Ramiz oğlu Məmmədzadə ayrı-ayrı dövrlərdə institutun direktoru vəzifəsini icra etmişlər.

2002-ci ildə AMEA-nın Rəyasət heyətinin sərəncamına əsasən № 13/1, 03 iyun 2002-ci il üç institutun Fəlsəfə və Hüquq İnstitutu, İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutu və Milli Münasibətlər İnstitutu bazasında yeni - Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu yaradılmış və onun direktoru AMEA-nın Rəyasət Heyətinin 14 may 2003-cü il tarixli 15/10 saylı qərarı ilə f.e.d., professor Y.İ.Rüstəmov təyin olunmuşdur.

2008-ci ildə AMEA-nın Rəyasət heyətinin 19/13 saylı 11 iyul 2008-ci il tarixli sərəncamına əsasən institutun direktoru vəzifəsinə f.e.d. İlham Ramiz oğlu Məmmədzadə təyin olunmuşdur.

İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində Tofiq Qafarov, Nizami Məmmədov, Həsən Quliyev, Əli Abasov işləmişlər. Həmin vəzifəni hazırda h.e.d., prof. B.S.Zahidov, fəl.ü.f.d., dos. Roida Rzayeva, ümumi işlər üzrə direktor müavini vəzifəsini isə Q.X.Camalov aparır.

Rəşid Nurullayev, Həsən Şirəliyev, Cəmil Əhmədli, Mikayıl Məmmədov, Həsən Hüseynov, Rəşid Vəkilov müxtəlif dörlərdə institutda elmi katib vəzifəsini daşımışlar. Hazırda institutun elmi katibi f.e.n. Səidə Əliyevadır.

Akademik F.Q.Köçərli fəlsəfə elmləri doktoru alimlik dərəcəsini, akademiyanın müxbir və həqiqi üzvü elmi dərəcələrini institutda işlədiyi illərdə almışdır.

Kadr hazırlığı, buna müvafiq olaraq elmi məhsuldarlıq baxımından F.Köçərlinin İnstituta rəhbərlik etdiyi 25 illik dövr xüsusilə fərqlənmişdir. İnstitutun şöbə müdirlərinin, baş və aparıcı elmi işçilərinin böyük əksəriyyəti onun rəhbərliyi dövründə doktorluq, eləcə də namizədlik dissertasiyaları müdafiə etmiş əməkdaşlardır. Akademik F.Köçərli – yetirmələrinin çoxunun elmi rəhbəri, məsləhətçisi, opponenti olmuşdur.

Akademik Aslan Aslanovun 10 illik direktorluq fəaliyyəti də institut üçün uğurlu olmuşdur. Akademik A.Aslanovun direktor olmaqla yanaşı akademiyanın ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsini daşıması institutun elmi-təşkilati fəaliyyətinə yaxşı təsir göstərmişdir. Həmin illərdə də doktor və namizədlərin sayı xeyli artmış, institut maddi-texniki cəhətdən nisbətən yaxşı təmin olunmuşdur.

                                     

3. Strukturu

  • Azərbaycan fəlsəfə tarixi şöbəsi

Dünya fəlsəfi fikir tarixi: metodologiya və tarix problemləri.

  • Estetika şöbəsi

Varlığın estetik aspektlərinin ontoloji aspektləri ilə qarşılıqlı münasibətlərinin yönəlməsi problemləri.

  • Etika şöbəsi

Etikanın müasir istiqamətləri və Azərbaycanın etik-əxlaqi təcrübəsinin təhlili.

  • Heydər Əliyev məktəbi

Ulu Öndər Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin elmi əsaslarının tədqiqi və təbliği işinin təşkili.

  • İdrak nəzəriyyəsi şöbəsi
  • Yeni idrakı paradiqmalar: fənlərarası epistemoloji yanaşmalar.
  • Elmin, fəlsəfənin aktual problemləri
  • Müasir elmi yanaşmaların fəlsəfi kontekstdə cəmiyyətin öyrəniməsinə tətbiqi.
  • İnformasiya cəmiyyətinin fəlsəfi problemləri şöbəsi

Müasir şəraitdə Azərbaycan cəmiyyətinin sosial-siyasi problemləri

  • İslam fəlsəfəsi şöbəsi

Mədəniyyət və dinin qarşılıqlı əlaqələrinin fəlsəfi təhlili

  • Müasir fəlsəfə problemləri şöbəsi

Postneoklassik sosial elmi paradiqmaların fəlsəfi təhlili

  • Sosial fəlsəfə və ekoloji problemlər şöbəsi

Müasir Azərbaycan cəmiyyətinin modernləşmə xətti və onun sosial-fəlsəfi aspektləri: milli siyasət konsepsiyası.

  • Sosiologiya şöbəsi

Müasir cəmiyyətin sosioloji və sosial psixoloji inkişaf potensialının indikatorları.

  • İctimaiyyətlə əlaqələr şöbəsi

İnstitutun ictimaiyyətlə əlaqələr üzrə siyasətinin həyata keçirilməsi, institutun fəaliyyəti, keçirdiyi tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, Kütləvi informasiya vasitələri ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulması, institutun fəaliyyəti, imkanları və nailiyyətlərini əks etdirən bukletlərin, video-çarxların hazırlanması və müvafiq sərgilərdə nümayiş etdirilməsi və həmçinin institutun rəhbər şəxslərinin, qabaqcıl alim və mütəxəssislərinin kütləvi informasiya vasitələrində çıxışlarının təşkil edilməsidir.



                                     

4. Həmçinin bax

  • Əli Abasov
  • İlham Məmmədzadə
  • Ələddin Məlikov
  • Zümrüd Quluzadə
  • Adil Əsədov
  • Afaq Rüstəmova
  • Eynulla Mədətli
  • Könül Bünyadzadə
  • Azərbaycan Milli Elmlər Akademiyası
                                     

5. Xarici keçidlər

  • Fəlsəfi Maarifçilik Assosiasiyası Arxivləşdirilib 2017-09-22 at the Wayback Machine
  • Аzərbaycan Milli Elmlər Akademiyası
  • Fəlsəfə və Hüquq İnstitutunun rəsmi saytı Arxivləşdirilib 2009-12-04 at the Wayback Machine