Back

ⓘ Cəmiyyət və Din (qəzet)




                                     

ⓘ Cəmiyyət və Din (qəzet)

"Cəmiyyət və din" qəzeti - Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir.

                                     

1. Haqqında

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxmışdır. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir.

Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçmişdir.

10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir.

                                     

2. Redaksiya şurası

  • Sadiq Mirzəyev baş redaktor
  • Vasim Məmmədəliyev
  • Əflatun Amaşov
  • Yusif Əsgərov
  • Gövhər Baxşəliyeva
  • Əliheydər Zülfüqarov
  • Gennadi Zelmanoviç
  • Nizami Cəfərov
  • Oqtay Orucov məsul katib
  • Sadiq Mirzəyev redaktor
  • Anar
  • Yepiskop Aleksandr
  • Şeyxülislam Allahşükür Paşazadə
Mənbə: "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 187. səh. 16. azərb.