Back

ⓘ 2014 FİFA Dünya Kuboku




2014 FİFA Dünya Kuboku
                                     

ⓘ 2014 FİFA Dünya Kuboku

2014 FİFA Dünya Kuboku - 2014-cü ildə Braziliyada kişilər arasında təşkil olunmuş sayca 20-ci FİFA Dünya Kuboku turniri. Turnirin Cənubi Amerikada təşkil olunmasına qərar verildikdən sonra, 30 oktyabr 2007-ci ildə Braziliyanın ev sahibliyi etməsi FİFA tərəfindən təsdiq edilmişdir. Bu, Braziliyada 1950-ci ildə keçirilmiş Dünya kuboku yarışmasından sonra sayca ikinci, 1978-ci ildən sonra isə Cənubi Amerikada təşkil edilmiş ilk mundial olmuşdur.

31 ölkənin milli komandaları Dünya Kubokuna vəsiqə qazanmaq üçün 2011-ci ilin iyun ayında başlayan təsnifat mərhələsində mübarizəyə qoşulmuşdular. 20 noyabr 2013-cü ildə isə seçmə qrupları tamamlanmış və qrup mərhələsinə qatılan ölkələr müəyyən olunmuşdur. Oyunlar yeni inşa edilmiş və yeniləşdirilmiş 12 fərqli şəhərdə olan 12 stadionda oynadılmışdır. Ev sahibi ölkə ilə yanaşı 1930-cu ildə keçirilən ilk Dünya Kubokundan bəri Dünya çempionu titulunu qazanmış bütün ölkələr turnirdə mübarizə etmə hüququ qazanmışdılar.

Dünya Kubokunun tarixində ilk dəfə" goal-line” texnologiyası tətbiq olunmuşdur. Həmin texnologiya mübahisəli məqamlarda topun qapı xəttini keçib-keçməməsini müəyyən edir.

Final görüşü Braziliyanın Rio de Janeyro şəhərində yerləşən Marakana stadionunda keçirilmişdir. Həmin oyunda Almaniya millisi əlavə vaxtda Mario Qötzenin vurduğu yeganə qol sayəsində Argentina millisini məğlub edərək, tarixində dördüncü dəfə dünya çempionatının qalibi titulunu qazandı.

Bir oyunda vurulmuş qolların sayına görə, çempionatın ən böyük nəticəsi yarımfinal mərhələsində keçirilmiş Braziliya - Almaniya oyununda qeydə alınmışdır. Həmin qarşılaşmada Almaniya Braziliyanı 7: 1 hesabı ilə məğlub edərək, tarixdə ən böyuk hesablı qələbərdən birinə nail olmuşdur. Ev sahibinin əvvəlcədən bu turnirdə uğurla çıxış edərək, çempionatın favoritlər sırasına daxil olmasına baxmayaraq, Braziliya yığma komandasının baş məşqçısi Luis Felipe Skolari istefa üçün müraciət etmış və bu istefa Braziliya - Niderland oyunundan sonra qəbul edilmişdir.

                                     

1.1. İlkin hazırlıq Turnirin təşkilatçısı

Dünya Çempionatının keçiriləcəyi ölkənin şeçilməsində kontinentlərin rotasiya prinsipi nəzərə alındığına görə, 2014-cü ildə futbol üzrə Dünya Kuboku Cənubi Amerikada keçirilməli idi. Braziliya isə yeganə favorit namizəd idi. 2003-cü ildə Cənubi Amerikanın digər ölkələri Braziliyanın namizədliyini dəstəkləməyə razılıq verdilər. Buna baxmayaraq, Dünya çempionatının keçirilməsinə Braziliya ilə yanaşı bir neçə dövlət iddialı idi. Belə ki, çempionatın keçirilməsi üçün Kolumbiya da öz iddiasını irəli sürmüşdü. Lakin, 1986-ci ildə dünya çempionatının keçirilməsi məqsədi ilə Kolumbiyanın üzərinə düşən öhtəlikləri yerinə yetirməməsini nəzərə alaraq, onun namizədliyi" qeyri ciddi” kimi qəbul edilmişdi. Bu səbəbdən 1986-cı ildə turnir ikinci dəfə Meksikada müvəffəqiyyətlə keçirilmişdir.

2003-cü ilin mart ayında FIFA bəyan etmişdir ki, 1978-ci ildən sonra turnir ilk dəfə Cənubi Amerikada keçiriləcək. Həmin il 3 iyun tarixində CONMEBOL Argentina, Braziliya və Kolumbiya 2014-cü ilin Dünya Kubokuna sahiblik etmək üçün öz ərizələrini təqdim edəcəklərini bildirmişlər. Braziliya öz ərizəsini rəsmən 2006-cı ilin dekabr ayında təqdim etmişdir. 11 aprel 2007-ci ildə keçirilmiş səsvermənin nəticəsinə görə, Braziliya çempionatda ev sahibliyi etmək hüququnu qazandı. Beləliklə, Meksika, İtaliya, Fransa və Almaniyadan sonra Braziliya da ikinci dəfə Dünya Kubokuna ev sahibliyi etmişdir.

