Back

ⓘ Sərt disk




Sərt disk
                                     

ⓘ Sərt disk

Bərk disklər və ya vinçesterlər Disk Drive, HDD, HMDD) - kompüterlə iş zamanı istifadə olunan informasiyanın daimi saxlanılması üçün istifadə olunur.

13 sentyabr 1956-cı ildə IBM firması RAMAC adlı ilk sərt disk qurğusunu ictimaiyyətə təqdim etmişdir. Bu diskin həcmi 5 Meqabayt idi.

Sərt disklər, operativ yaddaşı nəzərə almasaq, kompüterin verilənləri yaddaşda saxlayan qurğuları içərisində, verilənlərə ən tez girişi adətən 7-20 milli saniyə, ms və onların ən sürətli 5 Mbayt/saniyə oxunması və yazılmasını təmin edən qurğulardır. IVM RS tipli müasir kompüterlərin hamısında sərt disklər olur.

Sərt disklər bir-birindən yaddaş tutumu və işləmə sürəti ilə fərqlənirlər. Sərt diskin əsas xarakteristikası, onun yaddaş tutumu, yəni diskdə yerləşə biləcək informasiyanın həcmidir. IVM RS tipli kompüterlər üçün yaradılan ilk bərk disklər 5 Mbayt həcminə malik idi.

Hazırda istehsal olunan kompüterlərdə adətən 800 Mbaytdan 1.6 Qbayta qədər tutumuna malik sərt disklərdən istifadə olunur. Bu sərt disklər üçün maksimal yaddaş həcmi 9.1 Qbayt olur. Lakin artıq yaddaş həcmi 18-27 Qbayt olan sərt disklərin istehsalı nəzərdə tutulur.

kompüterdə istifadə olunan sərt disklərin ümumi yaddaş tutumu, çox vaxt kompüterdən istifadə olunacaq sahələri təyin edir. Belə ki, bu istifadə sahələri, yaddaş tutumundan asılı olaraq aşağıdakılar ola bilər:

  • 120-210 Mbayt tutumlu sərt disklər, Windows 3.1 əməliyyat sistemində, bir çox proqramların işini təmin edir;
  • 850 Mbayt-1 Qbayt tutumlu sərt disklər, Windows 95. Windows NT Workstation, OS/2 əməliyyat sistemlərində işi təmin edir.
  • Sərt diskin tutumu 20 Mbayt olan kompüterdən MS DOS əməliyyat sistemində, elektron çap maşını və ya cib dəftəri kimi istifadə etmək olar.
  • 340-520 Mbayt tutumlu sərt disklər, Windows 3.1. əməliyyat sistemində mümkün bütün proqramların işini təmin edir;
  • 40-80 Mbayt tutumlu sərt disk, həcmi böyük olmayan informasiyalı proqramların, MS DOS əməliyyat sistemində işlənməsini təmin edir;

Users also searched:

hard disk 1tb, sərt disk qiyməti, sərt disk qutusu, xarici toplayıcılar hdd ssd,

...
...
...