Back

ⓘ Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsi




                                     

ⓘ Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsi

1921-ci ildə cəmi 6 nəfər tələbə ilə fəaliyyətə başlayan Ali Pedaqoji İnstitutun 1923–24-cü tədris ilində 28 nəfərdən ibarət ilk buraxılışı oldu. Məzunların 14 nəfəri Təbiyyat-coğrafiya fakültəsinin Təbiyyat şöbəsini bitirmişdilər. Təbiyyat-coğrafiya-kimya fakültəsində fəaliyyət göstərən Coğrafıya şöbəsinin bazası əsasında 1934-cü ildə ilk dəfə müstəqil Coğrafiya fakültəsi təşkil edilmiş, coğrafiya ixtisasına uyğun yeni kafedralar yaradılmışdı. Bu şərəfli məsul iş məşhur kartoqraf, professor M.Əliyevin rəhbərliyi altinda həyata keçirilmişdir. Keçən əsrin 50-ci illərində Coğrafiya fakültəsinin dekanı olmuş M.Zülfüqarovun səyi nəticəsində tədris və elmi işlər sahəsində mühüm nailiyyətlər əldə edilmiş, kadr hazırlığı xeyli genişləndirilmişdi. 1959-cu ildə BDU-nun Coğrafiya fakültəsinə birləşdirilən fakültə bir müddət fəaliyyətini dayandırdı. Lakin Respublikanın coğrafiya müəllimlərinə olan ehtiyacını nəzərə alaraq Coğrafiya şöbəsi 1966-cı ildən APİ-nin Kimya-biologiya fakültəsinin nəzdində, 1970–76-cı illərdə müstəqil, 1976–1981-ci illərdə isə Biologiya-kimya fakültəsinin tərkibində fəaliyyət göstərmişdir. 1981-ci ildən Coğrafiya fakültəsi müstəqil fəaliyyət göstərmış və 2002-ci ildən əvvəllər müstəqil fəaliyyət göstərmiş Gənclərin Çağırışaqədər Hazırlıq və fiziki tərbiyə fakültəsi Coğrafiya fakültəsinə birləşdirilmişdir.

                                     

1. Rəhbərlər

Fakültə yarandığı gündən fakültəyə bir sıra görkəmli alimlər rəhbərlik etmişlər. Dos. S.B.Məmmədov, dos. Ə.N.Əsədov, prof. Ş.G.Həsənov, prof. X.Ə.Vəliyev, dos. Y.Q.Əliyev, dos. M.C.Əliyev rəhbərlik etmişlər. Əməkdar müəllim, dos. M.C.Əliyevin rəhbərlik etdiyi son dövrdə fakültə xeyli genişlənmiş, menecment, ekologiya kimi yeni şöbələr yaradılmışdır. 2011-cı ilin dekabrından 2016-cı ilin mart ayına qədər fakültəyə dosent Mətanət Əsgərova rəhbərlik etmişdir.

  • Tarix fakültəsinə
  • dos. R.İ.Əliyev 1995–2006;
  • dos. Səlimə Əfəndiyeva 1938–1941
  • prof. Y.B.Yusifov 1981;
  • prof. Ə.Ş.Şahmirov 1974–1980;
  • prof.Əziz Übaydulin 1922–1927;
  • prof O.B. Sultanov 2007–2016;
  • dos. H.Q.Qasımzadə 1963–1974;
  • dos. A.Hüseynov, az sonra dos. Ş.Sadıxova;
  • prof. D.H.Qüdrətov 1981–1995;
  • Coğrafiya fakültəsinə
  • prof. Ş.G.Həsənov 1989–1991;
  • dos.Ə.N.Əsədov1981–1989;
  • dos.S.B.Məmmədov 1978–1981;
  • dos. Y.Q.Əliyev 1996–2002;
  • prof. X.Ə.Vəliyev 1991–1996;
  • dos. M.M.Əsgərova 2011–2016;
  • dos. M.C.Əliyev2003–2011;
  • Tarix və Coğrafiya fakültəsinə
  • dos.əvəzi R.Ə.Əliyev2016–2017;

2017-ci ildən dekan vəzifəsini dos.Ş.M.Pənahovdur.

                                     

2. Strukturu

  • Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrası
  • Ümumi pedaqogika kafedrası
  • Fəlsəfə və sosial elmlər kafedrası
  • Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrası
  • Azərbaycan tarixi kafedrası
  • Ümumi coğrafiya kafedrası
                                     

3. İxtisaslar

Bakalavr

  • Sosial iş
  • Tarix müəllimliyi
  • Coğrafiya müəllimliyi
  • Tarix-coğrafiya müəllimliyi

Magistr

  • Tarix fənninin tədrisi metodika və metodologiyası
  • Coğrafiya fənnin tədrisi metodikası və metodologiyası
  • Menecmentin təskili və idarə olunması
  • Pedaqogika nəzəriyyəsi və tarixi