                                     

1.2. İlkin hazırlıq Rəsmi top

2014-cü ilin Dünya çempionatın rəsmi topun adını təyin etmək məqsədi ilə, Adidas şirkəti tərəfindən tarixdə ilk dəfə olaraq internet vasitəsi ilə GloboEspote.com saytında səsvermə prosesi keçirilmişdir. Səsvermədə topun adı məhz azarkeşlərin sayəsində şeçilmişdir. 2012-ci ilin 2 sentyabr tarixində FİFA-nın baş katibi Jerom Valk bəyan etmişdir ki, səsvermənin nəticəsinə görə, Dünya Çempionatının rəsmi topu olaraq Adidas şirkətinin Brazuca adlı topu seçilmişdir.

4 dekabr 2013-cü ildə isə Brazuca Rio de Janeyro şəhərində rəsmi olaraq təqdim edilmişdir. FİFA-nın məlumatına görə, Brazuca braziliyalıların milli fəxrini, onların həyat tərzini, emosiyalarını, habelə insanlara xeyrixahlıqını təsvir edir.

                                     

1.3. İlkin hazırlıq Emblem

2010-cü ilin Dünya Çempionatı ərzində Yohannesburq şəhərində keçirilən mərasimdə turnirin rəsmi emblemi təqdim edilmişdi. Emblemin seçilməsi üzrə komitəyə memar Oskar Nimeyer, tərtibatçı Hans Donner, modelçi Jizel Bündhen, yazıçı Paulo Koelyo, müğənni İveti Sanqalu, 2014-cü ilin Dünya Çempionatı təşkilat komitəsinin sədri Rikardo Teyşeyra və FİFA-nın baş katib Jerom Valk daxil idilər. Komitə üzvləri tərəfindən seçilmiş emblem "Ruhlanma" port. Inspiração adını daşıyır. Həmin emblem Braziliyanın "Afrika" agentliyi tərəfindən tətbiq edilib.

                                     

1.4. İlkin hazırlıq Talisman

Talismanın seçimi FİFA-nın qərarı ilə 2012-ci ilin mart ayında keçirilmişdir. Qalib uğrunda Arara, Saci, Fuleco Yaquar və Armadilo mübarizəyə qoşulmuşdur. 16 sentyabr 2012-ci ildə turnirin rəsmi talismanı ictimaiyyətə təqdim edilmiş və müsabiqənin nəticələrinə görə, qalibiyyət Fuleko adını daşıyan armadil tərəfindən əldə olunmuşdur. Onun visual siması Braziliya bayrağına daxil olan rənglərdən göy, yaşıl və sarı ibarət olan üç diapasonları, ağ rəngli koynəyi və yaşıl rəngli şortiki ifadə edir.

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinə müvafiq olaraq, armadillərin Braziliyada məhv olma təhlükəsi var. Buna görə də FİFA-nın təşkilat komitəsi, heyvanların və ətraf mühitin qayğısına qalaraq, talisman qismində məhz bu heyvanı seçmişdir.

Talismanin prezentasiya zamanı FİFA-nın baş katibi Jerom Valk bəyan etmişdir ki, üç diapasonlardan ibarət olan armadil talisman kimi çox mükəmməldir. Onun sözlərinə görə, çempionatın əsas məqsədlərdən biri ətraf mühitin və ekologiyanın qorunması məsələlərində diqqət ayırılmasında olmasıdır.



                                     

1.5. İlkin hazırlıq Rəmsi mahnı

23 yanvar 2013-cü ildə FİFA və Sony Music tərəfindən turnirin rəsmi mahnısı təqdim edildi. Bu mahnı amerikalı musiqiçi Pitbull, braziliyalı Klaudiya Leytte və pop-estrada müğənnisi Cennifer Lopesin ifa etdiyi "We are oneOle Ola" kompozisiyası oldu.

                                     

1.6. İlkin hazırlıq Seçmə mərhələsi

Dünya Çempionatının seçmə mərhələsi 15 iyun 2011-ci il 20 noyabr 2013-cü ilə qədər keçirilmişdir. 2011-ci ilin 3 mart tarixində FİFA final mərhələsində regional konfederasiyalar üzrə yerləri bölüşdürmüşdür. Bölüşdürmə əvvəlki iki dünya çempionatdaki kimi qalmışdır. Həmin yerlərdən biri ev sahibi, 29 final mərhələsində təmin olumnuş yerlər konfederasiyalar, daha 2 yerlər isə kontinental pley-off mərhələsinin qalibləri arasında bölüşdürülmüşdür. İştirakçı cütliklərin tərkibi 29 iyul 2011-ci ildə keçirilmiş püşk atma mərasimində müəyyən olunmuşdur.

