Back

ⓘ Multimedia




                                     

ⓘ Multimedia

Multimedia - Kompüterlərdə mətnin, səsin, şəklin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu. Bu qurğu özündə mikrofonu, veb-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia – informasiyanın səs, qrafika, animasiya və videonun kombinasiyası şəklində təqdim olunmasıdır.Hesablama texnikasında: multimedia, sistemdəki informasiya ilə bağlı olan və onu təsvir edən hipermətn ilə multimedia elementlərini birləşdirən hipermedianın altçoxluğudur.

Multimedia qurğusunun köməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər. Bir neçə növ informasiyadan eyni zamanda istifadə edən informasiya texnologiyalarına Multimedia deyilir. Başqa sözlə, multimedia dedikdə qrafika, mətn, video, fotoqrafiya, animasiya, səs effektləri kimi informasiyaların bir neçəsinin kombinasiyası nəzərdə tutulur.

                                     

1. Multimedia qurğuları

Multimedia - kompüterlərdə mətnin, səsin, şəklin və görüntülərin birgə emal edilməsini təmin edən qurğudur. Bu gün işlədilən multimedia 1990-cı ildən yaranmışdır. 1993-cü ildə isə kompüterlərdə mətnin, səsin, şəklin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu elan edildi. Bu qurğu özündə mikrofonu, veb-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia qurğusunun köməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər. 1. İnteraktiv proqram təminatı vasitəsilə vizual və audio effektlərin qarşılıqlı əlaqəsidir. Adətən mətn, səs və qrafiklərin, son zamanlar isə daha çox animasiya və videonun qarşılıqlı uzlaşmasını ifadə edir. Multimedia veb-qovşaqlarının xarakterik, hətta əsas xüsusiyyəti hiperlinkidir. 2. Mətn, səs və rəqəmli siqnalların, eləcə də hərəkətli və hərəkətsiz təsvirlərin uzlaşmasını bildirən anlayışdır. Multimedia məlumatlar bazası mətn və təsvir tipli informasiyaları, video klipləri özündə birləşdirir. Multimedia telekommunikasiya xidməti istifadəçiyə istənilən tip informasiyanı göndərmək və qəbul etmək imkanı verir.

                                     

2. Ədəbiyyat

  • İsmayıl Calallı Sadıqov," İnformatika terminlərinin izahlı lüğəti”, 2017," Bakı” nəşriyyatı, 996 s.
  • R.Q. ƏLƏKBƏROV, "HESABLAMA MAŞINLARI VƏ KOMPÜTERLƏR HAQQINDA", AMEA, İnformasiya Texnologiyaları İnstitutu

Users also searched:

...
...
...