Back

ⓘ Təbiətin yeddi möcüzəsi




Təbiətin yeddi möcüzəsi
                                     

ⓘ Təbiətin yeddi möcüzəsi

Təbiətin yeddi möcüzəsi layihəsi Dünyanın yeddi möcüzəsi layihsinin möhtəşəm uğurundan sonra İnternetdə növbəti kampaniya ilə başlanmışdır. Bu kampaniyada Azərbaycanın palçıq vulkanları da iştirak edir. Dünyadakı 800-dən artıq palçıq vulkandan 300-dən çoxu Azərbaycandadır. Buradakı palçıq vulkanları sayına, morfoloji xüsusiyyətlərinə, yüksək aktivliyinə, gözəl görünüşünə görə digər ölkələrdəkindən xeyli fərqlənir.

Assoşieyted Press agentliyi xəbər verir ki," Təbiətin yeddi möcüzəsi” Beynəlxalq internet-müsabiqəsinin təşkilatçısı olan İsveçrənin" New 7 Wonders Foundation” qeyri-kommersiya təşkilatı 222 ölkədən 261 təbiət möcüzəsi seçmişdir.

Həmin siyahıya Azərbaycanın palçıq vulkanları, Fudzi dağı Yaponiya, Atakama səhrası Çili, Böyük Baryer rifi Avstraliya, Monblan dağı Fransa, Vezuvi vulkanı İtaliya, keçmiş SSRİ-nin ən yüksək dağ zirvələrindən biri olan Lenin piki Qırğızıstan, Tacikistan," Oxuyan barxan” adı ilə məşhur olan" Altın Emel” Milli Parkı Qazaxıstan, İsıkgöl Qırğızıstan, Belovejsk meşəsi Belarus, Polşa, Dnepr çayı, Kurşskaya Kosa Litva, Rusiya, Baykal gölü Rusiya daxil olmuşdur.

Təbiətin bu möcüzələri yeddi kateqoriya üzrə seçilmişdir: landşaft, adalar, süxur törəmələri, vulkanlar, milli parklar, meşələr və dəniz törəmələri.

Layihənin təşkilatçılarından biri olan Tia Viyerinq demişdir:" Biz bütün bəşəriyyəti planetimizin təbiətinin ən füsunkar guşələrini birlikdə seçməklə, təbiəti nə dərəcədə qiymətləndirdiklərini fəal surətdə göstərməyə çağırırıq”. Təbiətin möcüzələrinə təxminən bir milyard adamın səs verəcəyi gözlənilir.

İyulun 7-dək davam edəcək səsvermədə iştirak etmək üçün qeydiyyata düşmək lazımdır. Təşkilatçılar bu yolla təkrar səsvermənin qarşısını almaq istəyirlər. İyulda YUNESKO-nun sabiq başçısı Federiko Mayor Saraqosanın sədrliyi ilə bir qrup ekspert 21 finalçını seçəcəkdir. Qaliblər isə yalnız 2011-ci ildə - İnternetdə təşkil ediləcək dünya üzrə növbəti səsvermədən sonra məlum olacaqdır. Telefon və SMS-lə də səs vermək mümkün olacaqdır.

Users also searched:

...
...
...