                                     

2.1. Turnirin iştirakçıları Milli komandalar

Final mərhələsində turnirin ev sahibi Braziliya ilə birlikdə 32 komanda iştirak edib. İştirakçılar seçmə mərhələləri çərçivəsində final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparmışdılar bundan başqa iki iştirakçı kontinentlərarası pley-off məhlələlərində oynayıblar. Onların arasında vaxtıilə çempion titulunu qazanmış bütün 8 komanda iştirak edib. Bosniya və Herseqovina dünya çempionatlarının final mərhələsində debut edən yeqanə ölkə idi.

                                     

2.2. Turnirin iştirakçıları Heyətlər

Rəsmi ərizəni təqdim etməkdən əvvəl, 13 may 2014-cü ilə qədər milli komandalar 30 oyunçudan ibarət olan ilkin heyətləri açıqlamalı idilər. Sonuncu təqdim edilmiş ərizəyə əsasən, hər milli komandanın heyətinə 3 qapıçı ilə birlildə 23 oyunçu qatılmalı idi. Ərizə 2 iyun 2014-cü ilə qədər təqdim edilməlii idi.

                                     

2.3. Turnirin iştirakçıları Hakimlər

2013-cü ilin mart ayında FIFA futbol konfederasiyalardan olan 52 potensial hakimlərin və onların köməkçiləri adlarından ibarət olan siyahını dərc etdirmişdi. Yekun siyahı 14 yanvar 2014-cü ildə dərc edilmişdi.

                                     

3. Stadionlar

31 may 2009-cu ildə dünya çempionatın final mərhələsinin oyunları üçün 12 stadion seçilmişdi. 16 iyun 2010-cu ildə FIFA bəyan etmişdir ki, San Paulo şəhərinin hakimiyyəti təyinolunmuş müddətə maliyyə zəmanətlərini təmin etməyib; ona görə də "Morumbi" stadionu siyahıdan çıxarılıb. Buna baxmayaraq, danışıqlar San Pauluda davam etdirilmişdir. Bir müddət öncə Braziliya Futbol Federasiyası bəyan edib ki, San Paulu şəhərində "Korintias" futbol klubu üçün və xüsüsi ilə dünya kuboku turnirin qarşılaşmalarını üçün yeni stadion inşa ediləcək.

                                     

4.1. Final Mərhələsi Püşk atma

Püşk atma mərasimi 6 dekabr 2013-cü ildə yerli vaxt ilə saat 13:00-da Braziliyanın Mara-di-San-Juan şəhərində keçirilmişdir. Mərasim CAR prezidenti Nelson Mandelanın xatirəsi və onun barəsində qısa videomaterial və fotoşəkillər ilə başlanmışdir. Mərasimdə çıxış etmiş Braziliya prezidenti Dilma Rusef öz çixışında braziliya futbolunun ənənələri qeyd etdi. O bildirmişdir ki, Braziliya bütün Dünya çempionatlarında iştikar etmiş və 5 titulu qazanmış yeqanə ölkədir:

32 ölkənin milli komandalanın adı olan şarlar 4 səbətdə yerləşdirilmişdi. Birinci səbətə ev sahibi Braziliya ilə yanaşı 2013-cü ilin oktyabr ayı üçün FİFA reytinqinə daxil olan 7 ən yaxşı komandalar müəyyən edilmişdir - İspaniya 1, Almaniya 2, Argentina 3, Kolumbiya 4, Belçika 5, Uruqvay 6 və İsveçrə 7. Qalan ölkələr o biri səbətlərə coğrafi və idman kriteriyalarına uyğun olaraq yerləşdirilmişlər: ikinci səbətə Asiya və Şimali Amerika ölkələri, üçüncü səbətə - Afrika və Cənubi Amerika ölkələri, dördüncü səbətə isə Avropa ölkələri yerləşdirilmişdir.

Püşk atmanın nəticələri



                                     

5. Qrup mərhələsi

Xal Sistemi

Komandalara qrup mərhələsindəki hər qələbəyə görə 3 xal, heç-heçə nəticəsinə 1 xal, məğlubiyyətə görə isə 0 xal verilir.

Qup mərhələsi iyunun 12-dən 26-na gədər Braziliyada baş tutmuşdur: qrupun hər komandası 3 oyun keçirmişdir. Qrup mərhələsi qol və heç-heçə oyunların çatışmazlığı ilə diqqətəlayiq idi. İlk heç-heçə oyunu məhz sayca 13-cü qarşılaşmada İran və Nigeriya arasında qeyd olunub. Mərhələdə vurulmuş qolların sayı 136-ya bərabərdir 2.83 qol oyun başına. Hazırki Dünya Çempionatı kubokun sahibi İspaniya millsi 2 dalbadal qarşılaşmalardan sonra mərhədən kənarlaşdırılmışdır.

                                     

6.1. Pley-off mərhələsi 1/8 final oyunları

1986-cı ildə pley-off mərhələsinin daxil olması anından ilk dəfə olaraq bütün öz qrupların qalibləri 1/8 final mərhələsinə addımlayıblar. Onlardan dörd ölkə UEFA, üçü CONMEBOL və biri CONCACAF-a daxildir. Mərhələdə səkkiz qarşılaşmaların beşində əlavə vaxt, iki qarşılaşmada isə penalti seriyası təyin edilmişdir. Dünya çempionatı tarixində ilk dəfə pley-off mərhələsində penalti seriyası bir oyundan çox qarşılaşmalarda təyin edilmişdir. Hər oyuna orta hesabla 2.25 qol vurulmuşdur qrup mərhələsində - 0.58 qol. 1/8 final mərhələsinə addımlayan komandalardan dördü Kubokun çempionları, üçqat finalçı Niderland və iki komanda ilk dəfə Kolumbiya və Kosta-Rika növbəti raunda keçiblər. Belçika 1986-cı ildə ilk dəfə 1/8 final mərhələsinə vəsiqə qazanıb.

                                     

6.2. Pley-off mərhələsi 1/4 final oyunları

Almaniya milli yığması, Fransa milli yığmasını 1-0 hesabı ilə məğlub edərək və 1/2 final mərhələsinə 4-cü dəfə ardıcıl vəsiqə qazanaraq, dünya çempionatın rekordunu qurdu. Braziliya Kolumbiyanı 2-1 hesabı ilə məğlub edib. Braziliyalı oyunçu Neymar oyun zamanı ciddi zədə aldığına görə sonrakı oyunları buraxmağ məcburiyyətində idi. Argentina yığması Belçikanı məğlub edərək ilk dəfə 1990-cı ildən yarımfinal mərhələsinə addımlayıb. Niderland Kosta-Rikanı oyunsonrası penalti seriyasında qət edərək 2-ci dəfə ardıcıl yarımfinal mərhələsinə addımlayıb.

                                     

6.3. Pley-off mərhələsi Yarımfinal oyunları

Yarımfinal mərhələsində Almaniya Braziliyanı 7-1 hesabı ilə sarsıdıcıllığla məğlub edib. Bu, 1920-ci ildən ilk dəfə Braziliya futbolunun ən böyük məğlubiyyətidir. Alman oyunçusu Miroslav Kloze turnirdə 16-cı qolu vuraraq braziliyalı Ronaldonun rekordunu qırdı. Bundan başqa, Kloze daha da bir rekordu qurdu: o, dünya çempionatlarının yarımfinal mərhələsində 4-dü dəfə ardıcıl iştirak edən birinci oyunçudur.

Argentina milli yığması 1990-ci ildən ilk dəfə finala vəsiqə qazanmışdır.

                                     

6.4. Pley-off mərhələsi Üçüncülük oyunu

Braziliyanı 3-0 hesabı ilə məğlub edərək, Niderland ilk dəfə olaraq dünya çempionatın bürünc medallarını qazanıb. Braziliya milli yığması isə mundialların sahibləri arasında buraxılmış qollar sayəsində antirekordu qurub 11 qol vurub və 14 qol buraxmışdır. Əvvəlki rekord 60 il saxlanılmışdır: həmin vaxt İsveçrə milli yığması 11 vurulmuş qol nəzdində 11 qol buraxmışdır.

                                     

6.5. Pley-off mərhələsi Final

Almaniya və Argentina milli yığma komandaları bütövlükdə 20 dəfə qarşılaşmışdır. Həmin qarşılaşmalarda almanlar 6 dəfə, argentinalallar 9 dəfə qalib gəlmişdir; 5 dəfə isə nəticə heç-heçə hesabı ilə qurtarmışdır. Argentina finala ilk dəfə 1990-cı ildən addımlayıb. Dünya çempionatı çərçivəsində komandalar 6 dəfə görüşüb 2 dəfə final oyunlarında. Argentinanı alman hücumçusu Mario Götzenin vurduğu yeganə qol sayəsində qalib gələrək, Almaniya Amerikada keçirilmiş dünya çempionatı turnirində ilk qalib gələn avropa ölkəsi oldu.